OĞUZ YURDU
İ C T İ M A İ - S İ YA S İ Q Ə Z E T
• № 9-10 (4544) •19 mart 2017-ci il •Bazar • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik
BAHAR BAYRAMINIZ MÜBARƏK!
OĞUZ
OĞUZ RAYON İCRA
HAKİMİYYƏTİNİN BAŞÇISI
EYVAZ QURBANOVUN
NOVRUZ BAYRAMI MÜNASİ-
BƏTİ İLƏ OĞUZLULARA
TƏBRİKİ
Hörmətli oğuzlular! Xalqımız neçə min illərdən bə-
ridir ki, baharın gəlişini ən əziz bayramı kimi qeyd edir.
Müxtəlif mərasimlər və şənliklərlə keçirilən bu bayram
müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadi-
garıdır. Baharın gəlişi-Novruz bayramı münasibəti ilə sizi
səmimi qəlbdən təbrik edir, hamınıza bahar ovqatı, xoş-
bəxtlik, səadət arzulayıram.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummil-
li liderimiz Heydər Əliyevin Fərmanı ilə Novruz bayramı
dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ulu
öndərin yolunu bütün sahələrdə uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sərəncamına əsasən Əmək Məcəlləsində dəyişiklik
edilmiş, Novruz bayramı beş gün müəyyənləşdirilmişdir.
Novruz bayramı Azərbaycandan başqa bir çox türk və
müsəlman ölkələrində də qeyd olunur. Ölkəmizin birinci
xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezi-
denti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə
BMT martın 21-nin bütün dünyada Beynəlxalq Novruz
Günü kimi qeyd olunması barədə qərar vermişdir. Cə-
miyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması,
səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər
formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyı-
cısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil et-
mişdir.
Ümummilli liderimiz Heydər Əliyevin yolu ilə inamla
addımlayan ölkəmiz Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin həyata keçirdiyi tədbirlər, gördüyü
böyük işlər nəticəsində sosial-iqtisadi sahədə, ordu qu-
ruculuğunda, respublika həyatının bütün istiqamətlə-
rində, eləcə də beynəlxalq miqyasda çox böyük nailiy-
yətlər qazanmışdır. Nüfuzlu beynəlxalq təşkilatların he-
sabatlarında Azərbaycanın əldə etdiyi nailiyyətlər də-
fələrlə təsdiq edilmişdir.
Son illərdə Azərbaycanın sürətlə inkişaf edən bölgələ-
rindən biri olan Oğuz rayonu da tikinti, quruculuq, abad-
lıq, sosial məsələlərin həlli sahəsində və digər sahələrdə
böyük nailiyyətlər qazanmışdır. Dünyanı bürüyən iqtisa-
di böhranlara, neftin qiymətinin kəskin şəkildə aşağı
düşməsi nəticəsində ölkəmizin gəlirlərinin 3-4 dəfə
aşağı düşməsinə baxmayaraq respublikamızın hər ye-
rində olduğu kimi rayonumuzda bu sahədə işlər uğurla
davam etdirilir.
Builki Novruz bayramını xalqımız respublikamızda İs-
lam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ərəfədə qeyd
edir. Ölkəmiz İslam ölkələrindən gələcək idmançıları,
nümayəndələri, turistləri böyük qonaqpərvərliklə qəbul
etməyə hazırlaşır. Novruz bayramını ölkəmizin sakinləri
ilə bərabər xaricdə yaşayan soydaşlarımız da azərbay-
cançılıq məfkurəsi işığında qarşılayırlar. Nisgilimiz bircə
işğal olunmuş torpaqlarımız sarıdandır. O torpaqların er-
məni əsarətində olması hər birimizi üzür. Lakin biz o tor-
paqların tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Ap-
rel döyüşləri, gündən-günə güclənən ordumuzun düş-
mənin hər bir təxribatını dəf edərək ona sarsıdıcı zər-
bələr vurması, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonu-
nun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər
haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamına
əsasən həyata keçirilən tədbirlər bu inamımızı qat-qat
artırır. İnanırıq ki, Cəbrayıl rayonunun işğaldan azad
edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra bu ilin
fevral ayının 21-də ilk dəfə Su çərşənbəsi günü yandı-
rılmış tonqal kimi tonqallar bütün işğal edilmiş mən-
təqələrimizdə də yandırılacaq, o torbaqlara dönən
həmvətənlərimiz Novruz bayramını öz el-obasında
qeyd edəcək!
Baharın nəfəsini, təbiətin oyanışını hiss edən oğuz-
lular ənənələrə uyğun olaraq Novruz çərşənbələrini
qeyd etməklə bərabər böyük həvəslə təmizlik, torpağın
becərilməsi, əkin, abadlıq və quruculuq işləri ilə məşğul
olurlar. Rayonumuzda yeni fındıq, qoz bağları salınır,
hər yerdə iməciliklər keçirilir, müxtəlif ağaclar, gül-çiçək
əkilir, yaşıllaşdırma işləri aparılır.
Əziz oğuzlular! Sizi bir daha Novruz bayramı münasi-
bəti ilə ürəkdən təbrik edirəm. Qoy bu ümumxalq bayra-
mımız hər bir Oğuz ailəsinə bahar ovqatı, ruzi-bərəkət,
bolluq, firavanlıq bəxş etsin.
Novruz bayramınız mübarək olsun!
TƏBRİK EDİRİK
TƏBRİK EDİRİK
Hörmətli Oğuzlular, əziz seçicilə-
rim! Sizi xalqımızın milli adət-ənənələ-
rində özünəməxsus yeri olan Novruz
bayramının gəlişi münasibətilə ürək-
dən təbrik edir, hamınıza cansağlığı,
səadət və bütün işlərinizdə uğurlar
diləyirəm.
