Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
  1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2



Məhəmməd Əmin Rəsulzadə 
 
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı 
kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid 
Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı 
bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. 
O, 1903cü ildə Azərbaycan Gənc İnqilabçılar Dərnəyini bir neçə azərbaycanlı 
tələbənin iştirakı ilə yaratmışdır.Bu təşkilatın təbliğat işində Hümmət qəzeti 
böyük rol oynamışdır Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-
idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1908-ci ilin axırında 
Məhəmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən onun həbs olunması 
təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür 
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas 
rəhbərlərindən biri olan Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah 
hökumətindən tələb eləyir. O, təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin 
may ayında İstanbula gedir,ancaq 
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan 
olunur və vətənə qayıda bilir. 
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və 
Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi 
daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də 
seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən 
ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli 
Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları 
və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar,lakin 
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 
aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra 
M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə 
Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il 
martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. 

Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə