www.kitabxana.net
– Milli Virtual Kitabxana
1
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
2012
Ġsa Muğanna
"Söz yarası"
Povet
Tanınmış Azərbaycan nasiri, ustad sənətkar, xalq yazıçısı İsa
Muğannanın sonuncu bədii nəsr nümunəsini - povestini təqdim
edirik...
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Y
E N I
Y
A Z A R L A R V Ə
S
Ə N Ə T Ç I L Ə R
Q
U R U M U
.
E
-
N Ə Ş R
N
0 4
( 1 1 0
-
2 0 1 2 )
www.kitabxana.net
– Milli Virtual Kitabxana
2
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatınd
a
Bu elektron n
əş
r
http://www.kitabxana.net
- Milli Virtual Kitabxanan
ı
n
“Çağdaş Azərbaycan romanı”
Kulturoloji-
bədii Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır
.
Elektron Kitab N 04
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Yazıçılar Birliyi -
http://www.azyb.net
Ġsa Muğanna
"Söz yarası"
Povet
Tanınmış Azərbaycan nasiri, ustad sənətkar, xalq yazıçısı İsa Muğannanın sonuncu bədii nəsr
nümunəsini - povestini təqdim edirik...
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 04 (110 - 2012)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
www.kitabxana.net
– Milli Virtual Kitabxana
3
www.kitabxana.net
– Milli Virtual Kitabxana
4
Ġsa MUĞANNA
SÖZ YARASI
Həzrət Əli ilə Məhəmməd peyğəmbər dünyalarını dəyişəndən sonra peyğəmbərlərin varisi Fatimə Məkkənin
düşməni Müaviyənin təzyiqi altında qalmışdı. Peyğəmbərin əmisi, Təbriz hökmdarı Həzrət Abbas ordusunu
Məkkəyə çəkib Müaviyənin başını kəsdikdən sonra Xəlifə Ömərlə məsləhətləşib, peyğəmbərin BağOdMən
(Həqiqətimin Bağı) adlandırdığı Fatiməni Sar2 təyin etmişdi. Həmin bu vaxtlar ordu içində fatimeyi aşıq
Fatiməyə həsr olunmuş “Sar gəlin” mahnısını yaratmışdı. Təbrizdə yaşayan ermənilər mahnının adını dəyişdirib
öz dillərində “Sarı gəlin” adı ilə oxuyurdular və mahnını özlərininki sayırdılar.
– 1 –
Bu hadisə o qədər qeyri - adidir ki, hərdən, beynimin dumanlı vaxtlarında hər şeyi həyatda yox, röyada
gördüyümü zənn edirəm və məhz qeyri - adi olduğuna görə yazmaq həvəsini boğa bilmirəm... Qədim bir məsəl
var: yazıya pozu yoxdur. Bu, yəqin ki, müqəddəs yazılara aiddir. Mənim, nəhayət, qələmə almağa qərar
verdiyim yazımda müqəddəsliyə aid bir şey varmı? Bilmirəm. Müqəddəs, ya qeyri - müqəddəs, necə olur-olsun,
hər halda, pozmaq istəmirəm. Fikirləşirəm, röyada baş vermiş hadisədirsə və mən hərdən bunu doğru hadisə
sayıramsa, yazmaq həvəsini boğmaq hardan gəlir? Niyə yazmayım? Dünyada heç kəsin baş açmadığı min-
milyon hadisə olub, bu da olsun onlardan biri. Harda görünüb ki, insan yuxuda yatdığı halda mahnı oxusun və
bu mahnını başqaları - oyaq adamlar da eşitsinlər. Bu, heç vaxt görünməmiş, olmamış kimi, hətta fantastika
kimi görünür. Jul Verni yada salın. Yazdığı fantastik romanlardan reallığa çevrilənləri azdırmı? Yaxud
Eynşteyni xatırlayın. İlk nəzərdə fantastikaya bənzəyən ideyaların reallığı məlum deyilmi? Mənim bu yazıdakı
qəhrəmanım - on dörd yaşlı Tahirə yuxuda mahnı oxuyub, bunu Tahirənin atası ilə anasından başqa,
Azərbaycanın “İctimai televiziya” kanalında işləyən adamlar da bilirlər. Röyamdamı olub bu hadisə,
reallıqdamı, biləcəksiniz. Qısası, bütün mülahizələri atıb, yazını təqdim edirəm. Oxuyun, görün ağıl kəsən
hadisədir, ya yox. Fikirləşin, görün başlanğıcda Məhəmməd peyğəmbərin varisi haqqında qeyd etdiyim sarlıq
əhvalatının yuxuda oxunan mahnı ilə əlaqəsindən nə kimi fikir doğur? Fatimənin - BağOdMənin sarlığı da
röyada görülüb, yoxsa tariximizin indiyə qədər heç kəsə məlum olmayan ciddi bir hadisəsini qələmə almışam?
Xülasə, keçirəm mətləbə.
– 2 –
www.kitabxana.net
– Milli Virtual Kitabxana
5
M oskvada, Qızıl meydanın şimalındakı binalardan birinin üçüncü mərtəbəsindəki bir mənzildə anası Mahirə ilə
qızı Tahirə Azərbaycan dilində danışırdılar.
Anası tez-tez soruşurdu:
– Ay bala, papan niyə belə gec gəldi?
Balası deyirdi:
– Bakı - Moskva reysinin vaxtından bir saatdan çox keçib. İndi gələr papa.
Anası intizardan bezikib bir az artıq sözlər danışırdı:
– Papanın vəzifəsi nədi? Diaspor sədrinin Azərbaycan dili və mədəniyyəti üzrə müavini. Yazı - pozu işləri
çoxdu. Səhərdən iki dəfə zəng vurublar. Deyirəm, birdən sədrnən aralarında inciklik - zad olar.
Qız deyirdi:
– Sədr bilmirmi papam necə ciddi adamdı. Təcili işi olsaydı gedərdimi Bakıya?
Bu söhbət vaxtı qapının zəngi çalındı. Tahirə sevincək:
– Gəldi! - deyib dəhlizə yüyürdü və atası Mahirlə qayıtdı.
Mahirin göz qapaqları şişmişdi. İri, mavi, dərin gözləri uzun, sarı kirpikləri arxasında ağır - ağır sağa - sola
gəlib - getdikcə, elə bil, tək mənzildə yox, lap uzaqlarda nə isə axtarırdı. Arvadının və qızının sapsarı, uzun
saçları kimi sarı, uzun saçları şlyapanın altından çiyinlərinə tökülmüşdü. Şlyapasını, paltosunu asılqandan
asanda pencəyinin biləkləri dartıldı, dolu, yoğun, dümağ biləkləri göründü.
Tahirəyə tərəf çevriləndə atasının sifəti kimi dolu sifətində qızının gözlərinin də şişdiyini görüb təəccübləndi:
– Gözlərinə nə olub?
Tahirə:
– Səhərə qədər sənin romanını oxumuşam, - dedi. - Maraqlı yazmısan.
Mahir el arasında “cırımağız” deyilən uzun, enli dodaqlarını gərib gülümsündü.
– Hə?.. Ən çox harası xoşuna gəldi?
Tahirə fikirləşmədən:
– Daşaltı əhvalatını əzbər bilirəm, - dedi.
– Oho! Afərin, gözümün işığı! - deyə, Mahir qızını öpdü: - Danışa bilərsənmi? Mən çox yorulmuşam. Özüm də
elə sən təki yuxusuzam. Uzanım divanda, sən də danış.
Mahirənin eynilə ərinin gözləri kimi mavi, dərin gözləri əri ilə qızının arasında dolanırdı. Soruşdu ki:
– Yemək istəmirsənmi?
Mahir başını buladı.
– Təyyarədə yaxşıca yedirdiblər - dedi və ayaqqabılarını çıxarıb, yataq otağına keçdi, divanda uzandı.