-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

hat lığa (komfortluğa) daha çox göstərici uyğun gəlsin. Əgər 3.1 cədvəlindəki
para metrlər  dörd şirkət üzrə təhlil olunarsa, bu zaman “D” şirkətinə üstünlük ver-
mək lazımdır. Göründüyü kimi, bu halda mənzilin satış qiyməti də ən yüksək ola-
caqdır. Əgər alıcı üçün mənzilin qiyməti böyük əhəmiyyət daşıyırsa, onda başqa
şirkətlər arasında seçim etmək lazım gələcək. 
Bu halda alıcının yeni tələblərinə uyğun olaraq mövcud informasiya model-
lərini təkmilləşdirmək, sonra isə qalan üç variantın adekvatlığını bir daha
qiymətləndirmək lazımdır. İnvestor və arxitektor üçün olan digər informasiya
modelləri də eyni qayda ilə təhlil edilməlidir. 
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
İstənilən informasiya modeli mövcud obyekti yalnız məhdud mənada əvəz
edir. Ona görə də tədqiq olunan obyektin müxtəlif cəhətlərinə diqqəti yönəlt-
mək üçün onun bir neçə informasiya modeli qurula bilər.
Modelin orijinal obyektin tədqiqat baxımından vacib hesab edilən xassə lə -
rinə uyğunlu ğu  na modelin adekvatlığı deyilir.  
Modelin orijinala uyğunluğu xarici görünüşə, quruluşa (strukturavə əmələ
(hə rəkətə) görə ola bilər. Qoyulmuş məqsəddən asılı olaraq, bu əlamətlər
istər ayrılıqda, istərsə də bir yerdə götürülə bilər.
1. Nə üçün bəzən bir tədqiqat obyektinin bir neçə informasiya modeli qurulur?
2. İnformasiya modelinin orijinala adekvatlığına necə əmin olmaq olar?
3. Cədvəllərdə (3.2 və 3.3) verilmiş informasiya modellərinin adekvatlığını qiymət lən dirin. 
KOMPYUTER MODELİ  
Ötən dərsdə qeyd olunduğu kimi, modellər maddi və informasiya modelləri
kimi iki sinfə ayrılır. İnformatikanın öyrənmə predmeti məhz informasiya mo del -
ləridir. İnformasiya modelləşdirməsinin obyektləri istənilən şey ola bilər: ayrıca
əşyalar (ağac, top); fiziki, kimyəvi, bioloji proseslər (boruda suyun axması, sul-
fat turşusunun alınması, bitkilərin yarpaqlarında fotosintez); meteoroloji hadi -
sələr (yağış, qasırğa); iqtisadi və sosial proseslər (hərracda səhmlərin qiymət -
lərinin dinamikası, əhalinin miqrasiyası).  
Müasir informatikanın əsas aləti kompyuterdir. Ona görə də informasiya mo -
del 
ləşdirməsi dedikdə informatikada müxtəlif sahələrdə tətbiq olunan
kompyuter modelləşdirməsi nəzərdə tutulur. Kompyuterlər alimlərə infor-
3.4.
44


masiya modelləri ilə işləmək üçün daha geniş imkanlar açdı. Məsələn, mete -
oroloq lar 100 il bundan öncə də sabahkı günün hava proqnozunu hesablamaq
üçün uyğun tənliklər yaza bilərdilər. Lakin həmin tənliklərin “əl ilə” həllinə illər
lazım gələrdi. Yalnız kompyuterlərin köməyi ilə hava proqnozunu vaxtında
hesablamaq imkanı yarandı.    
Kompyuterdə informasiya modellərinin hazırlanması və tədqiq olunması
prose sini bir neçə mərhələyə bölmək olar:
1. Tədqiqatın birinci mərhələsində, adətən, obyektin, yaxud prosesin təsviri
informasiya modeli qurulur. Belə model aparılan araşdırmanın (modelləş -
dir mə nin) məqsədi baxımından obyektin mühüm olan xassələrini seçdirir,
əhəmiyyətsiz xassələri isə nəzərə almır.
2. İkinci mərhələdə formallaşdırılmış model qurulur, yəni təsviri informa siya
modeli hər hansı formal dildə yazılır. Formallaşdırılmış modeldə  düs-
turların, tənliklərin, bərabərsizliklərin və s. köməyi ilə obyektlərin para-
metrləri arasında formal münasibətlər təsvir olunur. Lakin axtarılan
kəmiyyətləri ilkin verilənlər vasitəsilə ifadə edən düsturları tapmaq həmişə
mümkün olmur. Belə hallarda nəticələri verilmiş dəqiqliklə almağa imkan
verən təqribi üsullardan istifadə olunur.
3. Üçüncü mərhələdə formallaşdırılmış informasiya modeli kompyuter  mo de -
li nə  çevrilir. Kompyuter modellərini, adətən, proqramçılar hazırlayır, istifa -
də çilər isə həmin modellərin köməyi ilə eksperimentlər aparırlar.  
4. Dördüncü mərhələ kompyuter eksperimentinin aparılmasından ibarətdir.
Əgər kompyuter modeli hər hansı proqramlaşdırma dilində hazırlanmış pro-
qramdan ibarətdirsə, onu başlatmaq və müəyyən nəticələr almaq lazımdır.
Əgər kompyuter modeli elektron cədvəl kimi tətbiqi proqramlarda tədqiq
olunursa, bu zaman verilənlərin çeşidlənməsini və ya axtarışını aparmaq,
diaqram və ya qrafik qurmaq və digər əməliyyatlar da aparmaq olar.
5. Beşinci mərhələdə alınmış nəticələr təhlil olunur və tədqiqat modeli təkmil-
ləşdirilir. Əgər informasiya modelinin təhlili zamanı alınmış nəticələr real obyek-
tin dəqiq ölçülən uyğun parametrlərindən fərqlənirsə, deməli, mode lin qurul-
masının əvvəlki mərhələlərində yanlışlığa, yaxud qeyri-dəqiqliyə yol veri lib.
Hazırda interaktiv kompyuter modelləri geniş yayılıb. Belə modellərdə təd qi -
qatçı (istifadəçi) prosesin ilkin şərtlərini, gedişinin parametrlərini dəyişə və
mode lin hərəkətindəki dəyişiklikləri müşahidə edə bilər.
3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
45


“Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci illər)” Dövlət
Proqramı çərçivəsində hazırlanmış və məktəblərə paylanmış “Fizika”, “Kimya”,
“Biologiya” və “Azərbaycan tarixi” multimedia dərs vəsaitlərində interaktiv
kompyuter modellərinə aid xeyli nümunələr var. İnternetdən istər bu fənlər,
istərsə də digər fənlər üzrə çoxsaylı belə modellər tapmaq mümkündür. 
İndi Günəş sisteminin heliosentrik modelini nəzərdən keçirək. Bu sistemin
təsviri modeli ilə artıq tanışsınız. 
Formal model. Nyuton ümumdünya cazibə qanununu və mexanika qanun-
larını kəşf edərək, dünyanın heliosentrik sistemini formal dilə çevirdi:
İnteraktiv kompyuter modeli. Üçölçülü dinamik model Günəş sistemi pla -
net lərinin fırlanmasını göstərir. Modelin mərkəzində Günəş, onun ətrafında isə
Günəş sisteminin planetləri təsvir olunub (şəkil 3.6). Modeldə planetlərin
orbitlərinin gerçək nisbətləri saxlanılıb. O qədər də böyük olmayan ekranda
bütün planetlərin eyni zamanda göstərilməsi yetərincə çətindir, ona görə də
Merkuri... Mars və  Yupiter... Pluton rejimləri, eləcə də Bütün planetlər rejimi
nəzərdə tutulub. 
Hərəkət zamanı baxış bucağının qiymətini dəyişmək olar. Bundan başqa,
planetlərin adlarını, onların orbitlərini, yaxud koordinat sistemini gizlətməklə
modelin xarici görünüşünü də dəyişmək olar. 
Şəkil 3.6. Heliosentrik sistemin interaktiv modeli
46


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə