Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
  1   2   3   4   5   6   7   8   9   ...   29


GÜLLÜ  YOLOĞLU
“RUSİYA  
YAŞAYACAQMI?” 
Bakı -2015



“Rusiya  yaşayacaqmı?”  kitabının  əsasını 
Rusiyanın bir İmperiya kimi yaşayıb yaşama-
masından narahat olan şovinist tarixçi, dinşü-
nas G.Fedotovun eyni adlı məqaləsi təşkil edir. 
Məqalənin günümüz üçün aktual məqamlarını 
təhlil edən Güllü Yoloğlu slavyanların etnik, 
dini və siyasi keçmişinə də baş vurur, bu gün 
bəzi xalqların Rusiyaya olan nifrətinin tarixi 
köklərini araşdırır, sovet dövrü üstü örtülü qa-
lan bir çox məqamlara aydınlıq gətirir.


GÜLLÜ  YOLOĞLU
“RUSİYA  YAŞAYACAQMI?”
Bakı, Qanun Nəşriyyatı, 2015, 144 səhifə, tiraj 300 
Çapa imzalanmışdır: 07.09.2015
 
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/ Qanunpublishing
İSBN 978-9952-36-
© Güllü Yoloğlu, 2015
© Qanun Nəşriyyatı, 2015


5
KİTABIN  İÇİNDƏKİLƏR
Ön söz əvəzi ................................................... 7
İMPERİYANI  QAYTARMAQ  İSTƏYİ ... 9
1. Georgi  Fedotov və yaşadığı siyasi mühit .. 10
1) Rusiyanın imkanlı  sosial-demokratları ..... 11
2) Uiyanovlar ailəsinin çar rusiyasına 
münasibətinin kökü ........................................ 17
2. Georgi  Fedotovun  mühacirətdəki  
fəaliyyəti ......................................................... 19
1) “Moskva  Kiyev  rusunun tarixini  necə  
mənimsədi?” ................................................... 21
a) Rus  knyazların  türk  anaları ..................... 23
b) “Norman  nəzəriyyəsi” ............................... 28
c) Xəzərlər  Kiyevdə ...................................... 28
2) Moskva knyazlığının yaranması: həqiqət 
və yalanların  qovuşduğu  tarixi dövr ............. 29
3) Moskoviyanın  yeni  iddiaları .................... 34
REÇ  POSPOLİTAYA .................................. 38
1. Reç  Pospolitayanın  parçalanması ............. 41
1) Reç  Pospolitayanın  birinci  parçalanması .. 45
2) Reç  pospolitayanın  ikinci  parçalanması ... 46
a) 1794-cü il praqa qətliamı ........................... 47
3) Reç  Pospolitayanın  üçüncü  
parçalanması ................................................... 51
a) İşğal olunmuş  ərazilərin  durumu .............. 51
b) Litvalılar  dillərini  necə  qorudular? ......... 54


6
c) Polşa krallığındakı vəziyyət ....................... 57
d) Miflərin darmadağın olduğu yer - xatın ..... 62 
MİLLİ  MƏSƏLƏ ........................................ 66
1. Vəlidovçular ............................................... 67
CALAQ XALQ – “SOVET XALQI” ......... 71
GEORGİ  FEDOTOV.  “RUSİYA  YAŞAYA-
CAQMI?” 
(məqalənin tərcümə olunmuş mətni) .......... 76
GEORGİ  FEDOTOVUN  SİYASİ 
ÖNCƏGÖRMƏLƏRİ .................................. 95
1. Sibirin  işğalı: Ruslaşdırma və 
xristianlaşdırma .............................................. 101
GEORGİ  FEDOTOVUN  ÖNCƏGÖRMƏLƏ-
RİNİN 
DAVAMI ........................................................ 120
“KIRIM – MƏNİM DOĞMA YURDUM” 127
GEORGİ  FEDOTOVUN  ÖNCƏGÖRMƏLƏ-
RİNİN SONU ................................................ 134
SON  SÖZ ...................................................... 136 
ƏDƏBİYYAT ................................................ 137 


7
ÖN SÖZ ƏVƏZİ
“Tarix təkrarlanır” deyirlər. Doğrudanmı bu belə-
dir? Əslində tarix heç vaxt unudulmur. Xalqın yadda-
şına hopmuş tarixi hadisələr kül altındakı közə bənzə-
yir. Azacıq külək külü sovurub közü alovlandırmağa 
yetər. Yaddaşın bir küncündə gizlənmiş əsaslı və ya 
əsassız kin, qisas hissi, tarixi ədalətsizliyi bərpa et-
mək istəyi zaman keçsə də, nəsillər dəyişsə də, sön-
mür, əlverişli şərait yaranan kimi üzə çıxır...
Bu  gün  dünyada  baş  verən  əksər  münaqişələrin 
kökündə vaxtilə baş vermiş hadisələrlə bağlı yadda-
şın bəslədiyi kin durur. Və o, vulkan kimi püskürmək 
üçün bəhanə axtarır, fürsət, şərait gözləyir...
Bəzən baş verən hadisələr təəccüb doğurur, nifrət 
hissinin həddini aşması, insanların, xalqların bir-bi-
rinin qanına susaması heyrətə səbəb olur, bu günün 
prizmasından yanaşaraq hadisələrə qiymət verilməsi 
yanlışlıqlara yol açır... Doğru qənaət əldə etmək üçün 
isə hadisələrin tarixi köklərini araşdırmaq lazım gəlir. 
Bəlkə də onlara əhəmiyyət verilmir. Və ya əhəmiy-
yət verilmədiyinə görə bugünkü hadisələr baş verir. 
Hərçənd ki, hər xalqın (haqlı və ya haqsız olmasın-
dan  asılı  olmayaraq)  bu  məsələləri  düşünən,  xəbər-
darlıq  edən,  ehtiyatlı  olmağa  səsləyən  və  ya  aranı 
daha da qızışdıran, tarixi faktları təhrif edən, beləliklə 
də, öz xalqını uçuruma yuvarlayan ziyalıları olub və 
var. Onlar keçmişin həsrətilə yaşayır, onu bərpa et-
məyə çalışır, məntiqlərinin yol verdiyi çərçivədə təh-
lil edir, nəticələr çıxarır, gələcəyə proqnoz verirlər... 


8
Şərt deyil ki, bu proqnozlar və ya həmin ziyalıların 
mövqeyi bizimki ilə üst-üstə düşsün. İstənilən halda 
qonşu xalqların bir milliyyətçisinin etirafları, təhlillə-
ri, gələcəyə yönələn planları bizi də maraqlandırmalı-
dır. Çünki biz, müstəqil Azərbaycan Respublikasının 
əhalisi, sakinləri olaraq böyük dövlətlərin əhatəsində 
yaşayırıq və yaşayacağıq... Necə deyərlər, “xəbərdar-
sansa, deməli, silahlısan”... 
Mürəkkəb  dövrdə,  mürəkkəb  şəraitdə  yaşayırıq. 
Dünyanın  o  başında  gedən  hadisələrin  belə  təsirini 
hiss edirik, o ki, qaldı qulağımızın dibindəki qonşula-
rımız ola. Ona görə də tarix boyu müxtəlif vəsilələrlə 
təmasda olduğumuz şimal qonşumuz olan Rusiyada 
baş  verənləri,  olub  bitənləri  və  ya  bitməyib  davam 
edənləri bilməyimizdə fayda var...
Əslində bu gün Rusiyanın Ukrayna, Belarus, Polşa 
və Çexiya ilə münasibətləri üzdə görünən və görün-
məyən  məqamlardan  ibarətdir.  Üzdə  görünən:  slav-
yan və pravoslav xristian qonşu və “qardaş” dövlətlər! 
Görünməyən hissə isə bu gün Rusiyanın Rusiya, Uk-
raynanın Ukrayna, Belarusun Belarus və s. olmasını 
şərtləndirən tarixi hadisələr... Və bu hadisələr göstərir 
ki, görünən hissə, yəni slavyanlıq və pravoslav xris-
tianlıq xalqların, sözün əsl mənasında, qardaş olması 
üçün şərt deyilmiş, əgər tarixi yaddaşda kin varsa...  
Bugünkü Rusiyanın Baltikyanı ölkələrlə münasi-
bətindəki  problemlər  də  tarixin  qan  yaddaşına  hop-
muş hadisələrdən qaynaqlanır...


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə