Hakimiyyət anlayışı, məzmunu və növləri Siyasi hakimiyyətin funksiyaları və resursları Dövlət hakimiyyəti



Yüklə 70,99 Kb.
səhifə1/9
tarix22.12.2023
ölçüsü70,99 Kb.
#154229
  1   2   3   4   5   6   7   8   9
Mövzu 9


Mövzu: Dövlət hakimiyyəti və dövlət idarəçiliyi
Plan

  1. Hakimiyyət anlayışı, məzmunu və növləri

  2. Siyasi hakimiyyətin funksiyaları və resursları

  3. Dövlət hakimiyyəti

  4. Dövlət hakimiyyəti və dövlət idarəçiliyi arasında qarşılıqlı əlaqə

  5. Azərbaycan Respublikasının dövlət hakimiyyət sisteminin vəhdəti

Orta əsrlər dövründə sxolastik dini məktəbin yaradıcısı Akvinalı Fomaya görə hakimiyyətin mahiyyəti ağalıq tabelik münasibətindən irəli gəlir. Onun fikrinə görə Allah belə qayda qoymuşdur: aşağı təbəqə yuxarı təbəqənin iradəsinə tabe olmalıdır.
Makiavelliyə görə hakimiyyətin silahı hüquq, əsası yaxşı qanun və yaxşı ordudur, hakimiyyət gücdür. (Onun belə bir fikri də diqqətə layiqdir: «məqsəd vasitəyə bəraət qazandırır»).
Hobbs – «Kimin gücü yoxdursa, o hakimiyyətdə ola bilməz, hakimiyyət insanı qorxuda saxlayır və onları rifah naminə istiqamətləndirir».
H.Morgentau – «Hakimiyyət insanın başqa insanların şüuru və hərəkətləri üzərində nəzarət etməsidir».
M.Duverje hakimiyyətin iki tərəfinin (daha dəqiq desək, iki
uzunun) olduğunu qeyd edirdi. Onun fikrincə, hakimiyyət bir tərəfdən
bir qrupun digəri uzərində ağalıq alətidir, digər tərəfdən isə sosial
qaydanı qoruyub saxlamaq usulu, umumi rifah naminə hamının bir
kollektivdə muəyyən inteqrasiyasıdır.
Hakimiyyət haqqında bir sıra müasir konsepsiyalar vardır: relyativist, biheviorçu, sistem.
Relyativist (latın sözü olub nisbi deməkdir) konsepsiyaya görə hakimiyyət şəxsiyyət münasibətlərindən ibarət olub obyektin subyektə təsiridir. Bu konsepsiya sabitlik naminə cəmiyyətə təsir göstərmək yollarına malikdir.
Biheviorçu konsepsiyaya görə bir qrup şəxslər hökmranlıq edir, digərləri tabeçilikdə qalır. Bu konsepsiyanın daha bir xüsusiyyəti ondadır ki burada insanların davranışına diqqət yetirilir.
Sistem konsepsiyasına görə isə hakimiyyəti cəmiyyətin siyasi sistemində sistem əmələ gətirən münasibətlər araşdırır və digər ünsürlər siyasi hakimiyyətlə bilavasitə əlaqədədirlər.
siyasətin səbəbi kimi təzahür edir.
Tərif: Hakimiyyət bir insanın, qrupun müxtəlif vasitələrlə (hüquq, nüfuz, iradə, məcburiyyət) başqalarının davranış və fəaliyyətlərinə həlledici təsir göstərmək hüququ və bacarığıdır.

Yüklə 70,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə