1
AƏ
T
M 1
3
Fənn: S\f Ən yeni Azərbaycan ədəbiyyatı
Fakültə:Filologiya
Ixtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup: AZD1901, AZD1902
Müəllim: Pakizə Əliyeva
Mövzu 13. XXI əsrin əvvəlləri Azərbaycan şeiri
Plan:
1.
XXI əsrin əvvəlləri Azərbaycan şeirinin mənzərəsi.
2.
Ənənəvi mövzulara yeni baxış.
3.
Poeziyada təbiət mövzusu.
4.
Musa Yaqubun yaradıcılığı.
5.
Poeziyada sevgi mövzusu.
1.
XXI əsrin əvvəlləri Azərbaycan şeirinin mənzərəsi.
Müstəqillik epoxasını
Azərbaycan ədəbiyyatı istiqlal ideyaları, milli insan həqiqətlərinin inikası ilə bahəm, həm
də zəngin bədii-estetik təcrübə ilə qarşıladı. Bu iştirak bir qism yazarların
ənənəvi-
realistik, lirik-romantik üslubda yazdıqlarını dəyər qismində prosesə qatmağı, bir
qisminin isə zamanla uzlaşmağa can ataraq dünya təfəkkür modelləri axtarışı təriqi ilə
bədii güclərini, nəfəslərini yeni ritmə kökləməsilə əyaniləşirdi. Yeni zamanın, müstəqillik
dalğasının özü ilə gətirdiyi nə varsa 2000-ci illərin ədəbi nümunələrinin də predmeti oldu.
Yeni Azərbaycanın dəyişən portreti bütün əhatəsi ilə burada sərgilənir. 2000-ci illərin
ədəbiyyatına nəzər saldıqda toxunulan mövzuların həyat sferalarının təzahürünü,
nişanəsini daşıdığı məlum olur. Ədəbi qəhrəmanlar istər sosial, istərsə psixoloji, yaxud
mənəvi-əxlaqi planda olsa belə hamının üzləşdiyi insan-cəmiyyət
münasibətlərini
qabardırlar. Burada özəllik və fərq həmin həyat materialını necə demək, necə yazmaq və
aktuallandırmaq məqamında üzə çıxır. Şeirdə hakim olan nəsrləşmə, nəsrdəki şeirləşmə
– bu sahələrin arasında çulğalaşma, yaxud differensiallaşma çağdaş dünya ədəbi-tarixi
prosesinin prioritet xüsusiyyətlərindən biri kimi 2000-ci illər Azərbaycan ədəbiyyatının
da dominant göstəricisinə çevrildi. Ağlın,
rasional düşüncənin, naturalist yanaşmanın
emosionallığı üstələməsi çaları hələ də funksionaldır. Bu gün çağdaş poeziyada bu iki
hissin parametrlərini ayırd etmək və şeirlərə onlardan mütləq birinin estetik imperativləri
əsasında yanaşmaq olmur. Daha doğrusu, ağıl və emosionallıq, lirika və intellektuallıq
arasındakı təzad, fərq aradan çıxmaqdadır. İllərdir ki, milli şeirimizin canına hopmuş
pafos,
patetika daha sürətlə düşünən, intellektual məcraya yönəlir. Habelə poeziyada
feminizm duyğuları, epotaj çalarları özünə yer alır.
Milli müstəqillik illərinin şeirinin digərlərindən fərqi nədə oldu?
Bu poeziyada
daha çox dekadans çalarlar gücləndi, çöküşfəlsəfəsi dərinləşdi. Həyata, dünyaya, insana
münasibətdə poeziyanın mövqeyi daha kəskin, daha tünd
boyalarla təsvirə gəlməyə
başladı. Bu kəskinlik, ekspressiv boyalar ayrı-ayrı
vaxtlarda, xüsusən 1960-1980-ci
illərdə əməl cizgisi kəsb eləsə də, 1990-cı illərin şeirində həmin münasibətin özü belə