Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə1/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
  1   2   3   4   5   6   7   8   9   ...   195


 

 



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

ARXEO LOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU  

 

 



 

 

 



 

 

 



 

AZƏRBAYCAN  

ARXEOLOGİYASI 

 

ORTA ƏSRLƏR 

 

 

ALTI CİLDDƏ  

 

VI  

CİLD 

 

 

 



 

ŞƏRQ-QƏRB 

BAKI 2008 

 

 

 

 

 

 

 

 

 


 

 



 

 

 

Baş redaktor:                                                 Maisə Rəhimova 



 

Redaksiya heyəti:                                          İl yas Babaye v 



                                                                       Əsədulla Cəfər ov 

 

Hi dayət Cə fərov 

 

Tarix Dostiye v 

 

Vəli Əliye v 

 

Arif Mə mmə dov 

 

Nəcəf Müseyi bli  

 

Məsul redaktor:                                              Tarix Dostiye v   



 

 

ISBN 978-9952-448-28-3 

947.54-dc22 

Arxeologiya- A zərbaycan 

 

Azər bayc an Ar xeol ogiyası. Alt ı c ilddə, VI cild. 

Bakı,”Şərq-Qərb”, 2008, 632 səh. 

 

Altıcilddlik “Azərbaycan arxeologiyası” kitabının  VI cildi A zərbaycanın orta 



əsrlər  arxeologiyası  ü zrə  ilk  ü mu miləşdirici,  ko llektiv   tədqiqat  əsəridir.  Təxminən  

bir  əsr  ərzində  Azərbaycan  ərazisində  aparılan  arxeo loji  qa zıntıların  nəticələ ri,  o  

cümlədən  əldə  edilmiş  çoxsaylı  və  mü xtəlif  kateqoriyalı  materiallar  əsasında  IX-

XVIII  əsrlərin  yaşayış  məskənlərin in  tipləri,  urbanizasiya  prosesinin s əviyyəsi,  ona 

təsir  edən  amilləri  müəyyənləşdirir.  Eyni  za manda    əsərdə  istehkam  t ikililə ri, 

ictima i, d ini və yaşayış  binaları, ş əhər abadlığı səciyyələndirirlir, əhalinin təsərrüfat 

məşğuliyyəti,  sənət  istehsalı  və  ticarət  ə laqələri  təsdiq  edilir,  hər  sənəti  və  dövrün 

silahları, məişət həyatı və mənəvi mədəniyyətlə bağlı məsələlər işıqlandırılır.  

“Şərq-Qərb”, 2008 

 

 



 


 

 



 

 

 

 

GİRİŞ  

 

“Azərbaycan  Arxeologiyası”  ço xcildlik  nəşrin  hazırkı  cildi  IX-XVII  əsrləri 

əhatə  etməklə,  A zərbaycan  feodal  cəmiyyətinin  doqquz  əsrlik  tarixinin  maddi 

mə xə zlər əsasında tədqiqinə həsr olunmuşdur. Bu za man kəsiyində feodal cəmiyyəti 

özünün yüksəliş, durğunluq, tənəzzül çağlarını keçirmişdir. 

IX-XII  əsrlə r  feodal  münasibətlərin  dərin ləşməsi,  təsərrüfat  həyatında, 

sənətkarlığın  inkişafında,  ticarət  ə laqələrinin  genişlən məsində  böyük  tərəqqi  dövrü 

kimi  qiy mət ləndirilir.  Tarixin  bu  dönəmi,  urbanizasiya  prosesinin  sürətlənməsi, 

islamın  hakim  dinə  çevrilməsi  və  mənəviyyata  dərin  təsiri  ilə  səciyyələnir.  İslamın  

yayılması ölkənin şimal və cənub bölgələrində   maddi və  mənəvi  mədəniyyətindəki 

fərqlə ri aradan qaldırmağa, vahid, ümu ma zərbaycan mədəniyyətinin forma laşmasına  

imkan verirdi. 

XIII-XVII  əsrlərdə  isə  feodal  münasibətlər  əvvəlcə    durğunluq,  sonra 

tənəzzül  keç irir.  İqtisadiyyatın,  ş əhərlərin  dirçəlişinə    səylər  göstərilsə  də,  feodal 

cəmiyyətini durğunluqdan çıxarmaq, onun yüks əlişini tə min et mə k  mü mkün olmur. 

Tədqiq olunan dövrün sonunda şəhərlərin aqrarlaşması başlanılır,  maddi və  mənəvi 

mədəniyyətdə çökmə müşahidə olunur. 

Qeyd  olunan  bu  iki  mə rhələni  ayıran  hadis ə  monqol  yürüşləri  və  

Azərbaycanda monqol ağalığının bərqara r o lmasıdır. 

Babək  xü rrə min in  rəhbərliy i  ilə  ərəb  ağalığına  qarşı  azadlıq  mübarizəsi 

xilafət in  əsaslarına  zərbə  endirərə k,  ə rəb  imperiyasının  parçalan ması  prosesini 

sürətləndirdi. IX-X əsrin əvvələrində Xilafətin ucqarlarında müstəqilləşmək meylləri 

gücləndi.  Mərkəzi  hakimiyyətdən  yarımasılı  və  ya  müstəqil  feodal    dövlətləri 

yaranmağa başladı. Bu dövlətlə rin başçıları tədricən Xilafət in  xə zinəsinə göndərilən  

vergilərin  məbləğ ini a zald ır, onu ödəməkdən imt ina edir və  beləliklə də müstəqillik 

əldə edərək,  xilafətin yalnız dini  rəhbərliyini qəbul edirlər (Azərbaycan tarixi, 1998, 

səh 8). 

Be lə  yerli  feodal  dövlətlərindən  ölkən in  şima l  rayonların ı  əhatə  edən 

Şirvanşahları  (861-1538),  Cənubi  Azərbaycanda  Saciləri,  Salariləri,  Rəvvadiləri 

göstərmək olar. Arran və bəzi Cənubi A zərbaycan torpaqlarını əhatə edən Şəddadilər 

dövləti  də  bu  qəbildəndir.  Bu  dövlətlər  xalq ımızın  orta  çağ  tarixində  mühüm  ro l 



 

oynamışdır.  Bunlardan əlavə, bir neçə kiçik feodal dövlət qurumları da yaran mışdır. 



Lakin  onlar  ço x  u zunömürlü  olmay ıb,  siyasi  vəziyyətindən  asılı  o laraq  tarix 

səhnəsindən  çıxmış  və  yaxud  qonşu güclü  dövlətlərin  tərkibinə  qatılmışdır.  Sac ilə r 

dövlətinin,  qısa  müddət  də  olsa,  bütün  Azərbaycan  topaqların ın  öz  s ərhədləri 

daxilində birləş məsi mütərəqqi hal idi. 

XI  əsrin  II  yarısında  Cənubi  Azərbaycan    və  Arran  Böyük  Səlcuqlar 

dövlətinə  daxil  edilir.  Şirvanşahlar  səlcuqlu  sultanlarından  vassal  asılılığını  qəbul 

etmə klə  ö z  dövlətin i  qoruyub  saxlayır.  Bu  dövrdə  Azərbaycan  ərzisində  cərəyan 

edən 


etno-mədəni 

proseslərin 

nəticəsində 

türkdilli  Azərbaycan  xalq ının  

formalaşması prosesi  sona çatır (Azərbaycan tarixi, 1998, səh.9).  

Böyük  Səlcuqlar  imperiyasında  feodallar  arasında  çəkişmələrin  gücləndiyi, 

sabitliyin  pozulduğu  şəraitdə,  XII  əsrin    birinci  yarasında  Arranda    Azərbaycan 

Atabəyləri  dövləti  yüksəlir.  Tədricən,  Marağa  istisna  olmaqla ,  Cənubi  A zərbaycan 

torpaqlarını da ö z tərkib inə  birləşdirir. Həmin dövrdə Şirvanşahlar müstəqilləşir və 

dövlətin  nüfuzu  artır.  Azərbaycan  torpaqlarını  birləşdirmək  uğrunda  Şirvanşahların  

və  Azərbaycan  Atabəylərinin  apard ıqları  mübarizə  də  faydalı  idi.  A zərbaycan 

Atabəylərinə  hətta    İraq  Səlcuq  sultanlığının  idarəç iliy ini  nəza rət  altına  almaq  

müyəssər  olmuşdu.  Azərbaycan  Atabəylərinin  paytaxtı  Gəncə,  Naxçıvan,  Təbriz 

şəhərləri, Şirvanşahların paytaxtı isə Şamaxı və Bakı şəhərləri id i. 

IX-X əsrlərdən başlayaraq Azərbaycan dövlətlərin in qonşu ölkələ rlə ə laqələri 

daha  da  genişlənir.  Ölkədə  mənəvi  mədəniyyət  yüksəlir  və  XII  əsrdə  özünün  zirvə 

səviyyəsinə  çatır.  Ölkədə  isla m  dini  getdikcə  kök  salmağa  başlayır,  bəzi  dağlıq  

rayonlarında  –Şəki-Zaqatala  və  Dağlıq  Qarabağ  bölgələrində  xristianlıq  hələ 

qalmaqda idi. 

Bütün bu sosial-iqtisadi, siyasi,  mədəni və dini amillər A zərbaycan təsərrüfat 

həyatının ümu mi yüks əlişini tə min edird i. Məhsuldar qüvvələrin  inkişafı sürətlənir, 

əkin  sahələri  genişlənir,  oturaq  maldarlıq  təsərrüfat  həyatında  özünə  möhkəm  yer 

tuturdu.  Kənd  təsərrüfatı  ilə  yanaşı  sənət  istehsalı,  xüsusilə  şəhər  sənətkarlığ ı 

durmadan  artır  və  XII  yüzildə  özünün  yüksək  inkişaf  səviyyəsinə  çatır.  Ölkədə 

yaşayış  məskənlərin in  sayı  çoxalır,  şəhərlərin  daxili  və  xarici  quruluşunda 

dəyişikliklə r  yaranır,  ticarət in  inkişafı  ö lkədə  yeni  yol  salın ması,  karvansara  və 

körpü  tikintisi  işini  gücləndirird i.  İslamın  möhkəmlən məsi  ilə  Azərbaycan 

mədəniyyətində  ümu mmüsəlman  ənənələri  ö zünü  qabarıq  büruzə  verir,  xüsusilə  

maddi  mədəniyyətdə  köklü  dəyişikliklər  yaranırdı.  Müs əlman  mədəniyyəti  üçün 

səciyyəvi olan me marlıq tipləri, geyimlər   intişar edir, əhalinin  mə işətində müəyyən 

dəyişikliklə r baş verirdi.  Ərəb əlifbası və ərəb dili geniş yayılır, art ıq bu dövrdə yerli 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə