H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə1/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.
Sərnişin daşıma texnologiyaları, 2.1, Yükləmə-boşaltma islerinin teskili, 1. Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı, 2. Otto dövründə adiabat proseslər.



H. N. MƏMMƏDOV

R. T. MƏMMƏDOV
Avtomobil nəqliyyatı müəssisələrinin

layihələndirilməsi

H. N. MƏMMƏDOV

R. T. MƏMMƏDOV
Avtomobil nəqliyyatı müəssisələrinin

layihələndirilməsi
( Dərs vəsaiti )

Azərbaycan Respublikası Təhsil

Nazirinin 22 iyul 2015-cü il

tarixli 809 saylı əmri ilə dərs

vəsaiti kimi təsdiq edilmişdıir.
Bakı - 2015


UOT 629.113.004.5.

Elmi redaktor: texnika üzrə fəlsəfə doktoru, dosent

Sülhəddin Kamal oğlu Gözəlov
Rəyçilər: texnika elmləri doktoru, professor

Zakir Əli Ağa oğlu Rüstəmov,

texnika üzrə fəlsəfə doktoru, dosent

Qasım Cabar oğlu Manafov



Məmmədov H. N., Məmmədov R. T. Avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi. Dərs vəsaiti. ”Çaşıoğlu”. Bakı. 2015.160 - s.

Dərs vəsaiti üç hissədən ibarət tərtib edilmişdir. Birinci hissədə yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və nəqliyyat servisi ixtisasları üzrə buraxılış işlərini yerinə yetirmək üçün metodiki göstərişlər, ikinci və üçüncü hissələrdə isə avtomobil nəqliyyatı və avtoservis müəssisələrinin texnoloji layihələndirilməsinin əsas məsələləri əks olunmuşdur.



Avtonəqliyyat müəssisələrinin layihələndirilməsin- də texnoloji hesabat müasir yanaşma və tələblərə uyğun aparılmış, müəllif tərəfindən ilk dəfə işlənmiş yeni normativ göstəricilərdən istifadə edilmişdir.

Dərs vəsaiti 050622 - “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” (avtomobil nəqliyyatı üzrə) və 050811 - “Nəqliyyat servisi” (avtomobil nəqliyyatı üzrə) ixtisasları üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr, eləcə də avtonəqliyyat və avtoservis müəssisələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulur.



ÖN SÖZ

Nəqliyyatın əsas vəzifəsi müxtəlif istehsal sahələrinin və əhalinin daşımalara olan tələbatını vaxtında təmin etmək, nəqliyyat sisteminin iş keyfiyyətini və səmərəliliyini artırmaqdan ibarətdir.

Ölkənin nəqliyyat sistemində, eləcə də müxtəlif istehsal sahələrində avtomobil nəqliyyatından geniş istifadə edilir.

Respublikada istifadə olunan avtomobil nəqliyyatı vasitələrinin sayı artıq bir milyonu keçmişdir. Avtomobil nəqliyyatının sürətli inkişafı, öz növbəsində, müxtəlif problemlər yaradır.

Məsələn, avtomobil parkının texniki saz vəziyyətdə saxlanma zərurəti yaranır, bu məqsədlə böyük miqdarda xərclər,o cümlədən ehtiyat hissələr, materiallar, texniki xidmət və təmir üçün müxtəlif avadanlıq və şəbəkələr tələb olunur, avtomobillər ətraf mühitə işlənmiş qazlar xaric etməklə atmosfer hövzəsinin zəhərlənməsinə və çirklənməsinə səbəb olur, yol-nəqliyyat hadisələri baş verir və s.

Göstərilən və digər problemlərin həlli bir tərəfdən avtoqayırma sənayesinin daha etibarlı və təmirəyararlı avtomobillərin istehsal edilməsi hesabına, digər tərəfdən avtomobillərin texniki istismar metodlarının təkmilləşdirilməsi, əmək məhsuldarlığının yüksəldirilməsi, avtomobillərin texniki xidmət və təmirinin əmək tutumlarının azaldılması hesabına yerinə yetirilir. Bu isə hərəkət tərkibini saz vəziyyətdə saxlamaq üçün müasir istehsalat bazalarının yaradılmasını, texniki xidmət və təmir zamanı mexanikləşdirmə vasitələrindən, elektron qurğulardan və digər vasitələrdən istifadə edilməsini, avtomobil yollarının keyfiyyətinin və yol şəbəkələrinin müasir tələblərə uyğun yenidən qurulmasını və genişləndirilməsini tələb edir.

