-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

Məsələn, vaxtilə Kopernikin irəli sürdüyü dünyanın
heliosentrik modeli aşağıdakı kimi ifadə olunurdu:
• Yer öz oxu ətrafında fırlanır;
• Yer və bütün digər planetlər Günəşin ətrafında fırlanır.
Formal dillərin köməyi ilə formal informasiya mo -
delləri (riyazi, məntiqi və s.) qurulur. Geniş istifadə
olunan formal dillərdən biri riyazi dildir. Riyazi
işarələr və düsturlar vasitəsilə qurulan modellər riyazi
modellər adlanır. Riyazi dil formal dil lərin toplusudur;
onlardan bəziləri (cəbr, həndəsə, triqonometriya) ilə siz
orta mək 
 
təbdə tanış olursunuz, digərləri (çoxluqlar
nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriy 
-
yəsi və s.) ilə isə ali riyaziyyat kursunda tanış ola
bilərsiniz (şəkil 3.4).
Cəbri dil kəmiyyətlər arasındakı asılılıqları formal-
laşdırmağa im 
kan verir. Belə ki, Nyuton mexanika
qanunlarını, ümumdünya cazibə qanununu kəşf etmək-
lə, onları funksional asılılıq şəklində yazmaqla dün 
-
yanın heliosentrik sistemini formallaşdırdı. Fizika kur-
sunda cəbri dildə ifadə olunmuş müxtəlif funksional
asılılıqlar verilir ki, onlar öyrənilən hadisə, yaxud pro -
seslərin riyazi mo delidir.
Məntiq cəbri formal məntiqi modelləri qurmağa
imkan verir. Müha 
kimə 
lər cəbrinin köməyi ilə dildə
verilmiş sadə və mürəkkəb mühakimələri formallaşdır-
maq, yəni onları məntiqi ifadələr şəklində yazmaq olar.
Məntiqi modellərin qu rul ması məntiqi məsələləri həll
etməyə, kompyuter qurğularının məntiqi modellərini
qurmağa imkan verir.             
Formal dillər vasitəsilə informasiya modellərinin
qurulması prosesinə formallaşdırma deyilir.
Ətraf aləmin dərk edilməsi prosesində insanlar
daim modelləşdirmədən və formallaşdırmadan istifadə
edir. Yeni obyekti öyrənərkən, adətən, əvvəlcə təbii dildə onun təsviri infor-
masiya modeli qurulur, sonra isə o, formallaşdırılır, yəni formal dillərlə (riyazi,
məntiqi və s.) ifadə olunur.  
Formal modellərin vizuallaşdırılması. For mal modelləri tədqiq edərkən çox
zaman on 
ları vizuallaşdırırlar. Məsələn, obyektlərin fə 
za 
da bir-birinə nəzərən
yerləşməsini vi zual laşdırmaq üçün sxemlərdən, qurğuların məntiqi modellərini
Şəkil 3.4. Riyazi modellər
38


3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
39
vizuallaşdırmaq üçün məntiqi sxemlərdən
və s. istifadə olunur. Fo rmal fiziki modellər
animasiya vasitəsilə vizuallaşdırıla bilər.
Vizual modellər, adətən, interaktiv olur,
yəni tədqiqatçı proseslərin ilkin şərtlərini və
parametrlərini dəyişə və bundan asılı olaraq
nəticənin də dəyişməsini müşahidə edə
bilər. 
Alqoritmlər müasir informasiya texnolo -
gi ya larının əsasını təşkil edir. Əslində alqo -
ritm mə  sələnin həllinin informasiya modeli -
dir.  Al qo  ritmin  icraçısı  qoyulan  məsələnin
mahiy yə tinə varmadan alqoritmi formal ola -
raq yeri nə ye tirir.
Alqoritmlərin hazırlanması və icra olun-
ması zamanı insan blok-sxemlərdən istifadə
edir. Blok-sxem alqoritmi daha əyani təsvir
etməyə və onda əsas alqoritmik strukturları
(xətti, budaqlanma, dövr və s.) müəyyən
etməyə imkan verir. İnsan blok-sxem
əsasında alqoritmin yerinə yetirilməsini
izləyə bilər, çünki blok-sxemin elementlərini birləşdirən oxlar əməllər ardıcıl-
lığını göstərir (şəkil 3.5).
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Təqdimolunma formasından asılı olaraq modelləri iki böyük sinfə ayırmaq
olar: maddi mo del lər və informasiya modelləri. 
Maddi modellər obyektlərin həndəsi, fiziki və başqa xassələrini maddi for-
mada əks etdirir.
İnformasiya modelləri obyekt və prosesləri qeyri-maddi formada obrazlar,
yaxud simvollar formasında təqdim edir.
Formal dillər vasitəsilə informasiya modellərinin qurulmasına formallaşdırma
deyilir.
Alqoritm, məsələnin (problemin) həlli prosesinin informasiya modelidir.
1. Hansı növ modelləri tanıyırsınız? Maddi və informasiya modellərinə nümunələr gös -
tə rin.
2. Formallaşdırma nədir? Formal modellərə nümunələr göstərin.
3. S = 
vt düsturunu hansı növ modelə aid etmək olar?
Şəkil 3.5. Faktorialın (N!) hesablanmasının
blok-sxemi


40
İNFORMASİYA MODELİNİN HAZIRLANMASI  
Orijinal obyektin hər hansı bir xassəsini öyrənmək üçün, adətən, onun digər
xassələrini əks etdirməyə ehtiyac qalmır. Ona görə də istənilən informasiya
mode li real obyekti yalnız qismən əvəz edir. Bu isə o deməkdir ki, tədqiq olunan
obyektin müəyyən cəhətlərinə diqqəti yönəltmək üçün onun bir neçə informasiya
modeli qurula bilər. Misal olaraq mənzil tikintisi sahəsini seçək və hər hansı
yaşayış evinin tikintisini nəzərdən keçirək. Bu evin informasiya modeli necə
olmalıdır? 
Əslində, belə informasiya modelləri məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Aydındır ki, mənzilin alıcısı, memarı, tikintini maliyyələşdirən təşkilat (investor)
və tikintini həyata keçirən təşkilatın hər biri informasiya modelini onları maraq-
landıran cəhətlərə görə quracaqdır. Deməli, nəzərdən keçirilən ev üçün maraqlar-
dan asılı olaraq bir neçə informasiya modeli yaratmaq olar. Onlardan bir neçəsi -
nə baxaq.  
Təbii ki, alıcının məqsədi daha rahat mənzil əldə etməkdir. Onun üçün infor-
masiya modelini qurarkən bu cəhətə üstünlük vermək lazımdır. Rahatlığı müəy -
yən edən əsas göstəriciləri sadalayaq. Ev yaşıllıqlar içərisində sakit bir məkanda
yerləşməli, müasir texniki qurğularla təchiz olunmalı və yeraltı qarajı olmalıdır,
3.3.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə