AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
U
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
MÖHSÜN NAĞISOYLU
ABBASQULU
AĞA
BAKIXANOVUN
“RİYAZÜL-QÜDS”
ƏSƏRİ
“Elm və təhsil”
Bakı -2014
1
2
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu elmi şurasının 22 yanvar 2014-cü il
tarixli 1 №-li iclasının qərarı ilə nəşr olunur.
Redaktorlar: Nəsib GÖYÜŞOV
filologiya üzrə elmlər doktoru
Raqub KƏRİMOV
filologiya üzrə fəlsəfə doktoru
Möhsün Nağısoylu. A.Bakıxanovun “Riyazül-qüds” əsəri.
Bakı: “Elm və təhsil”, 2014, 174 səh.
Təkmilləşdirilmiş, əlavələr edilmiş ikinci nəşr.
Kitab görkəmli maarifçi şair və yazıçı Abbasqulu ağa
Bakıxanovun “Riyazül-qüds” əsərinə həsr olunmuş ilk müstəqil
elmi araşdırmadır. Monoqrafiyada “Riyazül-qüds” klassik-
sərbəst tərcümə nümunəsi kimi araşdırılır, əsərin dil-üslub və
bədii xüsusiyyətləri tədqiq olunur.
3
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ictimai fikrin,
elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik
yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
4
Bakı şəhəri, 12 fevral 2014-cü il.
KİTABIN İÇİNDƏKİLƏR
ÖN SÖZ..........................................................................3
I FƏSİL. «RİYAZUL-QÜDS» KLASSİK MƏQTƏL
NÜMUNƏSİ KİMİ.................................................................8
1.1.Kərbəla vaqiəsi və bu mövzuda yazılan əsərlər........8
1.2. «Riyazül-qüds» haqqındakı məlumatlara baxış.......15
1.3. «Riyazül-qüds»ün əlyazması haqqında...................21
1.4. «Riyazül-qüds»ün yazılma səbəbi və qaynaqları.....31
1.5. «Riyazül-qüds»ün mövzusu və məzmunu, quruluşu
və janrı.....................................................................................40
II FƏSİL. «CƏLAÜL-ÜYUN» və «RİYAZUL-QÜDS»:
MƏTNLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ............................48
2.1. Məhəmməd Bağır Məclisi və onun «Cəlaül-üyun»
əsəri haqqında................................................................48
2.2. «Riyazül-qüds»: tərcümə, yoxsa orijinal əsər?
Məsələyə A.Bakıxanovun münasibəti...........................52
2.3. «Cəlaül-üyun» və «Riyazül-qüds»: oxşar
cəhətlər. «Riyazül-qüds»ün tərcümə xüusiyyətləri.........65
2.4. «Cəlaül-üyun» və «Riyazül-qüds»: fərqli cəhətlər...94
III FƏSİL. «RİYAZUL-QÜDS»ÜN DİL-ÜSLUB VƏ
BƏDİİ XÜSUSİYYƏTLƏRİ................................................101
Birinci bölmə.
«Riyazül-qüds» və «Hədiqətüs-süəda»:
səsləşmə məqamları...............................................................101
İkinci bölmə.
«Riyazül-qüds»ün dil-üslub və bədii
sənətkarlıq xüsusiyyətləri..................................................... 125
NƏTİCƏ......................................................................155
ƏDƏBİYYAT.............................................................158
5
Xülasə (rus dilində)......................................................165
Xülasə (ingilis dilində).................................................167
Əlavələr........................................................................168
ÖN SÖZ
Hər hansı bir söz sənətkarının həyat və yaradıcılığı,
dünyagörüşü haqqında tam və dolğun, düzgün və dəqiq nəticələr
əldə etmək, qəti fikir söyləmək üçün onun qələmindən çıxan
bütün əsərlər hərtərəfli şəkildə öyrənilməli, geniş təhlil
süzgəcindən keçirilməlidir. Bu məsələdə həmin şair və yazıçının
yaşadığı zaman və məkanın bütün incəlikləri, tələb və istəkləri
göz önünə alınmalı, ən başlıcası isə obyektivlik, qərəzsizlik əsas
götürülməlidir. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatşü-
naslığında bu məsələdə son illərədək həm açıq-aşkar bir boşluq
özünü göstərmiş, həm də dövrün məlum qadağa və əngəlləri
üzündən müəyyən dərəcədə birtərəfliyə, qərəzçiliyə yol
verilmişdir. Belə ki, ayrı-ayrı klassik şair və yazıçıların bəzi
əsərləri, xüsusilə də dini mövzuda qələmə aldıqları kitabları
dövrün ideoloji baxışları üzündən diqqətdən kənarda qalmış,
daha doğrusu, nə araşdırılmış, nə də nəşr edilmişdir. Dahi söz
ustadı Məhəmməd Füzulinin qüdrətli qələmindən çıxmış
«Hədiqətüs-süəda» («Xoşbəxtlər bağı») əsərinin taleyi buna
nümunə ola bilər. Məlum olduğu kimi, bu böyük söz
sənətkarının sözügedən əsəri Azərbaycanda yalnız ölkəmiz
müstəqillik qazanandan sonra, yəni 1993-cü ildə ilk dəfə tam
şəkildə nəşr edilmiş (29), son illərdə isə
haqqında
iki
monoqrafıya (47; 54) yazılmışdır. XIX əsrin görkəmli
Azərbaycan maarifçi yazıçısı, şairi və alimi, ensiklopedik zəka
sahibi Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» («Cənnət
bağları») əsərinə də indiyədək bu mövqedən yanaşılmış və o
məhz sırf dini məzmun daşıdığına görə lazımı səviyyədə
Dostları ilə paylaş: |