Novruz bayramı gecə ilə gündüzün
bərabərləşdiyini xəbər verən ilk bahar
günü yurdumuza qədəm qoyur. Qədim
əcdadlarımızın bizə misilsiz yadigarı ki-
mi yazın gəlişi Odlar diyarında min il-
lərdir xüsusi mərasimlərlə qarşılanır,
təntənəli el şənlikləri ilə müşayiət olu-
nur.
Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlan-
masının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növ-
bəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər
çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda,
atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İs-
lamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə
çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl
adət-ənənələri ilə bugün də çox sevilir, uca tutulur və layiqincə qorunub
yaşadılır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra Novruz
ölkəmizdə dövlət bayramı kimi qeyd olunmağa başlanılmış, sözün əsl mə-
nasında ümumxalq bayramı mahiyyəti qazanmışdır. Çünki bu bayram dövlət
müstəqilliyimizin verdiyi ilk bəhrələrdəndir.
Ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezi-
denti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-
maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası
tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Azərbaycanın son illərdə nail olduğu misilsiz uğurlar bu bahar günlərində hər
evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir. İqtisadiyyatımızın yük-
sələn xətt üzrə davamlı inkişaf tempi, mədəni-ictimai həyatımızın daha da
canlanması, bölgələrimizi bürüyən abadlıq-quruculuq işləri təbiətin dirçəlməsi
və yeniləşməsi ilə həmahəng olub, hər birimizdə nikbin ovqat, sabahkı günə
dərin inam yaradır.
Mən bu əziz gündə Azərbaycan torpaqlarının müdafiəsində dayanan cəsur
əsgərlərimizə səmimi bayram salamlarımı yetirirəm. Ölkəmizin ərazi bütöv-
lüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə
yüksəlmiş qəhrəman vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad
edir, onlara ulu Tanrıdan rəhmət diləyirəm.
Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan
soydaşlarımız da Novruz bayramını bizimlə birlikdə böyük sevinclə qarşılayır-
lar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram
hər gəlişi ilə onların ana vətənə bağlılıq duyğularını daha da gücləndirir.
Əziz oğuzlular, bir daha sizləri bu gözəl bayram münasibətilə təbrik edir,
sizlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayıram.
Aqiyə Həbib qızı Naxçıvanlı,
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, millət
vəkili
RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Martın 10-da Oğuz Rayon İcra Hakimiyyətində idarə, müəssisə
rəhbərlərinin, yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin
iştirakı ilə müşavirə keçirilmişdir. Rayon icra hakimiyyətinin başçı-
sı Eyvaz Qurbanov müşavirəni açaraq baharın gəlişi ilə əlaqədar
rayonda görülməsi vacib olan işlərin vaxtında icrası ilə əlaqədar
qarşıda duran vəzifələrdən danışmışdır.
Qeyd edilmişdir ki, rayonda səmərəli şəkildə istifadə edilməsi
üçün bəzi torpaqların təyinatının dəyişdirilməsinə ehtiyac var. Bu-
nunla bağlı respublikanın aid qurumlarının nümayəndələri rayon-
da olub lazımi iş aparırlar. Rayonun əlaqədar təşkilatları, yerli icra
nümayəndələri və bələdiyyələr bu işlərin vaxtında görülməsi üçün
onlara köməkliklər etməlidirlər.
Bu il rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası və
inkişaf etdirilməsi üçün böyük həcmdə işlərin görülməsi planlaş-
dırılmışdır. Tütün əkini ilə bağlı şitilə olan ehtiyacın tam ödənil-
məsi üçün fermerlərlə iş aparılmış, yerlər müəyyənləşdirilmiş, şi-
tilliklər salınmışdır. Sahələrin tütün əkininə vaxtında hazırlanması,
tütün əkininin optimal müddətdə, keyfiyyətlə həyata keçirilməsi,
suvarma və becərilmə işlərinin aqrotexniki qaydalara uyğun
aparılması üçün lazımi hazırlıq işləri görülməlidir.
Baramaçılığın inkişaf etdirilməsi üçün rayona bölgüyə uyğun
olaraq keyfiyyətli toxmacar tinkləri gətirilib əkilmişdir. Onlar böyü-
dükdən sonra rayonda baramaçılığın inkişaf etdirilməsi üçün kifa-
yət qədər yem bazası olacaqdır. Bu il rayonda barama istehsalı
sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün
yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən təbliğat işlə-
rinin gücləndirilməsinin, rayon ərazisində mövcud olan tut ağac-
larından səmərəli istifadə olunmasının vacibliyi göstərilmişdir.
Rayonda min hektarlarla fındıq və qoz bağları salınır. Bu sahə
ilə məşğul olmaq istəyən hər kəsə torpaq sahəsi verilir. Salınan
yeni bağlar bir neçə ildən sonra rayonun iqtisadi potensialının art-
masında, əhalinin güzəranının yaxşılaşmasında çox mühüm rol
oynayacaqdır.
Qeyd edilmişdir ki, rayonda hər il olduğu kimi bu il də yazın gə-
lişi ilə bağlı iməciliklər keçirilir, yol kənarlarında, şəhər və kənd-
lərin ərazilərində, məktəblərin həyətlərində ağaclar, gül-çiçək əki-
lir, yaşıllıqlara qulluq edilir. Bu sahədə işlər hər yerdə yüksək sə-
viyyədə həyata keçirilməlidir.
Rayon icra hakimiyyəti başçısının müavini Etibar Yusubobv,
rayon kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev, rayon icra
hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə
iş şöbəsinin müdiri Səyyaf Abbasov, bir sıra icra nümayəndələri
və bələdiyyə sədrləri çıxış edərək müzakirə edilən məsələlərlə
bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.