Beləliklə, avtomobilləşmənin sürətli inkişafı avtonəqliyyat vasitələrinin texniki saz vəziyyətdə saxlanma zərurəti və etibarlılığının təmin edilməsi, avtomobil nəqliyyatının (AN) istehsal-texniki bazalarının inkişaf etdirilməsini və mövcud kiçik avtoxidmət emalatxanalarının daha böyük və səmərəli avtonəqliyyat müəssisələrinə (ANM) çevrilməsini, eləcə də müasir avtoservis və texniki xidmət müəssisələrinin (TXM) yaradılmasını qarşıya qoyur.

Göstərilən məsələlərin həlli ANM-in, o cümlədən avtoservis (AS) müəssisələrinin texnoloji layihələndirilməsi fənninin öyrənilməsini tələb edir. Məhz bu məqsədlə mövcud avtomobil müəssisələrinin texnoloji layihələndirilməsinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə olan ehtiyacı nəzərə alaraq təqdim edilən dərs vəsaiti tərtib edilmişdir.

Tərtib edilən dərs vəsaiti üç bölümdən ibarətdir. Birinci bölümdə 050622-“Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” (avtomobil nəqliyyatı üzrə) və 050811-



“Nəqliyyat servisi” ixtisasları üzrə təhsil alan tələbələrin kurs layihəsi və buraxılış işlərinin yerinə yetirmələri üzrə metodik göstərişlər və qaydalar, ikinci bölümdə avtonəqliyyat və üçüncü bölümdə isə avtoxidmət-avtoservis müəssisələrinin texnoloji layihələndirilməsinin əsasları əks olunmuşdur.

Avtonəqliyyat və avtoxidmət müəssisələrinin texnoloji layihələndirilməsinin əsasını texnoloji hesabat və müəssisələrin, eləcə də müxtəlif istehsal sahələrinin planlaşdırılması təşkil edir.

Kitabda bir sıra məsələlər üzrə nümunələr həll edilmiş, bütün şöbələr üzrə normativ şərtlərə uyğun avadanlıq cədvəli göstərilmiş, müxtəlif gücə malik ANM və avtoservisin istehsal binaları və baş planın planlaşdırılması üzrə nümunələr əks olunmuşdur.



Dərs vəsaitinin ərsəyə gəlməsində verdiyi tövsiyələrə görə, müəlliflər AzTU-nun ANV kafedrasının əməkdaşı, Əkbər Fəhlə oğlu Qocayevə dərin təşəkkürlərini bildirirlər.



BİRİNCİ BÖLÜM
Buraxılış işlərinin yerinə yetirilmə qaydaları

1. Buraxılış işlərinin məzmunu və mahiyyəti

1.1. Buraxılış işlərinin məqsəd və vəzifələri

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” (avtomobil nəqliyyatı) və “Nəqliyyat servisi”(050811) ixtisasları üzrə təhsil alan tələbələrin buraxıiış işləri onların bakalavr pilləsinin tədris prosesində sonuncu işi hesab edilir.

Buraxılış işlərinin əsas məqsədi tələbələrə kurslar üzrə tədris olunan nəzəri məsələlərin mənimsənilməsini möhkəmləndirməkdən, onlardan nəqliyyatın müxtəlif sahələrində praktiki olaraq istifadə etmək bacarığını öyrətməkdən ibarətdir.

Buraxılış işlərinin keyfiyyəti tələbələrin ixtisas fənlərini, xüsusi ilə ANM və ya istehsal sahələrinin layihələndiril-məsi üzrə kursların mənimsənmə dərəcəsindən, mövzuların müasir tələblərə və reallığa uyğun tərtibindən və seçilməsindən, normativ göstəricilərdən düzgün istifadə edərək buraxılış işinin yerinə yetirilmə ardicıllığına əməl olunmasından, qrafiki işlərin səliqəli və texnoloji normalara uyğun işlənməsindən və s. asılıdır.

Mövzular tərtib edilərkən oxşarlıq və təkrar olunma hallarına yol verilməməli, tələbələrin fərdi hazırlıq səviyyələri, müasir tələblər, elm və texnikanın nailiyyətləri, mövzuların mürəkkəblik dərəcələrinin eyni olması və s. məsələlər nəzərə alınmalıdır.

