Mühazirə 1 azərbaycanin karbohidrogen pesurslari və hasilatin iNKİŞAF



Yüklə 443,25 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix29.11.2023
ölçüsü443,25 Kb.
#140281
növüMühazirə
  1   2   3   4   5   6
Mühazirə 1. 2 saat



Mühazirə 1 
AZƏRBAYCANIN KARBOHİDROGEN PESURSLARI VƏ HASİLATIN İNKİŞAF 
MƏRHƏLƏLƏRİ 
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, 
coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi 
həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-
d-
Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti 
haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin 
yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) 
Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, 
Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında 
məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki 
yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu 
tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) 
məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və 
quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman 
səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü 
ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin 
Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir 
etmişdir.
 
Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da 
hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə 
başlanır və 1920-ci ilə kimi davam edir.
II m
ə
rh
ə
l
ə
1920-ci ild
ə
Az
ə
rbaycanda neft s
ə
nayesinin millil
əşdirilmə
sind
ə
n sonra 
başlayır və
1949-cu ild
ə
açıq də
nizd
ə
"Neft Daşları" yatağının kəşfi dövrünü ə
hat
ə
edir. 


 
III mərhələ 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda 
dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. 

Yüklə 443,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə