-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

•  Təsviri incəsənət. Bu sahəyə qrafik reklamları, kompyuter videofilmlərini,
fotoqrafiyaların emalını, rəsmlərin, multiplikasiyanın yaradılmasını və s. aid
etmək olar. Kompyuter qrafikasının bu sahəsində Adobe Photoshop (rastr
görüntülərin emalı), CorelDRAW (vektor qrafikasının yaradılması), 3ds max
(üçölçülü mo delləşdirmə) kimi proqramlar daha populyardır. 
• Virtual reallıq. Texniki vasitələrin köməyi ilə yaradılan və ətraf aləmi imitasiya
edən sistemlər hələ ötən əsrdə mövcud idi. Hazırda virtual reallıq sistem-
lərindən müxtəlif trenajorlarda (avtomobil, təyyarə və kosmik trenajorlarda,
mürəkkəb qurğularla işləməyi öyrənmək üçün trenajorlarda, döyüş trenajor-
larında), mürəkkəb situasiyalı kompyuter oyunlarında, eləcə də mürəkkəb, tez
də 
yişilən şəraitdə qərar qəbuletmənin strategiya və taktikasını mənimsəmək
üçün nəzərdə tutulmuş öyrədici sistemlərdə istifadə olunur. 
• Rəqəmsal video. Rəqəmli formatda canlandırılan görüntülər (animasiyalar) get-
dikcə daha geniş yayılır. Buraya ilk növbədə kompyuter şəbəkələri vasitəsilə
ötürülən filmlər, eləcə də videodisklər (DVD), rəqəmsal kabel və peyk televi -
ziyaları aiddir.
4.
KOMPYUTER 
QRAFİKASI 
55


B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Kompyuter qrafikası kompyuterin ekranında hərf və rəqəm simvollarının deyil,
qrafik görüntülərin təsvir olunmasıdır.
Kompyuter qrafikası ilə işləmək üçün müxtəlif proqramlar olsa da, yalnız üç
növ kompyuter qrafikasını fərqləndirirlər: rastr qrafikası, vektor qrafikası və
fraktal qrafika. 
Kompyuter qrafikasını başqa cür də təsnif etmək olar: ikiölçülü qrafika (2D-
qrafika) və üçölçülü qrafika (3D-qrafika).
Kompyuter qrafikasından bir çox sahələrdə istifadə olunur: elmi qrafika, iş -
gü zar qrafika, konstruktor qrafikası, obrazların tanınması, təsviri incəsənət,
vir tual reallıq, rəqəmsal video.
1. Kompyuter qrafikası nə deməkdir?
2. Kompyuter qrafikasının hansı növləri var?
3. Kompyuter qrafikasının əsas tətbiq sahələrini sadalayın.
RASTR QRAFİKASI
Rastr görüntülər eyniölçülü çox kiçik nöqtələrdən ibarət olur. Bu nöqtələrin
hər birinin öz rəngi ola bilər. Ekranda nöqtələr birləşərək, bütöv bir şəkil əmələ
gətirir, ancaq rastr görüntünü çox böyütdükdə o, kiçik xanalardan təşkil olunmuş
mozaikaya (tora) bənzəyir (şəkil 4.1).
Kompyuterin ekranında görüntünü formalaşdıran nöqtələrin düzbucaqlı
şəbəkəsinə rastr deyilir. Rastrın hər bir nöqtəsi iki parametrlə xarakterizə olunur:
ekrandakı mövqeyi ilə və rəngi ilə.  Beləliklə, rastr qrafikasında görüntülər
nöqtələr massivi şəklində göstərilir. Ona görə də belə massivin özünə rastr xə -
ritəsi [bitmap], onu təşkil edən elementlərə isə piksel [pixel] deyilir. 
Şəkil 4.1. Rastr görüntü və onun böyüdülmüş fraqmenti
4.2.
56


4.
KOMPYUTER 
QRAFİKASI 
57
Kompyuterin emal etdiyi ən kiçik verilən elementi bit olduğu kimi, disp leyin,
yaxud printerin əks etdirə bildiyi ən kiçik element pikseldir.  Məsələn, şəkildə
göstəril miş  hərfi əslində düzbucaqlı piksellər yığınından ibarətdir.
Rastr görüntülər üçün çözümlülük [resolution] anla yışının xüsusi önəmi var.
Görüntü monitora, yaxud printerə çıxarıldıqda onun çözümlülüyü bir düymdəki
nöqtələrin sayı [dots per inch – dpi] ilə, başqa sözlə, sıxlığı ilə müəyyən olunur.
Bu say görüntünün dəqiqliyini və keyfiyyətini göstərir. Məsələn, bəzi lazer prin -
terlərinin çözümlülüyü bir düymdə 300 nöqtə, yüksək çözümlülüklü printerlərdə
isə bir düymdə 600–2000 nöqtə olur. 
Bəzi hallarda üfüqi və şaquli istiqamətlərdə çözümlülük üst-üstə düşmür.
Çözümlülüyün 320 
× 200 olması görüntünü əmələ gətirən nöqtələrin iri, görün-
tünün keyfiyyətinin isə aşağı olmasını göstərir. 
Çözümlülüyün 1240 
× 800 olması görüntünün ibarət olduğu nöqtələrin yetə -
rin cə kiçik, görüntünün keyfiyyətinin isə yüksək olması deməkdir. Adi gözlə bax -
dıqda nöqtələri yalnız o halda sezmək olur ki, printerin çözümlülüyü bir düymdə
600 nöqtədən az olsun. Ancaq bir çox məsələlər üçün çözümlülüyü bir düymdə
300 nöqtə olan printerlər tam yetərli olur. Rəngli monitorlarda çözümlülük eyni
zamanda əks olunan rənglərin sayından asılı olur.
Müasir monitorlar, adətən, 800 
× 600, 1024 × 768, 1280 ×1024, 1600 ×1200
piksel və başqa rejimlərdə işləyir. Beləliklə, monitorun çözümlülüyü nə qədər
yüksək olarsa, görüntünün keyfiyyəti də o qədər yaxşı olar (şəkil 4.2).
Şəkil 4.2. Eyni görüntünün müxtəlif çözümlülüklərdə görünüşü 
Nəzərə almaq lazımdır ki, çözümlülüyün artırılması görüntü fayllarının
ölçüsünün də artmasına səbəb olur. 300 dpi çözümlülüklə rəqəmli formaya salın-
mış adi fotoşəklin (10 
× 15 sm) ölçüsü 1200 × 1800 nöqtə olur. Şəkil ağ-qara
olduqda, bu, yaddaşda 2 Mbaytdan, rəngli olduqda isə 6 Mbaytdan artıq yer tutur.

× 1

× 2

× 5
10 
× 10
20 
× 20
50 
× 50
100 
× 100


58
Rastr görüntülərlə iş vasitələri. Rastr görüntüləri almaq üçün çox zaman
aparat vasitələrindən istifadə olunur. 
Skaner [scannergörüntüləri kompyuterə daxil etmək üçün onları kompyuter
koduna çevirən qurğudur. Skanerlərin müxtəlif növləri var və onlar ölçülərinə
görə də fərqlənir. Görüntü skanerləri [image scanners] görüntüləri kompyuterin
yaddaşında saxlamaq üçün elektron formaya çevirir.
Skanerin iş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox
oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu
qrafik fayla çevirir. Fayl kompyuterdə olduqdan sonra isə onu başqa yerə köçür-
mək, də yişdirmək, yazıb saxlamaq, elektron poçtla göndərmək və onunla başqa
əməliy yatlar icra etmək olar. Skaner üçün də başlıca keyfiyyət göstəricisi bir
düymdəki nöqtələrin sayı ilə ölçülən çözümlülükdür. Skanerin çözümlülüyü nə
qədər böyük olarsa, alınan görüntü də bir o qədər yaxşı olacaq.
Qrafik planşet [graphics tablet], yaxud digitayzer rəsmlərin, yaxud foto-
qrafiyaların yaradılması və ya üzünün çıxarılması üçün istifadə olunur. Rəsmlərin
yaradılması real şəraitdə şəklin çəkilməsi kimidir. Xüsusi qələmlə, yaxud bar-
maqla xüsusi səth üzərində rəsm çəkilir. 
İşin nəticəsi monitorun ekranında əks olunur və lazım gələrsə, printerdə də
çap oluna bilər. Adətən, digitayzerlərdən arxitektor və dizaynerlər istifadə edir.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə