Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   2   3   4   5   6   7   8   9   ...   51

8
XIX-XX əsrin əvvəlləri bütövlükdə Azərbaycanın, o cümlədən Naxçıvan xanlığının həyatının bütün
sahələrində yeni meyllər ilə (bazar münasibətlərinin yaranması, milli-azadlıq uğrunda mübarizənin təşəkkülü və
s.) əlamətdar olmuşdur. Onların tədqiqi bir tərəfdən həmin dövrün, digər tərəfdən istiqlaliyyət ərəfəsində
vəziyyətin dərindən dərk edilməsinə kömək edə bilər.
Problemin aktuallığına baxmayaraq, o hələlik Azərbaycan tarixşünaslığında kompleks şəkildə tədqiq
edilməmişdir. Buna baxmayaraq bir sıra tədqiqatlar aparılmışdır. Bu sahədə müəyyən təsəvvür əldə etmək üçün
problemin öyrənilməsi səviyyəsini iki istiqamətdə: xronoloji və problemlər üzrə nəzərdən keçirmək istəyirik.
Xronoloji yanaşma Naxçıvan bölgəsinin XIX-XX əsr tarixi məsələlərinin necə və nə vaxt tədqiqat obyekti kimi
ayrılması gedişini izləməyə imkan verir.
Xronoloji yanaşmada aydın olur ki, Naxçıvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixinin öyrənilməsi
Rusiya qafqazşünaslığı tərkibində təşəkkül tapır. Bu sıraya daxil olan əsərlərin xeyli hissəsi tarixi süjetlərlə
birgə dövrü də əks etdirdiyindən həm tarixşünaslıq, həm də qaynaq kimi diqqəti cəlb edir. Burada əsas diqqət
tarixşünaslıq problemlərinə yönələcəkdir.
XIX-XX əsrin əvvəllərində Naxçıvan tarixi haqqında bəhs edən əsərlər içərisində xronoloji baxımdan ilk
yeri V.Boroznanın A.P.Yermolovun İran missiyasına həsr edilmiş kitabı tutur.
16
 Kitab Yermolovun adı çəkilən
missiyasının fəaliyyəti haqqında qaynaq kimi qiymətli olmaqla bərabər, Kəlbəli xanın dili ilə Naxçıvan
xanlığının yaxın tarixinə də nəzər salır. Kəlbəli xanın Yermolovla görüşdə söylədiyi aşağıdakı fikirlər çox
böyük maraq doğurur. O deyirdi: «… vaxtilə Araz çayı vadisinin gözəlliyi və zənginliyinə heyrətlə baxırdım,
gözəl bağları və meşəlikləri olan vadini çoxsaylı əhali canlandırırdı…»
17
Naxçıvan xanlığının işğalı, Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyaya ilhaqı onun o dövrdəki
vəziyyəti ilə yanaşı, tarixinə də marağı artırır. Çar hökumətinin 1828-ci ilin martında Naxçıvan və  İrəvan
xanlıqlarının torpaqları  əsasında qondarma «erməni vilayəti» yaratması
18
 Azərbaycanın həmin torpaqlarının
tarixinin tendensiyalı, yəni ermənilərin nöqteyi-nəzərindən öyrənilməsinə təkan verdi. 1820-ci illərin sonları-30-
cu illərdə Naxçıvanda həyata keçirilən kameral təsvir və statistik araşdırmalar bir sıra əsərlərin nəşrinə səbəb
oldu.
19
 Bu araşdırmalarda tarix məsələləri də müəyyən yer tuturdu.
Rus qafqazşünaslığında dövrünə görə Naxçıvan haqqında yazılmış  əsərlər içərisində  İ.Şopenin (1798-
1870) tədqiqatları ayrıla bilər. Mənşəcə fransız olan İ.Şopen 1825-ci ildə Rusiyaya gəlmiş, Qafqazda mülki
xidmətə başlamışdı. Qafqazdakı rus qoşunlarının baş komandanı (1827-1831) İ.F.Paskeviçin göstərişi ilə 1829-
1832-ci illərdə «erməni vilayəti»nin təhqiqatı ilə məşğul olmuşdu. 1832-1838-ci illərdə  əyalətin gəlirlər və
xəzinə mülkiyyəti üzrə idarəsinin sədri olmuş, sonra Peterburqa gedərək, Dövlət əmlak nazirliyində xidmət
göstərmişdi. O, həmçinin Daxili İşlər Nazirliyi şurasının Statistika bölməsinin müxbir üzvü idi.
20
İ.Şopen «erməni vilayəti» haqqında kitab yazmış, həmin kitabı 1840-cı ildə Elmlər Akademiyasının Demidov
mükafatına təqdim etmişdi. Qeyd etmək lazımdır ki, kitab həmin şəklində mütəxəssislər tərəfindən müsbət
qiymətləndirilmiş
21
 və mükafat almışdı. Kitab özü yalnız 1852-ci ildə, özü də yeni adla çap edilmişdi.
22
İ.Şopenin kitabı o zamankı mütəxəssislər kimi müasir tədqiqatçılar tərəfindən də yüksək
qiymətləndirilmişdir. M.Kosven bu əsəri indiyədək böyük tarixi qiymətini saxlayan bir əsər kimi
qiymətləndirilmişdir.
23
 Rus qafqzşünaslığının mənafeyinə uyğun olan bu baxışlar, Azərbaycan tarixi nöqteyi-
nəzərindən, yenidən nəzərdən keçirilməlidir. Bu baxımdan yanaşılsa aşağıdakı problemləri ayırmaq zəruridir: 1)
müəllifin «erməni vilayəti» adlandırılan qurumda birləşdirilən İrəvan  və Naxçıvan xanlıqları torpaqlarına dair
irəli sürülən problemə konseptual  baxışı;  2) «vilayətin» tarixi və nəhayət, 3) onun Rusiyaya ilhaqı ərəfəsi və
sonrakı ilk illərdə olan vəziyyətinin şərhi.
İ.Şopenin kitabı ilə tanışlıq göstərir ki, onun qarşısına qoyduğu problemin tədqiqində  tətbiq etdiyi
konseptual yanaşma tamamilə səhvdir. O, «erməni vilayəti»ndən bəhs etməli olduğu halda, kitabın birinci
hissəsini qədim erməni çarlığına coğrafi, tarixi, ədəbi və arxeoloji cəhətdən baxışlar adlandırmış, heç bir əsas
olmadan «erməni vilayəti»ni Ermənistan tarixi kimi təqdim etmişdir. İrəvan və Naxçıvan tarixi də bu
konsepsiyaya uyğun nəzərdən keçirilmişdir.
İ.Şopenin kitabının nisbətən diqqəti cəlb edən cəhəti vilayətə daxil olan torpaqların Rusiya işğalı dövrü və
ilk illərə aid statistik məlumatıdır. Açıq qeyd etmək lazımdır ki, müəllif konsepsiyasını nəzərə alsaq buradakı
statistik materialın da ermənilərin xeyrinə təhrif edildiyini söyləmək olar. Lakin bu halda belə istər İrəvan,
istərsə də Naxçıvan torpaqlarının tarixi Azərbaycan ərazisi, onun əhalisinin isə azərbaycanlılardan ibarət
olmasını ört-basdır etmək olmur. İ.Şopenin ermənilərin bu torpaqlara köçürülməsi haqqında məlumatları, həmin
ərazilərin zor gücünə erməniləşdirilməsi siyasətinin tərkib hissəsi olduğunu sübut edir. Bütün bunları nəzərə
alaraq İ.Şopenin kitabına tənqidi şəkildə yanaşmaq zərurəti ortaya çıxır.
1849-cu ildə Naxçıvanın da tərkibinə daxil olduğu İrəvan quberniyası təşkil edildikdən sonra, Naxçıvan
tarixi həmin quberniyaya aid araşdırmalarda, eyni zamanda xüsusi məqalə və əsərlərdə əks olunmağa başlayır.
1853-cü ildə P.K.Usların İrəvan quberniyasına dair hərbi-statistik icmalı çap olunur.
24


9
1850-ci illərin sonlarından başlayaraq «Kavkaz» qəzetinin səhifələrində Naxçıvan haqqında xüsusi
materiallar çap olunmağa başlayır.
25
 Bu materiallarda Naxçıvan və Ordubad şəhərləri, Naxçıvanın ayrı-ayrı
yaşayış məskənləri haqqında bəhs edilərkən tarixə də müraciət olunur.
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin rus qafqazşünaslığında tədqiqində 1880-cı illər xüsusi yer
tutur. 1880-ci ildə S.P.Zelinskinin, 1882-ci ildə K.N.Nikitinin və 1885-ci ildə A.Avdakovun məqalələri çap
olunur.
26
K.N.Nikitinin qeyd edilən məqaləsi və ümumiyyətlə, «Qafqaz ölkəsi və tayfalarının təsviri üçün
materiallar» məcmuəsinə Naxçıvan haqqında nəşr edilmiş digər məqalələr İ.Həbibbəylinin «Qafqaz
mənbələrində Naxçıvan» adlı araşdırmasında təhlil edilmişdir. Onun fikrincə «Naxçıvana dair materiallar real
müşahidələrə və ilk qaynaqlara əsaslanan araşdırmalardan ibarətdir. Bu materiallarda Naxçıvan şəhərinin
yaşının əfsanəvi Nuh peyğəmbərin adı lə bağlı olan dünya tufanı hadisəsi ilə səsləşdiyi qeyd edilmişdir».
27
Rusiya imperiyasının Dövlət Əmlak Nazirliyi tərəfindən dövlət kəndlilərinin iqtisadi məişətinə dair təşkil
etdiyi təhqiqatlar öyrənilən bölgənin tarixinin araşdırılmasına da müsbət təsir göstərdi. Naxçıvan bölgəsinin
əhatə etdiyi ərazilər A.Q.Dekonski (Şərur-Dərələyəz qəzasının qərb hissəsi), N.K.Nikiforov (Naxçıvan
qəzasının qərb hissəsi), P.N.Yaqodınski (Naxçıvan qəzasının Ordubad sahəsi) və A.V.Parvitski (Şərurun şimal-
qərb hissəsi, Dərələyəz, Şərur-Dərələyəz qəzasının şərq hissəsi) tərəfindən təhqiq edilmişdir.
28
 Naxçıvan
bölgəsi, o cümlədən Zaqafqaziya diyarının dövlət kəndlilərinə dair təhqiqatlar xüsusi cildlərdə
ümumiləşdirilmişdi.
29
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinə dair materiallar Qafqaz təqvimində də çap edilmişdi.
30
Bütün bunlara baxmayaraq, rus qafqazşünaslığı Naxçıvanın XIX-XX əsrin əvvəlləri dövrünün sistemli
tarixini yaratamağa nail ola bilməmişdi.
Naxçıvan tarixinin müxtəlif dövrlərinin (VII-XII əsrlər, XIII-XIV əsrlər və i.a.) Azərbaycan tarixşünaslığı
xüsusi tədqiqatlarda, yaxud dövrə dair araşdırmalarda öyrənildiyi halda,
31
 XIX-XX əsrin əvvəllərinin tarixşünaslığı
ayrıca araşdırılmamışdır.
Naxçıvan tarixinin qeyd olunan dövrünün Azərbaycan tarixşünaslığı, əsasən, sovet dövründə meydana
gəlmişdir. Naxçıvana dair ilk məqalələr elmi səfərlərin yekunları haqqında olmuşdur.
32
  Ə.Ələkbərov öz
məqaləsində Naxçıvanın tarixi və etnoqrafiyasına dair təəsüratlarını da qeyd edir.
1927-ci ildə H.Sultanovun Naxçıvan vilayəti və onun iqtisadiyyatı adlı  əsəri çap olunur.
33
 Burada
vilayətin iqtisadi tarixinə də ekskurs edilir.
Müəyyən fasilədən sonra Naxçıvana dair xüsusi bir araşdırma işıq üzü görür. Q.Mədətov Naxçıvanda
sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili haqqında 1958-ci ildə kitab çap etdirir. 1968-ci ildə
kitabın rusca variantı çıxır.
34
 Kitabın keçmişdən səhifələr adlanan birinci fəslində XIX-XX əsrin əvvəlləri
tarixinə də toxunulur.
1959-cu ildə M.Nəsirlinin Naxçıvanın kənd əhalisi və kənd evlərinə aid tarixi-etnoqrafik kitabı nəşr
olunur. Kitabda Naxçıvanın maddi mədəniyyətinin tərkib hissəsi olan kənd yaşayış evləri tədqiq edilir.
35
S.H.Sadıqovun bərpa dövründə Naxçıvan MSSR-in kənd təsərrüfatına həsr edilmiş məqaləsində (1963)
bölgənin çar Rusiyası tərkibindəki vəziyyətinə, xüsusilə Birinci Dünya müharibəsi dövrünə də toxunulur.
36
Naxçıvan tarixinin Azərbaycan tarixşünaslığında R.Məmmədovun Naxçıvan şəhərinin  tarixi  haqqındakı
tədqiqatı (1977) indiyədək  mühüm  yerini  saxlamaqdadır. Müəllif xronoloji cəhətdən X-XVII əsrləri araşdırsa
da, şəhərin sonrakı inkişafı haqqında da bəzi mülahizələr irəli sürür.
37
1980-cı illərdə Naxçıvan tarixinə maraq xeyli artır. 1984-cü ildə C.B.Quliyev, Q.Ə.Mədətov və
A.A.Nadirovdan ibarət müəlliflər kollektivi «Sovet Naxçıvanı» adlı kitab çap etdirir.
38
 Elə həmin il
Z.Şahverdiyev XIX əsrin 70-90-cı illərində Azərbaycanda aqrar münasibətlər və kəndlilərin vəziyyəti (Naxçıvan
və  Şərur-Dərələyəz qəzalarının materialları üzrə) mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Bu
dissertasiyada ilk dəfə olaraq həmin məsələlər kompleks şəkildə tədqiq olunur.
39
M.M.Əliyevin Naxçıvan xanlığına dair namizədlik dissertasiyasının son bölümündə xanlığın XIX əsrin
əvvəlləri – Türkmənçay müqaviləsinədək olan dövrü işıqlandırılmışdır.
40
  Q.İ.Qədirzadə  isə  uzun  tarixi  dövr
ərzində (1828-1928-ci illər) Naxçıvanda etno-demoqrafik prosesləri araşdırmışdır.
41
X.Vahidova 1990-cı ildə XIX-XX əsrin əvvəllərində Ordubad şəhərinin tarixi mövzusunda namizədlk
dissertasiyası müdafiə edir. Müəllif dissertasiyanın materialları əsasında 2007-ci ildə eyni adlı kitab çap etdirir.
42
Bu kitab xronoloji  cəhətdən tədqiqat dövrünü əhatə etdiyi üçün onun üzərində ətraflı dayanmaq istərdik. Dörd
fəsildən ibarət olan kitabda Ordubad şəhərinin qısa tarixi oçerki, Naxçıvan xanlığı Rusiya imperiyası tərkibində
(I fəsil), ərazi, əhali  və inzibati idarə sistemi (II fəsil), şəhərin iqtisadi inkişafı (III fəsil) və mədəni həyatı (IV
fəsil) kimi məsələlər öyrənilmişdir. Kitabda Ordubadın sosial-iqtisadi inkişafının dinamikası, əhalinin sosial-
etnik və yaş-cins tərkibi, şəhərin xırda sənayesi və ticarətində yeni iqtisadi münasibətlərin inkişafı və b.
problemlər həll edilmişdir.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə