12
tədbirlər barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanına
əsasən dövlət ehtiyacları üçün torpaqların alınması prosesində
iştirak edən dövlət orqanları aşağıdakılardır:
• Nazirlər Kabineti;
• Torpağın yerləşdiyi ərazinin icra hakimiyyəti orqanı;
• Maliyyə Nazirliyi;
• Əmlak Məsələləri üzrə Dövlət Komitəsi,
• Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi,
• Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi;
• Torpağın qeyri‐qanuni tutulması halları kimi, alınması təklif
olunan torpaqdan hər hansı qanuni hüquq olmadan
yaşamaq üçün və ya digər məqsədlərlə faktiki daimi istifadə
edən şəxslərin sayının ilkin hesablanmasına dair məsələlər
üzrə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli (rayon,
şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları və
bələdiyyələr;
Bütün halda şəxslərin və bələdiyyələrin mülkiyyətində olan
torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qərarı Nazirlər
Kabineti verir.
Torpaqların alınması prosesinə hansı dövlət orqanı nəzarət
edir?
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Qanunda dövlət ehtiyacları üçün torpaqların alınması üzərində
nəzarəti həyata keçirən orqan nəzərdə tutulur. Azərbaycan
Respublikasının Prezidentinin “Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar əlavə tədbirlər barədə fərmanı ilə bu orqanın
funksiyalarını Maliyyə Nazirliyi həyata keçirir.
13
Qanuna əsasən “Alınmanın həyata keçirilməsi zamanı
qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə
baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra — nəzarət
orqanı) tərəfindən həyata keçirilir”
Nəzarət orqanının həyata keçirdiyi funksiyalar aşağıdakılardır:
• tələb olunduğu hallarda torpağın alınması prosesi ilə bağlı
təkliflərə dair rəy hazırlamaq;
• alan orqanın həyata keçirdiyi alınma prosedurlarına nəzarət
etmək;
• qiymətləndirmənin düzgün aparılmasını müəyyən etmək
məqsədilə torpağın alınması prosedurlarını davamlı şəkildə
yoxlamaq
və
səmərəliliyi
artırmaq
istiqamətində
dəyişikliklər təklif etmək;
• alınma haqqında təkliflər və proseslərlə bağlı ictimai
iclaslara nəzarət etmək və həmin iclaslarda edilən etirazlara
və təqdimatlara dair hesabatlar hazırlamaq;
• alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin
alınması
başlayana
qədər
bu
Qanuna
əsasən
kompensasiyanın ödənilməsinin və ya köçürülmənin həyata
keçirilməsinin təmin edildiyinə əmin olmaq;
• alınmanın təsirinə məruz qalan şəxs tərəfindən şəxsən və ya
qanunvericiliklə vəkalət verdiyi şəxs vasitəsilə alınma
prosesinin istənilən məsələsi ilə bağlı verilmiş hər hansı
şikayətə baxmaq və araşdırmaq, habelə həmin şikayətlə
bağlı alan orqana tövsiyələrlə birgə rəy təqdim etmək;
• alınma ilə bağlı hesabatlar hazırlamaq.
Qanuna görə
• Nəzarət orqanı zəruri hallarda torpaqların alınması ilə bağlı
ortaya çıxan məsələlərin araşdırılması məqsədilə müvafiq
sahə üzrə ekspert və ya mütəxəssis xidmətlərindən istifadə
edə bilər.
14
• Nəzarət orqanı alınma prosedurları ilə əlaqədar hazırladığı
təklif və hesabatları Nazirlər Kabinetinə təqdim edir.
Qanuna görə “Nəzarət orqanı öz mülahizəsinə görə alınmanın
bu Qanunla müəyyən edilmiş tələblərə riayət edilməməklə həyata
keçirildiyini hesab etdiyi hallarda, alınma prosesinin istənilən
mərhələsində alan orqan tərəfindən torpaq üzərində hüquqların
alınması, alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi,
torpaqda mövcud tikililərin sökülməsi, tikinti işlərinin aparılması da
daxil olmaqla, hər hansı işlərin və hərəkətlərin dərhal
dayandırılması haqqında sonuncuya icrası məcburi olan göstərişlər
verə bilər. Bu göstərişin yerinə yetirilməsinin təmin edilməməsi
nəticəsində maraqlı şəxsə dəymiş ziyan alan orqan tərəfindən
ödənilir”.
Torpaqların alınma prosedurları və alınma qiymətlərinin
müəyyən edilməsi
Torpaqların dövlət ehtiyacları üçün alınması qayda və
prosedurları “Torpaqların dövlət ehtiyacları üçün alınması
haqqında” Qanunla və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009‐cu il 4 aprel tarixli 54 nömrəli qərarı ilə təsdiq
edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın
satınalma qiymətinin hesablanması” Qaydasında əks olunmuşdur.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Qanunun 54‐cü maddəsi alınmanın təsirinə məruz qalan şəxslərə
ödənilən kompensasiyalara dairdir:
Maddəyə görə “Alınmanın təsirinə məruz qalan bütün şəxslərə
torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları
ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya
ödənilməlidir”.
Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın
alınmasını zəruri edən layihənin hesabına ödənilir.
Qeyd: Kompensasiyaların həyata keçirilən layihələrin hesabına
ödənildiyi üçün layihəni həyata keçirən şirkətlərə müxtəlif yollarla
Dostları ilə paylaş: |