AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
YANINDA
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ
Vüsal Qasımlı
BAKI-2014
İQTİSADİ
MODERNİZASİYA
İQTİSADİ MODERNİZASİYA |
Vüsal Qasımlı
4 |
Ön söz 8
Müqəddimə 12
Xüsusi təşəkkürlər 14
Giriş
20
Fəsil I
Azərbaycan iqtisadiyyatına ümumi baxış 29
1.1.
Azərbaycanda iqtisadi konyuktura
30
1.2.
Azərbaycanda makroiqtisadi siyasət
34
1.3.
Azərbaycanın iqtisadiyyatı
beynəlxalq müstəvidə
38
1.4.
Azərbaycan iqtisadiyyatının strukturu
48
1.5.
Azərbaycanın xarici iqtisadi siyasəti
53
1.6.
Azərbaycan iqtisadiyyatının gələcək inkişaf perspektivləri
56
Fəsil II Yeni sənaye inqilabı və Azərbaycan 61
Fəsil III Modernizasiyaya nəzəri-konseptual baxış 79
3.1.
Modernləşdirilmənin nəzəri-metodoloji əsasları
80
3.2.
Aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin təkamülü 98
3.3.
Azərbaycanda modernizasiya siyasətinin əsas xüsusiyyətləri 106
3.4.
Azərbaycanda aqrar sahənin modernləşdirilməsinin
xüsusiyyətləri
116
Fəsil lV İstehsalın modernləşdirilməsində
əmək qüvvəsinin rolu 123
4.1.
Əmək məhsuldarlığının iqtisadi artıma və
modernizasiyaya təsiri
124
4.2.
Aqrar sahənin moderləşdirilməsində əmək resurslarının rolu 138
4.3.
Modernləşdirilmə və dövlətin urbanizasiya siyasəti
arasında dialektik vəhdət
148
MÜNDƏRİCAT
Vüsal Qasımlı | İQTİSADİ MODERNİZASİYA
| 5
Fəsil V Aqrar sahədə modernləşdirmə dünya
investisya trendləri perspektivində 163
5.1.
Aqrar sahənin modernləşdirilməsi sahəsində dövlət siyasəti 164
5.2.
Azərbaycanda dünya investisiya trendlərinin kəsişməsi
190
5.3.
Aqrar sahəninin modernləşdirilməsində vençur kapitalın rolu 199
Fəsil VI Aqrar sahədə modernləşdirmənin davamlı
iqtisadi inkişafda rolu 209
6.1.
Aqrar sahədə modernləşmə və ixrac potensialının artırılması 210
6.2.
Aqrar sahədə modernləşdirmə və ərzaq təhlükəsizliyi
217
6.3.
Aqrar sahənin inkişafında İKT-nin rolu
224
6.4.
Kənd təsərrüfatının modernləşdirilməsinin davamlı
enerji təminatına təsiri
235
Fəsil VII Aqrar sahədə modernləşdirmə siyasətinin
təkmilləşdirilməsi yolları
247
7.1.
Aqrar sahədə Ümumi Amil Məhsuldarlığının
artırılması yolları
248
7.2.
Aqrar sahədə investisiya qoyuluşunun modernizasiya
prosesində rolu
259
7.3.
Modernləşdirmənin iqtisadi səmərəliliyinin
yüksəldilməsi istiqamətləri
274
7.4.
Kənd təsərrüfatının modernləşdirilməsində
tədqiqat və
işləmələrin (R&D) rolu
287
Nəticə 296
İstifadə edilmiş ədəbiyyat siyahısı 298
İQTİSADİ MODERNİZASİYA |
Vüsal Qasımlı
8 |
“Ölkəmizin qarşısında duran başlıca
vəzifə – iqtisadiyyatın bundan sonra da sürətli
inkişaf etdirilməsi, siyasi islahatların
keçirilməsi, ölkənin modernləşdirilməsidir.”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Müasir siyasi, elmi və gündəlik həyatda “modernizasiya” anlayışı
çox geniş istifadə edilir. “Modernizasiya” hərfi mənada müasir tələblərə
cavab verən dəyişiklik, təkmilləşdirilmə deməkdir. İqtisadi moderniza-
siya
ilk növbədə, mütərəqqi dünya təcrübəsinə əsaslanaraq ölkədə iq-
tisadi və texnoloji geriliyin aradan qaldırılması istiqamətində tədbirləri
özündə əks etdirir. Ədəbiyyatlarda, kütləvi informasiya vasitələrində
modernizasiyanın siyasi, sosial, dini, iqtisadi, texnoloji,
inzibati və
digər növlərini ayırırlar. Modernizasiyanın əsas ümumi məqsədi isə
müasir cəmiyyətin qurulmasıdır.
İqtisadi modernləşdirmə əmək bölgüsünün dərinləşməsi, istehsalın
maddi-texniki bazasının müasirləşdirilməsi, elmi-texniki tərəqqinin
məhsuldar qüvvəyə çevrilməsi və istehsalın idarəetmə sisteminin
səmərəliliyinin yüksəldilməsi sayəsində təkrar istehsal prosesinin
intensivləşdirilməsini nəzərdə tutur.
İqtisadiyyatın modernizasiyası, onun məqsəd və vəzifələrinin
səmərəli həyata keçirilməsi məqsədilə ölkədə dövlət başçısının 2012-
ci il 29 dekabr tarixli fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasıtəsdiq edilmişdir. Konsepsiyada ixracyönümlü
iqtisadi
model əsas götürülmüş, iqtisadiyyatın rəqabət qabiliyyətinin
yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neftixracının
artımı və s. nəzərdə tutulmuşdur.
ÖN SÖZ