Buraxılış işlərinin mövzuları ixtisas kafedrası tərəfindən nəqliyyat vasitələrinin istehsal və təmirinin, eləcə də avtoservis xidmətinin müasir texnologiyaları, avtomobil nəqliyyatında infrastrukturun inkişafı və istehsal bazalarının genişləndirilməsi, diaqnostika sistemlərindən, eləcə də nəqliyyatda müasir idarəetmə sistemlərindən istifadə, yeni texnoloji avadanlığın layihaləndirilməsi və s. məsələlər nəzərə alınmaqla tərtib və təsdiq edilməlidir.

Təsdiq olunmuş mövzular tələbələr tərəfindən sərbəst seçildikdən sonra təyin olunmuş rəhbər tərəfindən layihə tapşırığı tərtib edilir.
1.2. Buraxılış işlərinin həcmi və tərtib edilmə

qaydaları



Buraxılış işi hesabat-izahat və qrafiki hissələrdən ibarət olur. Buraxılış işinin izahat hissəsi mövzunun aktuallığının və layihənin başlanğic şərtlərinin seçilməsinin əsaslandı- rılmasını, istismar, texnoloji, planlaşdırma, xüsusi və ya elmi - tədqiqat və s. məsələləri əhatə edir. Bu bölmələrin müəyyən hissəsi tapşırığa əsasən daha geniş və ya məhdud halda həll oluna bilər.

Buraxılış işlərinin hesabat hissəsi, əsasən texnoloji və konstruktor hissələrindən ibarət olur. ANM-in layihələndirilməsi üzrə texnoloji hissədə: yürüş normalarının seçilməsi, texniki xidmət və cari təmir üzrə illik istehsal proqramları, texniki xidmət və təmirin təşkil metodları, istehsal işçilərinin sayı, istehsal şöbələrinin, anbarların, xidmət və məişət binalarının sahələri təyin edilir.

Avtoservis müəssisəsinin layihələndirilməsində isə stansiyanın təyinatının və gücünün təyini, xidmət ediləcək nəqliyyat vasitələrinin sayı, texniki xidmət və təmir üzrə işlərin əmək tutumlarının və iş həcminin hesablanması, postların sayının təyini və s.(digər məsələlər ANM-in layihələndirilməsində olduğu kimidir) məsələlər həll edilir.

Əgər tapşırıqda mövcud müəssisənin rekonstruksiyası verilərsə, onda rekonstruksiyanın vacibliyi, səmərəliliyi və s. məsələlər əsaslandırılmalıdır. Konstruktor hissəsində layihə ediləcək avadanlığın səmərəliliyinin əsaslandırılması, iş prinsipi izah edilir, məhsuldarlıq, eləcə də ayrı - ayrı hissələrin möhkəmliyə hesabı aparılır.

Buraxılış işlərinin konstruktiv hissəsi əsas hissə ilə məntiqi əlaqələndirilməlidir.

Buraxılış işləri əl yazısı ilə və ya kompüterdə yazıla bilər. Titul vərəqi və tapşırıq müvafiq formalar üzrə blanklarda tərtib edilir. İzahat-hesabat hissəsi (A4) vərəqlərin yalnız bir üzündə 1,5 mm intervalda, 14 mm şriftlə yazılır və ardıcıl səhifələnir.

İzahat vərəqlərinin sol tərəfində 20-25 mm, aşağı və yuxarı tərəflərdə 20 mm, sağ tərəfdə isə 15-20 mm enində boş haşiyə saxlanılır. İzahat hissəsində istifadə olunan ədəbiyyatın nömrəsi ədəbiyyat siyahısında verilən nömrəyə uyğun kvadrat mötərizələrdə göstərilir. Sonda ədəbiyyat siyahısı əlavə edilir və buraxılış işi qalın üzlüklə cildlənir.

Buraxılış işlərinin izahat- hesabat hissəsində materialların yerləşdirilmə ardıcıllığı aşağıdakı qaydada tövsiyə edilir:

1. Titul vərəqi;

2. Buraxılış işinin tapşırığı;

3. Referat;

4. Mündəricat;



5. Giriş və ya ön söz;

6. Texnoloji hesabat;

7. Planlaşdırılma məsələləri;

8. Konstruktor hissəsi;

9. Nəticə;

10. Ədəbiyyat siyahısı;

11. Hesabat hissəsinə əlavələr (sxem, cədvəl, qrafiklər ).




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə