Mühazirə 1 Dəniz neftqazkondensat yataqlarından karbohidrogenlərin yığılması,hazırlanması və nəqli xüsusiyyətləri və perspektivləri



Yüklə 13,98 Mb.
səhifə1/90
tarix21.10.2023
ölçüsü13,98 Mb.
#129617
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   90
C fakepathYusif.D niz y m haz rl q .Mühazir l r. (3)



DƏNİZ ŞƏRAITINDƏ QUYU MƏHSULLARININ YIĞILMASI
VƏ HAZIRLANMASI SISTEMLƏRI.


MÜHAZİRƏLƏRİN KONSPEKTİ

Mühazirə 1
Dəniz neftqazkondensat yataqlarından karbohidrogenlərin yığılması,hazırlanması və nəqli xüsusiyyətləri və perspektivləri.
Dəniz yataqlarında karbohidrogenlərin hasilatı,yığılması və hazırlanması masələləri üzrə bəzi inkişaf etmiş ölkələrdə tədbiq edilən texnologiyalar.
Dəniz neftqazkondensat yataqlarından karbohidrogenlərin yığılması, hazırlanması və nəqlinin xüsusiyyətləri və perspektivləri
Qaz hasilatının inkişafı kifayət dərəcədə dəniz qaz və neftqazkondensat yataqlarının işlənilməsinin intensivliyindən asılıdır. Hal-hazırda dünyanın 100-dən çox ölkəsi dəniz və okeanların şelfində axtarış-kəşfiyyat işləri aparır, 40-a qədər ölkə isə dəniz yataqlarında neft və qaz hasil edir. Dünyada 400-dən çox dəniz neft və qaz yataqları işlənmə mərhələsindədir. Hər il dəniz neftqazkondensat yataqlarından bir neçə yüz milyard kub metr qaz hasil edilir.
Son illərdə dəniz akvatoriyasında ən müxtəlif iş şəraitində neftqazkondensat yataqlarının istismarı üzrə böyük təcrübə əldə edilib.
Bu sahənin inkişafı üzrə əsas problemlərdən biri dəniz yataqlarında qazın yığılması, hazırlanması və nəqli ilə əlaqədardır. Hasil olunan qazın fasiləsiz olaraq magistral qaz kəmərlərinə və daha sonra istehlakçılara verilməsinin təmin edilməsi qazın hazırlanması və nəqli texnologiyalarının düzgün təşkilindən asılıdır.
Dəniz mədənlərinin materikdən uzaqda yerləşməsi, ətraf mühitin nəmliyinin yüksək olması, stasionar platformaların ərazisinin məhdud olması, avadanlıqların quraşdrılmasında yaranan çətinliklər dəniz yataqlarının qaz nəqli sistemlərinin xarakterik xüsusiyyətləridir.
Məlumdur ki, dəniz yataqlarında qazın hazırlanması və nəqli üzrə texniki qərarlar hazırlanarkən əsas meyar sualtı qaz kəmərlərinin istismar rejimlərinə olan tələblərdir. Belə ki, qaz kəmərində maye fazanın hansı dərəcədə olması və onun ikifazalı nəql vəziyyətində istismar edilməsi əsaslandırılmalıdır. Həmçinin texnoloji avadanlıqlar və boru kəmərləri elə həcmdə seçilməlidir ki, məhsulların hasilatı yatağın işlənməsinin bütün mərhələlərində həyata keçirilsin. Bu vaxt çalışmaq lazımdır ki, platformalarda aparılan texnoloji əməliyyatların sayı az olsun və onların bir hissəsi sahil yığım məntəqələrində həyata keçirilsin. Dənizdə və sahildə yerinə yetiriləcək texnoloji əməliyyatların siyahısı və növü hər bir konkret hal üçün real təbiət-iqlim şəraiti, dənizin dərinliyi, sahildən uzaqlığı, hasil olunan məhsulun fiziki-kimyəvi xassələri, lay təzyiqi, yığım sistemi, quyuların debiti və s. amillər nəzərə alınmaqla təyin olunmalıdır. Qazın və kondensatın birgə nəqlə hazırlanması üsulunun seçilməsi (iş rejimi, texnoloji sxemlərin avadanlıqlarla tərtibi, kompaktlığı, metal tutumu) sadə və az enerji tutumlu olmalıdır. Son nəticədə bu amillər platformaların ölçülərinə və yatağın mənimsənilməsinə çəkilən ümumi kapital xərclərinə təsir edir.
Dəniz şəraitində quyuların məhsullarının yığılması və nəqli üçün nəzərdə tutulan və dənizin dibi ilə çəkilən boru kəmərlərinin uzunluqları bir neçə yüz kilometr təşkil edə bilər. Boru kəmərləri ilə nəql zamanı drossel effekti (Coul-Tompson effekti) hesabına qazın temperaturu azalır və qaz-maye axınının təbəqələşmiş-ayrılmış forması yaranır. Bunun nəticəsində qaz kəməri tıxac və pulsasiya rejimində işləyir. Bu hal, bir neçə platformadan quyuların məhsullarının hazırlanmaq üçün bir platformada yığılması zamanı daha kəskin formada baş verir. Boru kəməri platformadan 90˚ enən (aşağı düşən axın) və platformaya qalxan (yüksələn axın) zaman dirsəklərdə kifayət qədər maye yığılır ki, bu da quyuların və qaz nəqli sistemlərinin iş rejiminə mənfi təsir göstərir



Yüklə 13,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə