5
Birinci fəsil
Metod və metodologiya:
məfhum və əhəmiyyəti; oxşar məfhum və terminlər
G İ R İ Ş
Məfkurənin islamlaşdırılmasına təfəkkürə, tədqiqat və islamın
mədəni tərəqqisi cəhdlərinə əhəmiyyət verən mehvərli layihə nöqteyi‐
nəzərindən nəzər salmaq mümkündür. Buraya dörd mehvər daxildir ki,
onların da hər biri özündə iki problemi birləşdirir:
a. Kompleks
yanaşma
: özündə iki – epistemologiya və
metodoloji təfəkkür problemini birləşdirir;
b. Fundamental məsələlərə (üsul) münasibətin metodologiyası:
özündə Qurani‐Kərimə və Peyğəmbərin pak sünnəsinə münasibət
problemini birləşdirir;
v. Düşüncə irsinə münasibətin metodologiyası: özündə islam
irsinə və
ümumi bəşəri
fikrə
münasibətin problemlərini birləşdirir;
q. Reallığa münasibətin metodologiyası: bu problemdə iki məsələ
‐ reallığa olduğu kimi və tələb olunan münasibət bildirmə növləri öz
əksini tapıb. Biz bununla uzaqgörən tədqiqatların aparılmasını nəzərdə
tuturuq.
6
İzahedici sxem
a. Kompleks baxış:
1. Epistemologiya
2. Metodoloji təfəkkür.
b. Fundamental məsələlərə (üsul) münasibətin metodologiyası:
1. Qurani‐Kərimə münasibətin metodologiyası
2. Sünnəyə münasibətin metodologiyası.
v. Düşüncə irsinə münasibətin metodologiyası:
1. İslam irsinə münasibətin metodologiyası
2. Ümumi bəşəri fikrə
münasibətin metodologiyası.
q. Reallığa münasibətin metodologiyası:
1. Reallığa olduğu kimi münasibət bildirmənin metodologiyası
2. Reallığa tələb olunan münasibətin metodologiyası.
Bütün bu mehvərlər və onlarda ifadə olunmuş problemlər
göstərir ki, metodologiya məsələsi məfkurənin islamlaşdırılması
layihəsinin əsasını təşkil edir. Mübahisəsiz demək mümkündür ki,
metodoloji təfəkkür tələb olunan məqsədə çatmağın yolunu göstərməklə
müvəffəqiyyətin açarı rolunu oynayır. Belə bir “açar” düşüncəsi yeni bir
şey deyildir və o, tarix boyu insanlığı müşayiət etmişdir. Eləcə də bu
məsələ yalnız bir mədəni mühit, maraq dairəsi və ixtisas istiqaməti üçün
xarakterik olmamışdır. Bununla yanaşı, insanların çoxu öz yaxın və ya
uzaq məqsədlərinə çatmada uğursuzluğa düçar olur. Çünki onlar
məqsədlərin reallaşmasında metodların seçilməsinin əhəmiyyətinə fikir
vermirlər. Bu fikir fərdlər, kollektiv və millətlər üçün də eynidir.
Metod (metodologiya) termini ədəbiyyatçılardan, ideoloqlardan,
moizəçilərdən, din təbliğçisi və alimlərdən ibarət bəlağət sahiblərinin,
üslubçuların izahlarında məxsusi cazibədarlığı ilə seçilmişdir. Bütün bu
adları sadalananlar metodologiyadan bir vasitə kimi yararlanır, onu əldə
etdiklərini iddia edərək, öz metodlarına güvənməklə düşüncədə, söz və
əməldə metodologiyaya sahib olduqlarını iddia edənlərə və ya
metodsuzluqda ittiham olunanlara qarşı cəbhə açırlar.
7
Akademik arenada – universitetlərdəki tədqiqatlarda, keçən
əsrin ortalarında yetişən və özünəməxsus ideya layihələrinin sahiblərinə
çevrilmiş əksər şəxsiyyətlərin problemə fərqli münasibət bəsləmələrinin
şahidi oluruq. Belə ki, bəziləri (Həsən Əbdülhəmid Əbdürrəhman və s.)
ərəb‐islam düşüncəsi metodologiyasını ona tarix boyu müsəllət olmuş
yanlış fikirlərdən təmizləməyə cəhd göstərmiş, bəziləri də (Əli Sami ən‐
Nəşşar və s.) tədqiqatlarda hökm sürən fundamental metoda
əsaslanaraq, islam mədəniyyətinin çiçəklənməsi və özünəməxsus status
kəsb etməsi prosesini izah etməyə çalışmışlar. Həmçinin, islam mədəniy‐
yətinin tənəzzülündə ərəb (müsəlman) düşüncəsinə hakim kəsilmiş fiqh
metodologiyasını ittiham edənlər və onun öz funksiyasından məhrum
olmaqla yaradıcı fəaliyyətə mane olmasını iddia edənlər də (Məhəmməd
Abid əl‐Cabiri və s.) tapıldı. Bəziləri isə (Həsən Hənəfi və b.) meydana
atılaraq, dini mətnlərin izahında “yeni” meyar və qaydalar təsis etdilər
və bildirdilər ki, “Fiqhin ana qaydaları” (üsul əl‐fiqh) adlanan elm
izahedici nəzəriyyədən başqa bir şey deyildir; deməli, o, “bağlı”
sistemdir (!).
Ümumiyyətlə, islam düşüncəsi sistemindəki metodologiya
probleminin hədsiz əhəmiyyətini hamı yekdilliklə qəbul edir. Təbii ki,
bu problemi təfəkkürdə, biliyin əldə edilməsi və təcrübədən keçirilib
təsnifləndirilməsi üçün aparılan tədqiqatlarda, islamın təsisçi və ana
mənbələri ilə yanaşı islam və ümumdünya irsinə münasibətdə, ümmətin
və bəşəriyyətin müasir reallığına yanaşma formalarının formalaşdırıl‐
masında özünəməxsus əhəmiyyətə malikdir.
Şübhəsiz, islam nöqteyi‐nəzərindən, digər oxşar məsələlər kimi,
metodologiya da sabit qayda və ana prinsiplərə əsaslanır. Düzdür, onun
bəzi tərəfləri mütəhərrik və dəyişkən təbiətə malikdir, ancaq bu hal
alimlərin təcrübəsi və ictihadları ilə tənzimlənir. Eləcə də bu
metodologiya ixtisas alimləri qrupunun yanaşması baxımından stabil
tərəflərə malikdir. Bu tərəflərin bir qismi tədqiqat obyekti olan
problemlərin, yeni və ənənəvi məsələlərə (hadisələrə) müsəlmansayağı
münasibət formasının təsiri ilə ya da Allahın ayrı‐ayrı alimlər vasitəsi ilə
bəxş etdiyi “fəth”lərin nəticəsində formalaşıb.
Metodologiya bəşəri rasional fəaliyyətin nəticəsidir; özünü
doğrultduğu kimi, yanılmalardan da xali deyildir. Elə isə metodologiya
və metodoloji təfəkkürə dair tədqiqatlara olan ehtiyac özünüdoğrultma
hallarına rəvac verməklə yanılma hallarının “islahı”na can atmaq
baxımından aktuallıq kəsb edir. Hər bir dövrün insanları çalışmalı, cəhd