1
downloaded from KitabYurdu.org
SƏHRA ÇİÇƏYİ
Varis Dirie
Waris Dirie DESERT FLOWER
Varis Dirie SƏHRA ÇİÇƏYİ
Bakı, Qanun Nəşriyyatı, 2014 İngiliscədən tərcümə: Vüsalə
Muxtarova
Nəşriyyat
redaktoru:
Nüşabə
Hüseynli
Korrektorlar: Flora Əliyeva,
Nigar Musayeva
ISBN 978-9952-26-711-2 © Qanun Nəşriyyatı, 2014 © Waris
Dirie, 1998
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım
hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
Azərbaycan Respublikasının Qanunu »na ziddir.
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+99412) 431-16-62; 431-38-18 Mobil: (+994 55) 212 42
37 e-mail:
info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
SƏHRA ÇİÇƏYİ
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq
üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat
hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına
gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır.
Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə
downloaded from KitabYurdu.org
3
məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca
köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə
olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq
çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv
olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara,
yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan
qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə
borc bilir - beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü
yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız
sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı
mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu
mübarizənin bir for
masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da
məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən
qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət
özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.
Müəllifin qeydi
“Səhra çiçəyi” Varis Dirienin gerçək həyat hekayəsidir. Əsərdə
təqdim olunan bütün hadisələr Varisin xatirələrinə əsaslanır və
həyati faktlarla bağlıdır. “Səhra çiçəyi” əsərində təsvir edilən
obrazlar gerçək şəxslərdir, lakin onların məxfiliyini qorumaq
üçün şərti adlardan istifadə edilib.
MAMA UÇUN
İnsan həyat yolu ilə addımlayarkən tufanlardan keçəndə də,
günəşin şəfəqlərindən həzz alanda da, burulğanın düz ortasında
dayananda da onun nicatı məhz iradəsindən asılıdır. Ona görə
də bu kitabı mənə arxa-dayaq olan, gücündən güc aldığım
qadına - anama, Fatimə Əhməd Ədənə həsr edirəm.
downloaded from KitabYurdu.org
O, öz övladlarına ölümün gözünün içinə dik baxaraq inamlı
olmağı aşılayıb. On iki övladının hər birinə eyni sevgi, eyni
mehribanlıqla yanaşıb (bu, özlüyündə böyük bacarıqdır) və
müdriklik göstərərək bizlərə də çətin vəziyyətlərdə arif olmağı
öyrədib.
Onun fədakarlığı həddən çox, şikayətləri lap az olub və biz,
onun övladları, bilirik ki, o, heç nə əsirgəmədən bütün varlığını
bizə həsr edib. O, övlad itkisi kimi ağır bir zərbəyə mətanətlə
dözərək, yerdə qalan övladları üçün gücünü və iradəsini
qoruyub saxlayıb, yenə də mübarizəyə davam edib. Onun
mənəvi gücü, daxili və zahiri gözəlliyi bir əfsanədir.
Mama, səni çox sevir, qarşında hörmətlə baş əyir, bağrıma
basır və mənə sənin kimi ana verdiyinə görə hər şeyə qadir olan
o tək Allaha şükür edirəm. Tək istəyim sənin irsinə sadiq
qalaraq, usanmadan övladlarını tərbiyələndirdiyin kimi oğluma
analıq etməkdir.
ı. QAÇIŞ
Yuxudan zəif bir xışıltıya oyandım, gözlərimi açanda düz
qarşımda dayanmış şirin üzünə baxırdım... Heyvanın üzündə
donub-qalmış gözlərim gördüyümün həqiqət olduğunu dərk
etdikcə qorxudan bərəlirdi. Qalxmağa çalışdım, amma neçə
gün idi ki, dilimə heç nə vurmamışdım deyə müvazinətimi
itirdim və heydən düşmüş qıçlarım əsməyə başladı. Yıxılarkən
xüsusən də günortalar amansız olan Afrikanın səhra
günəşindən qorunmaq üçün sığındığım ağaca söykəndim.
Sakitcə başımı arxaya söykəyib ağacın kələ-kötür qabığının
başıma batdığını hiss edə-edə gözlərimi yumdum. Şir elə
yaxınımda idi ki, onun isti havaya yayılan üfunətli iyini hiss
edə bilirdim. Allaha üz tutdum: “Yarəbbim, əcəlim çatıb, mənə
downloaded from KitabYurdu.org
5
kömək ol”.
Mənim uzun səhra yolçuluğumun sonu çatmışdı. Nə bir
silahım var idi, nə də həyan olacaq kimsəm. Qaçmağa da artıq
taqətim qalmamışdı. Hətta ən yaxşısını fikirləşib ağaca
dırmaşmaq istəsəm belə, bilirdim ki, pişiklər kimi, şirlər də
güclü caynaqları ilə bunu çox yaxşı bacarırlar. Pəncəsiylə bircə
dəfə vurmağı bəs edərdi. Qorxmadan gözlərimi açdım və
dedim: “Gəl, ye məni. Hazıram”.
Şir qızılı yalmanlı uzun quyruğunu oyan-buyana yellədərək
milçəklərini qovan gözəl bir erkək idi. Təxminən beş-altı
yaşlannda, cavan və sağlam idi. Başa düşürdüm ki, məni bir
göz qırpımında parçalaya bilər, vəziyyətə o, hakim idi!
Pəncələrinin çəkisi mənim çəkimdən dəfələrlə çox olan
zebraları və antilopları necə parçaladığının şahidi olmuşdum.
Şir üzümə baxdı və yavaşca bal rəngli gözlərini qırpdı. Eyni
zamanda mən də qəhvəyi gözlərimi ona zilləmişdim, nəzərimi
ondan çəkə bilmirdim. Ətrafa baxdı. “Gəl, gəl tut məni”, yenə
mənə baxdı və yenə qırağa baxdı, dodaqlarını yalayıb arxa
ayaqları üstə oturdu. Sonra qalxdı, qarşımda o tərəf-bu tərəfə
məğrurcasma var-gəl etdi. Nəhayət, çevrildi və uzaqlaşmağa
başladı, şübhəsiz, fikirləşdi ki, bir dəri, bir sümüyəm, heç ağız
bulaşdırmağa dəymirəm. Beləcə, ağır addımlarla uzaqlaşdı və
sarımtıl-qəhvəyi xəzi qumda gözdən itdi.
Başa düşəndə ki, şir məni yeməyəcək, rahatlaşmadım, çünki
heç qorxmamışdım. Artıq ölməyə hazır idim. Lakin, görünür,
həmişə ən yaxın sirdaşım olan Allahın məni sağ saxlamaqda
başqa nəsə planı var idi. Üzümü Allaha tutub: “Yarəbbim, bu
nədir? Mənə kömək ol, mənə yol göstər”, - deyərək ayağa
qalxmağa çalışdım.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |