Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
  1   2   3   4   5   6   7   8   9   ...   29


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

HÜSEYN CAVİDİN EV MUZEYİ 

 

Ümummilli lider Heydər Əliyevin  

90 illik yubileyinə həsr olunur 

 

 

 

GÜLBƏNİZ BABAXANLI 

 

HEYDƏR ƏLİYEV 

VƏ HÜSEYN CAVİD 

 

 

 

 

 

 

Bakı-Proqres- 2013 

 

 



 

 

UOT: 82-121  (3-05)



 

 

 

 

 

 

Redaktor:  

 

Aybəniz Əliyeva-Kəngərli 

Filologiya üzrə elmlər doktoru

 

 

 

 

Gülbəniz Babaxanlı. Heydər Əliyev və Hüseyn Cavid. 

Bakı, Proqres, 2013, 160 s. 

 

Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının  bu kitabında 



dahi sənətkar Hüseyn Cavid irsinə Ümummilli lider Heydər Əliyevin göstər-

diyi  diqqət  və  qayğıdan  bəhs  olunur.  Ulu  öndərin  mədəniyyət  siyasətinin 

açıqlanması kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çev-

rilir. 


Ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 

 

 



ISBN: 978-9952-8207-8-2

 

 

 

 

© Gülbəniz Babaxanlı, 2013 




 



 

 

 

 

 

 

 

İKİ ƏBƏDİYYƏT 

(ÖN SÖZ YERİNƏ) 

 

 

eyirlər, bir alimdən soruşurlar  ki, əbədiyyət 



nədir? Alim  çox  çalışır  ki,  elmi  terminlərlə 

əbədiyyətin  nə  olduğunu  başa  salsın,  ancaq 

bir şey çıxmır. Axırda deyir: 

- Almazın nə olduğunu bilirsinizmi? 

Deyirlər ki, hə, bilirik, dünyada ən bərk şeydir. Onda 

alim bir də soruşur: 

- Bəs dünyadakı ən böyük dağı tanıyırsınızmı? 

Deyirlər ki, hə, tanıyırıq – Everestdir. 

Alim deyir: 

- Onda təsəvvür edin ki, Everest tamam almazdandır. 



 



 

Hər  min  ildən  bir  sərçə  boyda  zəif  bir  quş  gəlib  həmin 

almaz dağın başına qonur və cəmi bir dimdik vuraraq uçub 

gedir.  Bir  də  min  ildən  sonra  qayıdıb  eyni  işi  görür.  Bax, 

həmin  almaz  dağı  həmin  quş  dimdikləyib  qurtarandan 

sonra əbədiyyətin bir anı keçəcək... 

Pritçadakı alimin dediyi hələ cəmi bir əbədiyyətin bir 

anıdır. Onda gör, iki əbədiyyəti necə təsəvvürə sığışdırmaq 

olar:  Heydər  Əliyev  əbədiyyəti  və  Hüseyn  Cavid  əbədiy-

yəti.  Bu  iki  əbədiyyətin  birliyindən,  vəhdətindən  danışılır 

bu kitabda. Azərbaycanın iki qürur qaynağından, bütövlük-

də Türk dünyasının, insanlığın iki qürur qaynağından bəhs 

açılır. Və o da maraq doğurmaya bilmir  ki, bu iki əbədiy-

yəti bir-birinə bağlayan ən möhkəm tellərdən biri də məhz 

ədəbiyyatdır.  

Bu  nədir,  sadəcə  bir  təsadüfmü?  Sözlərin  səslənişin-

dəki  ilginc  yaxınlıqmı?  Hər  halda,  burada  bir  hikmət  də 

olmamış  deyildir.  Çünki  hər  iki  dahi  bəşər  həyatında 

ədəbiyyatın roluna yüksək qiymət  vermiş, insanlığın ərsə-

yə  gətirdiyi  ən  böyük  milli-mənəvi  dəyərlər  sırasına  daxil 

etmişlər.  Böyük  Hüseyn  Cavid  1915-ci  ildə  “Açıq  söz” 

qəzetində  dərc  ertdirdiyi  “Müharibə  və  ədəbiyyat”  məqa-

ləsində  öz  vətənpərvər-proqressiv  fikirlərini  belə  ifadə 

edirdi: “...Tələbə və talibələr ikmali-təhsildən sonra bir də 




 



 

kəndi  filosofları,  ədibləri  tərəfindən  yazılmış  əsərləri  mü-

taliəyə  başlarlar.  Şübhəsiz  ki,  ən  faydalı  düşüncələr,  ən 

ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə 

əldə  edilə  bilir...  Bir  gənc  bir  şeir,  bir  hekayə,  bir  roman, 

bir  tarix,  bir  faciə  oquyacaq  olursa,  dərhal  kəndisinə  ruh-

daş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bə-

yənir  və  o  ruhda  yaşamağa  yeltənir  və  o  məsləkdə  yaşa-

maq  istər  və  bu  yazılan  əsərlər  isə,  adəta  aləmşümul  bir 

müəllim  yerinə  keçər,  qarelərin  ruhlarına  nüfuz  etməyə 

başlar.” 

Dədə qorqudlar, nizamilər, füzulilər, cavidlər yurdu-

nun dahi yetirməsi olan, bu böyük  müəllimlərin əsərlərin-

dəki  humanist,  vətənpərvər  ideyalardan  tərbiyə  alan  Hey-

dər  Əliyev  də  ədəbiyyata  çox  böyük  önəm  verən  və  yeri 

gəldikcə  bu  bəşəri  təfəkkür  sahəsinin  inkişafına  əlindən 

gələn  yardımı  əsirgəməyən  dünya  şöhrətli  bir siyasət  ada-

mı,  bir  diplomat,  bir  ensiklopedik  zəka  sahibi  kimi  tanın-

mışdır. Onun ədəbiyyat, ədəbiyyatın bəşər tarixində oyna-

dığı mütərəqqi rol barədə müdrik fikirləri çoxdur. Elə bili-

rəm ki, həmin fikirlərdən birini bir daha səsləndirmək yeri-

nə  düşər.  Ədəbiyyata,  mədəniyyətə  milli  özünüifadə,  özü-

nütəsdiq  vasitələrindən  biri  kimi  yüksək  önəm  verən 

Ümummilli  Lider,  bu  obrazlı-intellektual  fəaliyyət  sahə-



 



 

sinin  xüsusən  ideoloji-informativ  mübarizədə  əvəzsiz  rola 

malik  olduğunu  təkidlə  vurğulayırdı.  Hüseyn  Cavidin  yu-

xarıda örnək gətirdiyimiz sözlərindən səksən il sonra Hey-

dər Əliyev öz böyük sələfi ilə həmfikir, həmməslək, həmə-

qidə  olduğunu  öz  dərin  mənalı  sözləri  ilə  bir  daha  təsdiq 

edirdi:  “...Biz  daim  çalışmalıyıq  ki,  Azərbaycan  xalqını 

dünyaya daha yaxından tanıdaq. Qoy bilsinlər ki, xalqımı-

zın  çoxəsrlik,  zəngin  tarixi  mədəniyyəti  var.  Bilsinlər  ki, 

Azərbaycanın  bugünkü  mədəniyyəti  dahi  şəxsiyyətlərimi-

zin  yaratdığı  və  əsrlərdən-əsrlərə  keçən  mədəniyyətimizə 

əsaslanır. Bu ona  görə lazımdır  ki, hamımıza  məlum olan 

düşmən  qüvvələr  həmişə  sübut  etməyə  çalışmışdır  ki, 

Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun  kökü 

yoxdur. Şübhəsiz ki, bu cəfəngiyatdır. Bəzən buna heç ca-

vab  vermək  istəmirsən.  Lakin  xalqımıza  düşmən  olan, 

qəsd  etmək  istəyən  dairələr,  qüvvələr,  bəzən  də  millətlər 

respublikamızı  parçalamaq,  onun  ərazisini  qəsb  etmək  is-

təyənlər  əvvəllər  də  çalışmışlar  və  indi  də  çalışırlar  sübut 

etsinlər  ki,  guya  Azərbaycan  xalqı  tarixi  köklərə  malik 

olan bir xalq deyildir. 

Ona  görə  də  Füzuli  kimi  şəxsiyyəti  dünyaya  bir 

daha tanıtmaqla onun necə böyük şair, mütəfəkkir, filosof 

olduğunu və dünya mədəniyyətinə nə qədər töhfə verdiyi-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə