-fesil-1: Info11-(1). qxd


B u   d ə r s d ə   ö y r ə n d i n i z



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

B u   d ə r s d ə   ö y r ə n d i n i z :
İnformatika, informasiya modellərinin yaradılması və istifadəsinin ümumi
metod və vasitə ləri ilə məşğul olur.
Müasir informatikanın başlıca aləti kompyuter olduğundan, informasiya
mo delləşdirməsi dedikdə informatikada kompyuter modelləşdirməsi nəzərdə
tutulur.
Kompyuterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması
pro   sesini bir neçə mərhələyə bölmək olar: 1 – obyektin, yaxud prosesin təs -
viri informasiya modelinin qurulması; 2 – formallaşdırılmış modelin qurul-
ması, yəni təsviri informasiya modelinin hər hansı formal dildə yazılması;
3 – for mallaşdırılmış informasiya modelinin kompyuter modelinə çevrilməsi;
4 – kompyuter eksperimentinin aparılması; 5 – alınmış nəti cə lərin təhlil
olunma sı və tədqiqat modelinin təkmilləşdirilməsi.
İnteraktiv kompyuter modellərində tədqiqatçı (istifadəçi) prosesin para-
metrlərini dəyişə və modelin hərəkətindəki dəyişiklikləri müşahidə edə bilər.
1. Kompyuter modeli nədir?
2. Kompyuterdə informasiya modellərinin hazırlanması mərhələlərini sa da la yın.
3. İnteraktiv kompyuter modeli nədir?
3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
47


T   A   R   İ   X
______________________________
Zaman-zaman fiziki modellərdən (maketlərdən) istifadə olunması çoxsaylı
insan hə yatını xilas etmiş, külli miqdarda xərclərdən və vaxt itkisindən azad
etmişdir. Əksinə, fiziki modellərdə alınmış nəticələrin nəzərə alınmaması
fəlakətlərə səbəb olmuşdur. Bu baxımdan 1870-ci ildə İngiltərədə hazırlanmış
“Captain” zirehli gəmisi ilə bağlı aşağıdakı hadisə çox ibrətamizdir.
XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradıl-
ması nəticəsində ağacdan hazırlanmış yelkənli gəmilərdən metal gəmilərə keçid
başlanıldı. Yavaş sürətli yelkənli gəmilər üçün korpusun forması o qədər də
böyük önəm daşımırdı. Lakin sürətli gəmilərdə yanacaq sərfi və üzmə uzaqlığı
korpusun formasından çox asılı idi. Korpusun formasının seçilməsi məsələsini
birbaşa təcrübə yolu ilə həll etmək, əlbəttə ki, mümkün deyildi. Müxtəlif formalı
korpusları olan gəmilər düzəldib, onları sınaqdan keçirmək çox böyük məsrəflər
tələb edirdi. Bu vəziyyətdən yeganə çıxış yolu gəmilərin maket lərindən – fiziki
modellərindən istifadə etmək idi.  
Britaniya donanmasının baş konstruktoru E.Rid [Edward James Reed]
“Captain” zirehli gəmisinin fiziki modelini hazırlayır və onun son dərəcə
dayanıqsız olmasını aşkarlayır. Modelləşmə göstərir ki, açıq dənizdə hətta kiçik
dalğa belə zirehli gəmini aşıra bilər. Baş konstruktorun nəticələri haqqında
Böyük Britaniyanın Dəniz Nazirliyinə məlumat veri lir. Lakin admirallar “oyun-
caq model” vasitəsilə alınmış nəticələri ciddi qəbul etmirlər. 
Açıq dənizə buraxılan “Captain” gəmisinin çevrilməsi nəticəsində 523
dənizçi həlak olmuşdur. 
48


Ö Z Ü N Ü   S I N A
______________________________
İş vәrәqәsindә sәrbәst yerinә yetirilir
Düzgün cavabları göstərin. 
1. __________ informasiya modelidir.
A. Anatomik mulyaj   
B. Binanın maketi   
C. Gəminin modeli    
D. Kimyəvi düstur
2. __________ maddi modeldir.
A. Anatomik mulyaj  
B. Kompyuterin texniki təsviri  
C. Kompyuterin funksional sxemi 
D. Proqramlaşdırma dilində proqram
3. __________ maddi model deyil.
A. Kukla  
B. Kompyuter   
C. Rəsm  
D. Müqəvva
4. İstənilən modelin qurulmasına __________ başlanılır.
A. orijinal obyektin xassə və əlamətlərinin
seçdirilməsindən
B. modelləşdirmənin məqsədinin müəyyən-
ləşdirilməsindən
C. informasiya modelinin yaradılmasından
D. formallaşdırmadan
5. Modelləşdirilən obyektlə müqa yi sə də model __________ informa -
siya ya  ma lik dir.
A. daha az  
B. daha çox  
C. eyni miqdarda
49


L A Y İ H Ə L Ə R
______________________________
T Ə N Q İ D İ   B A X I Ş
______________________________
Üfüqə müəyyən bucaq altında atılmış cismin hərəkət trayektoriyasının
zamandan asılılıq qrafikini onun uçuş modeli hesab etmək olar. Bu qrafi-
ki aşağıdakı üsullarla qurmaq olar:
a) kağız vərəqində nöqtələrlə;
b) qrafik redaktorda nöqtələrlə;
c) elektron cədvəl prosessorunda qrafiklə;
d) proqramlaşdırma dilində tərtib olunmuş proqram vasitəsilə.   
Nəyə görə a) və b) variantlarını “kompyuter modeli” adlandırmaq düzgün
deyil, c) və d) variantları isə həmin ada tam uyğun gəlir?
BİRGƏ LAYİHƏ
“Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı” Proqramı (2005–2007-ci
illər)” çərçivəsində hazırlanmış “Azərbaycan tarixi”, “Fizika”, “Kimya”,
yaxud “Biologiya” multimedia dərsliyindən iki kompyuter modeli seçin.
Həmin kompyuter modellərinin təsviri və formal modelləri haq 
qında
hesabat hazırlayın.  
LAYİHƏ 3-2
Tədqiqat obyekti olaraq “mağaza” obyektini seçin. Bu obyekt üçün alı -
cının, satıcının və mağaza sahibinin baxışını əks etdirən informasiya mod-
elləri hazırlayın. Hər bir modelin adekvatlıq dərəcəsini qiymət ləndirin. 
LAYİHƏ 3-1
Tədqiqat obyekti olaraq “məktəb” obyektini götürün. Bu obyekt üçün
şagirdin, vali dey nin və məktəb direktorunun baxışını əks etdirən infor-
masiya modelləri hazırlayın. Hər bir modelin adekvatlıq dərəcəsini
qiymətləndirin. 
50


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə