Зящмят шащвердийев


Rusiya imperiyası tərkibində



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

23
Rusiya imperiyası tərkibində
Naxçıvanın inzibati-ərazi quruluşu və
idarə sistemi
Naxçıvan xanlığı Rusiya tərəfindən zəbt edilərkən, İ.Şopenə görə, Naxçıvan, Dərələyəz və Azadcirana
bölünürdü. Naxçıvan Əlincəçay, Naxçıvan, Məvazixatun, Xok və Dərələyəz mahallarına ayrılırdı. Azadciran adı
ilə də tanınan Ordubad dairəsi Ordubad, Əylis, Dəstə, Biləv və Çananab mahallarından ibarət idi. Naxçıvan
xanlığı Qacarlar dövləti sistemində Azərbaycan (Cənubi Azərbaycan) əyalətinə daxil olub, vəliəhd Abbas
Mirzəyə tabe idi.
1
Naxçıvan xanlığı Rusiya tərəfindən, əsasən, dinc yol ilə ələ keçirilmişdi. Lakin çar hökuməti bu yol ilə ələ
keçirilən Qarabağ, Şəki və  Şirvan xanlıqlarından fərqli olaraq, Naxçıvan xanlığı ilə müqavilə imzalamadı.
Bununla birgə Rusiya imperiyası tərkibində Naxçıvan xanlığına müəyyən imtiyazlar verildi. Naxçıvan və
Ordubadın ələ keçirilməsində Kalbalı xanın oğlanları Ehsan xan və Şıxəli bəyin xidməti nəzərə alınaraq onlar
həmin torpaqlara naib təyin edildi.
Rusiya işğalı ərəfəsində digər Azərbaycan xanlığı – İrəvan xanlığı 15 mahala bölünmüşdü: 1. Qırxbulaq;
2. Zəngibasar; 3. Qarnibasar; 4. Vedibasar; 5. Şərur mahalı; 6. Sürməli mahalı; 7. Dərəkənd-Parçenis mahalı; 8.
Saatlı mahalı; 9. Talin mahalı; 10. Seyid Axsaxlı; 11. Sərdarabad; 12. Karpibasan; 13. Abaran mahalı; 14.
Dərəçiçək mahalı; 15. Göyçə mahalı (Qaynaqda «Qёq-çayskiy» kimi verilmişdir. – Z.Ş.) İrəvan xanlığı sərdar
Hüseyn xanın idarəsi altında idi.
2
İrəvan xanlığı süqut etdikdən sonra İrəvan xanlığı ləğv edildi. Paskeviç 1827-ci il oktyabrın 26-da keçmiş
Naxçıvan və İrəvan xanlıqlarının idarəsi üçün Müvəqqəti idarə yaratdı. Belə bir yanaşma Şimali Azərbaycanın
digər xanlıqlarından fərqlənirdi. İlk dəfə Şimali Azərbaycanın iki xanlığı eyni müvəqqəti idarədə birləşdirilirdi.
Müvəqqəti idarə ordu komandanı general-leytenant A.İ.Krasovskidən, erməni katalikosu Nerses Aştaraketsidən
və İrəvan qalası komendantı polkovnik Borodindən ibarət idi.
3
Rus hərb tarixçisi V.Potto beş cildlik Qafqaz müharibəsi kitabının üçüncü cildində Krasovskinin həyat və
fəaliyyəti üzərində xüsusi dayanmışdır. O, Paskeviçin Krasovskiyə sərt münasibətini qabartmağa çalışmış,
bununla birgə həmin hərbçinin rolunu xeyli şişirtmişdir. Potto Paskeviçlə N.Aştaraketsi arasında da ziddiyyət
olduğunu qeyd etməklə bərabər, Krassovski kimi onun da fəaliyyətini şişirtməyə çalışmışdır.
4
  Lakin  bu
şəxslərin fəaliyyətindən narazı qalan Paskeviç qısa bir müddət sonra onların hər ikisinin Müvəqqəti idarədən
uzaqlaşdırılmasına nail olur.
11.
Шцкцров К. Тцркмянчай – 1828:
Тарихи хроника. Бакы, 2006, с.18-
20.
12.
Акты собранные Кавказской Ар-
хеографической комиссией. Под
ред. А.Берже. т.VI, ч.2. Тифлис,
1875, с.122-127.
13.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы (1747-1828). Бакы, 1996,
с.89; Балаян Б.П. Международ-
ная отношения Ирана в 1813-
1828 гг. Ереван, 1967, с.35.
14.
Алиев Ф.М. Азербайджано-
русские отношения. Баку, 1985,
с.49
15.
Записки А.П.Ермолова. 1798-
1826 гг. М., 1991, с.260-270, 292-
296.
16.
Борозна В. Краткое описание
путешествия Российского импе-
раторского посольства в Персию
в 1817 г. СПб., 1821; Дневные
записки о путешествии россий-
ско-императорского посольства в
Персию в 1816-1817 годах, ве-
денные советником этого по-
сольства Соколовым. М., 1910;
Ермолов А. Алексей Петрович
Ермолов (Биографический
очерк). СПб., 1912; Журнал по-
сольства в Персию генерала
А.П.Ермолова. Чтение в Имп-м
обществе истории и древностей
российских при Московском
Университета. Апрель-июнь, кн.
2. М., 1863.
17.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы (1747-1828). Бакы, 1996,
с.90.
18.
Шцкцров К. Тцркмянчай – 1828:
Тарихи хроника. Бакы, 2006.


24
Bu dövrdə Naxçıvan və Ordubad naiblərinə rus məmurlarından pristavlar təyin edilmişdi. Bütün
idarəetmə məsələləri onların qarşılıqlı razılığı  əsasında həll edilməli, mübahisəli məsələlər vilayət idarəsinə
keçirilməli idi.
5
 Lakin naiblər və pristavlar arasında qarşılıqlı razılıq həmişə mümkün olmur, ona görə də Ehsan
xan və Şıxəli bəyin narazılığına səbəb olurdu.
6
1827-ci ildə  əyalətdə  şəhər məhkəməsi yaradılmışdı. Onun tərkibinə Ehsan xan, onun ruslardan olan
köməkçisi, xəzinədar və iki kənd starşinası daxil idi. Məhkəmə həm mülki, həm də az əhəmiyyətli cinayət
işlərinin həllində istisnasız olaraq Rusiya qanunlarından çıxış edirdi.
7
 Naxçıvan və İrəvan xanlıqlarının işğalı və
Rusiyaya ilhaq edilməsi ermənilərin Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq arzusuna
8
 yeni
təkan verdi. Əslən erməni olan X.Y.Lazarev 1817-ci ilin axırlarında bu barədə çar I Nikolaya layihə təklif
etmişdi. General-adyutant Benkendorf bu layihəni çara vermişdi.
9
Çar I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərman ilə  İrəvan və Naxçıvan xanlıqları  əsasında
«Erməni vilayəti» yaradıldı. Çar fərmanında göstərilirdi ki, İranla bağlanmış müqaviləyə  əsasən İrandan
Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra «Erməni vilayəti» adlandırmağa hökm edir
və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi
fərmanları öz vaxtında alacaqdır.
10
I Nikolayın fərmanından sonra Müvəqqəti idarə vilayət idarəsi ilə  əvəz olunmağa başladı. 1828-ci ilin
aprelində Krasovski İrəvanı tərk etdi. Vilayət rəisi A.G.Çavçavadze (1786-1846) oldu. 1828-ci ilin sentyabrında
A.S.Qriboyedov İrəvanda olarkən vilayətin vəziyyəti ilə tanış olmuş, qayınatası Çavçavadzedən müəyyən
məlumatlar almışdı.
11
1830-cu ildən «Erməni vilayəti»nin idarəsi əslən erməni olan D.O.Behbudova (1793-1867) həvalə
edlilmişdi. Behbudov fəaliyyətinin ilk dövründən burada ermənilərin mövqelərini gücləndirməyə başlamışdı.
12
Çar hökuməti «Erməni vilayəti» yaradıldıqdan beş il sonra, 1833-cu il iyunun 23-də «Erməni vilayəti»nin
idarəsinin quruluşu haqqında Əsasnamə qəbul etdi. İrəvan əyalətinin inzibati-ərazi bölgüsündə dəyişiklik edildi.
Əyalət dörd dairəyə – İrəvan, Şərur, Sürməli və Sərdarabada bölündü. Dairələr də mahallardan ibarət idi. İrəvan
dairəsi Göyçə, Dərəçiçək və Qırxbulaq; Şərur isə Şərur, Vedibasar, Qarnibasar və Zəngibasar; Sürməli dairəsi
Sürməli, Dərəkənd - Parçenis; Sərdarabad Saatlı, Talin, Seyidli – Axsaxlı, Abaran, Karpi və Sərdarabad
mahallarından ibarət idi. Naxçıvan əyaləti və Ordubad dairəsi əvvəlki inzibati-ərazi bölgüsündə qalırdı.
13
1833-cü il Əsasnaməsi Naxçıvan əyaləti və Ordubad dairəsində polis idarə sistemini olduğu kimi saxladı.
Polismeyster təyin olunan Ehsan xan və Şıxəli bəy bilavasitə «Erməni vilayəti» rəisinə tabe idi.
14
Əsasnamə ilə məhkəmə sistemində dəyişiklik edildi. Naxçıvan əyalət məhkəməsi yaradıldı. Bu məhkəmə
tamamilə rus məmurlarından ibarət idi. Məhdud mühakimə hüququna malik idi. Xəzinənin xüsusi şəxslərə,
xüsusi şəxslərin xəzinəyə və ya bir-birinə olan mülki işləri hər iki tərəfin mübahisəni Rusiya qanunları ilə həll
etməyə razı olduğu halda nəzərdən keçirilirdi. Xəzinə mülkiyyətinin yadlaşdırılması halında bütün işlər təsdiq
üçün vilayət rəisi və Qafqazın baş idarəçisinə verilməli idi.
15
Çarizmin bütün Şimali Azərbaycanda, o cümlədən İrəvan və Naxçıvan əyalətlərində yaratığı inzibati-idarə
sistemi əhali arasında ciddi narazılıq yaradırdı. Çar hökuməti vəziyyəti stabilləşdirmək məqsədilə inzibati-idarə
sahəsində islahatlar hazırlamağa başladı.
16
I Nikolay 1840-cı il aprelin 10-da Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar adlı sənədi imzaladı.
17
Bu
sənəd beş layihədən ibarət idi: 1) Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar; 2) bütün idarənin ştatları; 3)
Tiflisdə şəhər ictimai idarəsi haqqında Əsasnamə; 4) Zemstvo mükəlləfiyyətləri komitələri haqqında Əsasnamə;
5) Qafqazda xidmət edən məmurların üstünlükləri haqqında Əsasnamə.
Təsisatların birinci paraqrafında Zaqafqaziya diyarının ərazisi müəyyənləşdirildi. İkinci paraqrafda
Zaqafqaziya diyarının idarəsi üçün Gürcü-İmeret adlı bir quberniya və Xəzər adlı bir vilayət yaradıldığı
bildirilirdi. Quberniya və vilayət qəzalara, qəzalar sahələrə bölünürdü (§ 3). Gürcü-İmeret quberniyası on bir
qəzaya – Tiflis, Qori, Telav, Balakən, Kutais, Yelizavetpol, Aleksandropol, İrəvan, Naxçıvan, Axalsıx və
Quriyaya bölünürdü (§ 4). Xəzər vilayəti isə yeddi qəzaya – Şirvan, Qarabağ, Şəki, Talış, Bakı və hərbi dairəyə
daxil olan Dərbənd və Quba qəzaları (§ 5). Bu paraqrafa verlimiş qeydə görə Duşet, Siqnax və Ordubad zaştat
şəhərləri (qəzaya daxil olub, lakin qəza mərkəzi olmayan şəhər –Z.Ş.) kimi qalırdı. Zaqafqaziya diyarını təşkil
edən quberniya və vilayətin bütün on səkkiz qəzası yetmiş iki sahəyə bölünürdü. (§ 6).
Təsisastların yeddinci paraqrafından aydın olur ki, keçmiş İrəvan əyaləti bütünlüklə İrəvan qəzasına daxil
olurdu (mərkəz İrəvan ş.). Naxçıvan və Ordubad əyalətləri isə Naxçıvan qəzasını (mərkəz Naxçıvan ş.) əmələ
gətirirdi. Naxçıvan qəzası üç sahəyə – Naxçıvan, Ordubad və Dərələyəzə ayrılırdı.
1840-cı il 10 aprel qanunu idarə sistemini də müəyyənləşdirirdi. Yuxarı idarə hüququ Baş rəisə aid idi.
Ondan sonra ikinci şəxs Tiflis hərbi qubernatoru hesab edilirdi. Baş rəisin sədrliyilə Baş  İdarə  Şurası (BİŞ)
yaradılırdı.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə