3
Bu kitab "Mir Cəlal. Seçilmiş əsərləri. İki cilddə. I və II cildlər" (Bakı,
Azərnəşr, 1986, 1987) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni və
ön sözün müəllifi:
Yaqub İsmayılov
894.3613 - dc 21
AZE
Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005, 384 səh.
XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini
tutan Mir Cəlal qiymətli
hekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən,
bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil
olmuşdur.
Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab"
romanı toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan
müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir,
köhnəliklə yeniliyin
mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir.
Kəskin tənqidi-satirik ruhu ilə seçilən və sənətkarlıq baxımından qüvvətli "Açıq
kitab" romanında isə dövrün əsas qüsuru kimi "gəldiyevçilik" əsl bədii-fəlsəfi
ümumiləşmə səviyyəsində ifşa olunur.
ISBN 9952-418-91-1
© "ŞƏRQ-QƏRB", 2005
5
ÖN SÖZ
Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elmi tarixində
şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, yetmiş illik ömrünün tam
yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq
işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çox şaxəli sahələrin hər
üçü yanaşı inkişafda bir-birini tamamlayıb zənginləşdirmiş və
dolğunlaşdırmışdır. Mir Cəlalın elmi məntiqi bədii ilhamına,
həyata
sənətkar baxışına, estetik duyğu-düşüncələr sisteminə uyğun gəlirdi, bilik
potensialı, zəka və təfəkkür işığı sənətini də təbii məcraya yönəltməyə
kömək edirdi. Alim-müəllim Mir Cəlalı düşündürən bir
çox mətləblər,
müəyyən elmi-pedaqoji fıkirlər bədii yaradıcılığında da qoyulub, əsasən
həyati surətlər və obrazlı vasitələrlə həll olunurdu.
O, milli şifahi ədəbiyyatın, klassik və müasir bədii nəsrin ən yaxşı
ənənələri əsasında yetişib, mahir hekayə ustası və romançı kimi
yüksəlmişdir.
Müəllifin adamlarımızı mərhələ-mərhələ inkişafda əks etdirən, güldürə-
güldürə düşündürüb fəaliyyətə çəkən onlarca hekayə və novellası,
ədəbiyyatımızın qızıl fonduna düşmüş bir çox romanı,
ciddi monoqrafik
tədqiqatları, dərin elmi-nəzəri mülahizələri, gərəkli dərs vəsaitləri,
aktual
problemlərə dair maraqlı məqalə, çıxış, oçerk və publisist yazıları geniş
istifadə olunan faydalı və etibarlı mənbələrdir.
Mir Cəlal (Cəlal Əli oğlu Paşayev) 1908-ci il aprelin 26-da Cənubi
Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Lakin sonralar Gəncə
şəhərinə gəlmiş, ibtidai təhsilini burada almış, uşaqlıq
və ilk gənclik illərini
burada keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş,
qurtaranda Gədəbəy yeddiillik məktəbinə müəllim göndərilmişdir. 1929-
1930-cu illərdə l saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində
çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat
fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş,
"Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA
Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər
bölməsinə elmi işçi
götürülmüş, 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət
Universitetində müəllimlik etmişdir. 1940-cı ildə "Füzulinin poetik
xüsusiyyətləri" tədqiqatına görə filologiya elmləri namizədi, 1947-ci
ildə isə
"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərinə görə fİlologiya
elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq,