Jurnal2017-12. 02. indd



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.06.2018
ölçüsü221,52 Kb.
#49797
  1   2   3   4   5   6   7   8


Hər 

çiçəyin 


öz ətri

Dovøan 


Edvardın 

qeyri-adi 

sÿyahÿti

səh.4


səh.16

səh.22


səh.24

səh.31


Pirate

Gran

Goes for 

Gold

Дональд Биссет:

Аннабель

Axan qumlar, 

    

 yoxsa 


təbiət tələsi


Göy qurşağı

2

Hər çiçəyin öz ətri...



Uşaq və yeniyetmələrin 

rəsm əsərləri

Bayramova Selin

Neda Amcadi

Zəhra Məmmədova

Rzayeva Nabatxanim

Əlizadə Sitarə

Şıxova Cəmilə

Muxtarzadə Lamiyə

Həsənəliyeva Gülər

Nadirzadə Surxay

Rzazadə Fidan

Nesibova Aylin

Danilenko Yelizaveta


Göy qurşağı

3

N

əhayət, əziz uşaqlar, 2017-ci ildə “Göy qurşağı” jurnalının ilk sayı ilə görü-



şünüzə gəldik. Hər zamankı kimi – şeirləmizi, nağıllarımızı, hekayələrimizi, 

ümumilikdə mütaliəni təbliğ etmək arzusu ilə!

         

“Göy qurşağı” jurnalı dərsdənkənar vaxtınızı səmərəli və mənalı keçir-

mək üçün nəzərdə tutulub. Bu jurnalın daimi sakini olan “İncəhörüm” si-

zin hər birinizi yaxından dost olmağa çağırır. İncəhörüm mütaliə edən hər 

bir uşağı sevir və yaxın dostlar haqqında maraqlı məlumatlar verir. “Göy 

qurşağı” jurnalının səhifələrində bizi  narahat edən, düşündürən sualla-

ra cavab tapa bilirik. Sizinlə nələrdən danışmadıq ötən 2016-cı ildə?! Dovşan Edvardın qeyri-adi 

sərgüzəştlərindən (Keyt di Kamillo), torpaqda bitən gəlincik Mirabeldən (Astrid Lindqrin)... Qar 

dənəciklərinin yaranmasından tutmuş siçan yuvasında Yeni il bayramınadək (Alf Preysen), şirniy-

yatatan silahlardan (Aygün Bünyadzadə) tutmuş çəhrayı göllərədək... Qalay əsgərcik (H.K. Ander-

sen) haqqında da oxuduq, bir yurdun keşiyində dayanan mətin gil ordu haqqında da... Bir sözlə, 

ən müxtəlif kitablar, ən qeyri-adi kitabxanalar, ən əfsanəvi parklar, ən möcüzəli planetlər, ən nadir 

heyvanlar, ən sehrli mağaralar, ən qabaqcıl məktəblər, qolfstrim və Coşua ağacı, karliklər səltənəti, 

məntiqi suallar və idman oyunları, daha nələr, nələr... 

    Yağış yağır... Yaz yağışı... Pəncərəm naxış-naxışdır... Mən də yağış damcılarının həzin nəğməsi-

ni dinləyə-dinləyə “Göy qurşağı” jurnalının 2017-ci il saylarının daha nələrdən danışacağı barədə 

düşünürəm. Danışmalı o qədər maraqlı əhvalatlar var ki. Təki oxumaq həvəsimiz olsun...

Növbəti aylarda görüşmək  ümidilə!

Hələlik!

Salam, dost!

Şəhla Qəmbərova

baş redaktor

Əməkdar mədəniyyət işçisi



4

2016-cı il dekabrın 23-də Xətai Sənət Mərkə-

zində F.Köçərli adına Respublika Uşaq Kitabxa-

nasının təşkilatçılığı ilə  Multikulturalizm İlinə 

həsr olunmuş “Hər çiçəyin öz ətri...” adlı uşaq və 

yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı 

xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi 

keçirildi. Kitabxananın direktoru Şəhla Qəmbərova 

sərgi iştirakçılarını salamladı, qeyd etdi ki, tədbiri 

keçirməkdə əsas məqsəd oxucular arasında azsaylı 

xalqların nağıllarını tanıtmaq və oxuduqdan sonra 

düşündüklərini rənglərin dili ilə ifadə etməyi baca-

ran istedadlı uşaq və yeniyetmələri üzə çıxarmaq-

dır. Tədbirdə sərgilənən rəsmlərin kataloqunun da 

təqdimatı keçirildi. Kataloqa 85 uşaq və yeniyet-

mənin 127 rəsm əsəri və azsaylı xalqların nağılları  

daxil edilmişdi.  

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana 

sektorunun müdiri Lətifə Məmmədova, Rəssamlar 

İttifaqının katibi, professor, Xalq rəssamı Ağaə-

li İbrahimov, Xalq rəssamı Arif  Hüseynov sərgi 

iştirakçılarına uğurlar arzuladılar. Azərbaycan 

Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 

Elmira Süleymanovanın adından uşaqların mədəni 

hüquqlarının təbliği, gənc nəslin yaradıcılıq poten-

sialının, bilik və bacarığının inkişafı sahəsində uzun 

illər səmərəli əməkdaşlığına görə kitabxananın di-

rektoruna  Ombudsmanın Fəxri Fərmanı  və xatirə 

medalı təqdim edildi. Yeniyetmə rəssamlar Əzim 

Kazımov və  Cavid Qurbanlı sərgidə iştiraklarına 

görə öz minnətdarlıqlarını bildirdilər. Nizamı rayon 

Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kiçik yaşlı 

uşaqlarının ifasında azsaylı xalqların milli geyimlə-

ri nümayiş olundu.

 İncəhörüm

Dostum! Sənə rənglərin dili ilə

danışanlardan söhbət açmaq istəyirəm.

Gözəl rəsmlərini sərgiləyənlərdən.

Rənglərdən möcüzə yaradanlardan…

Hər 


çiçəyin 

öz ətri



Göy qurşağı

5


Bahar fәsli idi. Çöllәr, çәmәnlәr 

yаşıl dоn gеymişdi. Qış yuхusundаn 

аyılmış bitkilәr аlәmi min rәngә 

çаlırdı. Lаlә еlә qızаrmışdı ki, еlә 

bil bаğrınа dаğ çәkmişdilәr.

Nәrgiz gülü bаğа girәn kimi әtrа-

fınа bахıb özünü itirmişdi. Bәnövşә 

аciz-аciz bоynunu әyib durmuşdu. 

Qönçәlәrin аçıldığını görәn şеydа 

bülbül sеvinir, qızılgülün аçıldı-

ğınа bахıb аһ-nаlәyә bаşlаyırdı. 

Çәmәnlәrdә yаsәmәnlәrin хоş 

rәngi, әtri, gözәlliyi qәlbә fәrәһ 

vеrirdi.

Tәbiәtin bеlә gözәl çаğındа 

bir аlim bаğı gәzmәyә gәldi. Bu 

аlim bitkilәrin dilini bilirdi. О, bаğа girәn 

kimi mеyvәlәrin fәхr еdib öyündüklәrini gördü. Аlçа 

dеyirdi:

—Dünyаdа mәnim kimi gözәl mеyvә   һаnı?

Qızdırmа хәstәliyinә tutulаnlаrın şәfаsı, аğzı аcı 

olаnlаrın dаvаsı mәnәm. Bütün һәkimlәrin dеdiyi 

kimi, mәn bаş аğrısının dа dәrmаnıyаm.

Alçа sözünü dеyib qurtаrаn kimi gаvаlı һirslә-

nib özündәn çıхdı vә Аlçаyа dеdi:

—  Еy аciz mеyvә, utаnmırsаn ki, bеlә öyünür-

sәn? Turşluqdаn dişlәri qаmаşdırırsаn, sәni yеyәn 

аdаm yа әzgin оlаr, yа dа i�lic. Mеyvәlәr içindә 

sәndәn әlili yохdur. Mәnim isә аdımı Gаvаlı qоyub-

lаr. Yüz min tәrәfә sаçılаn budаqlаrım, dürr kimi 

sаf, gаһ yаşıl, gаһ qırmızı, gаһ аğ-qırmızı, gаһ dа 

zәfәrаn rәnginә çаlаn mеyvәlәrim vаr.

Gilаs Gаvаlının sәsini еşitcәk оnа bеlә tәnә 

vurdu:

—  Еy аnlаmаz, һеç utаnıb хәcаlәt çәkmirsәn? 

Bәsdir özünü bu qәdәr tәrif еlәdin. Sәni yеyәn аdаm 

gündә  üç  dәfә  bаl  yеmәsә,  sәni  һәzm  еdә bilmәz.

Mәnim isә әynimdәki gözәl libаsım һеç bir mеyvәdә 

yохdur, dәnәlәrim göydәкi ulduzlаrа bәnzәyir. Hәr 

budаğım bir sәrv аğаcıdır. Bütün gözәllәr mәnim 

һәsrәtimi çәkirlәr.

Bu sözlәri еşidәn Әriк qışqırıb dеdi:

—  Gör Gilаs nеcә qudurub! Еy nаdаn, еy qаrğа 

vә sаğsаğаnlаrın yеmi! Bu еyib ilә fәхr еdib özü-

nü öyürsәn! Vücudun bir dаmcı su ilә sümükdәn 

ibаrәtdir. Sәni yеyәn ziyаndаn bаşqа bir şеy gör-

mәz. Sәni qurudаn bаğbаn ахırdа zәrәrini çәkәr. 

Mәnim аdımı Әrik qоyublаr. Gаһ zümrüd kimi yаşıl, 

gаһ dа qızıl suyunа sаlınmış kimi sаrı оlurаm. Bаğ-

bаnlаr mәni qurudur, kаrvаnlаr mәni аlıb ölkәlәrә 

аpаrırlаr. Аpаrıldığım yеrlәrdә mәni әziz tuturlаr, 

mәn һәr yеmәyin, bişmişin dаdı, lәzzәtiyәm.

Ardı var...

Gənc nəslin hərtərə�li inkişaf etməsi, sosial və estetik cəhətdən kamilləşməsi üçün uşaq ədəbiyyatı-

nın təbliği və mütaliəsi zəruridir. Bu səbəbdən uşaq ədəbiyyatının oxucular arasında təbliği məqsədi ilə 

mütəmadi tədbirlər keçirmək, azyaşlı oxucuların mütaliə həvəsini artırmaq, kitabxanaların fondlarının 

uşaq ədəbiyyatı ilə intensiv şəkildə komplektləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət 

və Turizm naziri cənab Əbulfəs Qarayev 01.02.2016-cı il tarixli 22 saylı əmr imzalamışdır. Müva�iq əmrə 

əsasən tədbirlər planı hazırlanıb. Tədbirlər planının həyata keçirilməsi ilə bağlı bir çox layihələrə də start 

verilib. Onlardan biri də Azərbaycan Uşaq Ədəbiyyatının “Bərpa-Nəşr” layihəsidir. Mədəniyyət və Turizm 

Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının köməyi ilə kitabxanamızın Qızıl 

Fondunda qorunan 1920-1960-cı illəri əhatə edən bir çox nağıl, hekayə və povestlər “Bərpa-Nəşr” layihə-

sinə əsasən ilk nəşrin kitab göstəriciləri olduğu kimi saxlanılmaqla təkrar çap olunmuşdur. Artıq bu günə 

17 kitab işıq üzü görüb. İlk addım uğurla başa çatdığı üçün bütün azyaşlı oxucularımızı təbrik edirik və 

layihədə əməyi olan hər kəsə təşəkkür edirik. Jurnalımızın bu sayında sizə iki əsəri təqdim edirik.

6

Ə

VVƏL



SONRA


Yüklə 221,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə