-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
35
Müxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik döv -
rələrinin və s. layihələndirilməsi və yaradılmasında modellər çox mühüm rol oy -
na yır. Qabaqcadan sxemini yaratmadan nəinki təyyarəni, hətta onun sadə bir de -
ta lını da hazırlamaq mümkün deyil. Bina və tikililərin layihələndirilməsi za ma nı
çertyojlarla yanaşı, çox zaman onların maketini də hazırlayırlar. Uçuş aparatla rı -
nın hava axınında hərəkətlərini öyrənmək üçün onların modelləri aerodinamik
bo  ruda  tədqiq  olunur.
Real obyektlərin quruluşunu, xassələrini
və hərəkətlərini əks etdirən nəzəri mo -
del lər (nəzəriyyələr, qanunlar, fərziy yə -
lər və s.) yaradılmadan elmin inkişafı
müm  kün deyil. Yeni nəzəri modellərin
ya ra dıl ması  bəzən  bəşəriyyətin  ətraf
aləm haq  qında təsəvvürlərini kökündən
də 
yi 
şir (Kopernikin dünyanın helio 
-
sentrik sistemi, Rezerford-Borun atom modelləri, genişlənən kainat modeli və s.).
Nəzəri modellərin doğruluğu, yəni onların gerçək dünyanın qanunlarına uyğun-
luğu təcrübə və eksperimentlərlə yoxlanılır. 
Modelin adekvatlığı. Modelin başlıca xassəsi onun adekvatlığıdır, yəni
mode lin orijinalın modelləşdirilən xüsusiyyətlərinə uyğunluğudur. Modelin oriji-
nala tamamilə uyğun olması vacib deyil. Uyğunluq dərəcəsi modelləşdirmənin
məqsəd lə rindən  asılıdır. 
Məsələn, uşaq oyuncaqları real obyektlərin modelləridir. Onların uyğunluq
səviyyəsi uşağın yaşından asılı olur. Kiçikyaşlı uşaqlar üçün oyuncaqlar, adətən,
yalnız obyektin formasını modelləşdirir. Məsələn, 3-4 yaşlı uşaq lar üçün avtomo-
bilin modelində gövdənin, kabinənin, dörd fırlanan təkərin olması və real avto-
mobilə uyğun nisbətlərin saxlanılması kifayətdir. Nisbətən bö yük uşaqlar üçün
isə orijinal avtomobilin hissələri arasında qarşılıqlı əlaqə də modelləşdirilir:
qapılar və kapot açılır, sükanla idarəetmə elementləri işləyir.  
Şəkil 3.2. Airbus A-321 təyyarəsinin sxemi
Şəkil 3.1. Müxtəlif modellər:  Qlobus (A) ,    Kristallik qəfəs (B),   Anatomik mulyaj (C) 
A
B
C


36
Avtomobillərin yarışı ilə bağlı kompyuter
oyunları da bir modeldir. Orada əsas diqqət
idarəetmə üsuluna, avtomobilin yol və yol hərəkətinin digər iştirakçıları ilə
qarşılıqlı əlaqəsinə yönəlir. Eyni bir obyekt üçün müxtəlif modellər yaratmaq olar.
Bu, qoyulan məsələnin şərtlərində hansı xüsusiyyətlərin vacib olmasından asılıdır.  
Modellərin qurulması. Hər bir obyektin çoxsaylı müxtəlif xassələri olur.
Model qurularkən obyektin tədqiqat üçün ən mühüm xassələri seçilir. Məsələn,
təyyarənin aerodinamik keyfiyyətlərini araşdırmaq üçün onun modelinin forma-
ca orijinala oxşarlığı vacibdir, onun rənginin isə heç bir əhəmiyyəti yoxdur.
Elektrik dövrələrinin modellərini – elektrik sxemlərini qurarkən daha vacib olan
dövrə elementlərinin bir-birinə qoşulma ardıcıllığıdır, onların bir-birinə nə zə rən
yerləşməsi isə önəmli deyil.
Obyekt və prosesləri müxtəlif elmlər müxtəlif baxış bucaqlarından tədqiq edir
və cürbəcür modellər qururlar. Fizikada obyektlərin qarşılıqlı təsiri və dəyi 
-
şilməsi prosesi, kimyada onların kimyəvi tərki bi, biologiyada canlı orqanizmlərin
quruluşu və davranışı öyrənilir. Məsələn, insanı öyrənmək üçün müxtəlif elmlər
onun fərqli modellərini qurur. Mexanikada insana bir maddi nöqtə, kimyada
müxtəlif kimyəvi maddələrdən ibarət obyekt, biologiyada özünü saxlamağa
çalışan bioloji sistem kimi baxmaq olar.
Bədii yaradıcılığın özü də faktiki olaraq modelləşdirmə prosesidir. Məsələn,
ədə biyyatda təmsil janrı insanlar arasındakı gerçək münasibətləri heyvanlar ara -
sındakı münasibətlərə çevirir və əslində insan münasibətlərinin modelini qurur.
De mək olar ki, istənilən ədəbi əsərə real insan həyatının modeli kimi də baxmaq
olar. Rəsm, heykəltəraşlıq əsərləri, teatr tamaşaları və s. gerçəkliyin bədii mo -
dellə ridir.
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Model öyrənilən obyektin, hadisənin, yaxud prosesin mühüm xassələrini əks
et dirən  ob yekt  dir.
Modelin yaradılması prosesi modelləşdirmə adlanır.
Modelin başlıca xassəsi onun adekvatlığıdır, yəni modelin orijinalın öy rə -
nilən  xüsusiy yət lə ri nə  uyğunluğudur. 
Şəkil 3.3. Real yük avtomobili və
onun iki modeli


Modelin orijinala uyğunluq dərəcəsi modelləşdirmənin məqsədlərindən ası -
lı dır.
Obyekt və prosesləri müxtəlif elmlər fərqli cəhətlərdən tədqiq edərək uyğun
modellər qururlar.
Modelin başlıca funksiyaları bunlardır: obyektin xassələri haqqında infor-
masiyanın alınmasını sadələşdirmək; informasiya və biliklərin ötürülməsi;
obyekt və proseslərin idarə olunması və optimallaşdırılması; proqnozlaşdır-
ma; diaqnostika. 
1. Obyektin modeli nə deməkdir?
2. Nə üçün insanlar bəzən orijinalın özü ilə deyil, modellə işləyirlər?
3. Modelin adekvatlığı nədir və o nədən asılıdır?
4. Obyektin bir neçə modeli ola bilərmi? Nümunə göstərin.
5. Müxtəlif obyektləri eyni modellə təsvir etmək olarmı? 
MODELLƏRİN NÖVLƏRİ. FORMALLAŞDIRMA
Modellər müxtəlif cür təsnif edilir və bu təsnifat hansı xassələrin daha vacib
olmasından asılıdır. Məsələn, modelləri istifadə sahələri üzrə təsnif etmək olar:
qlobus Yerin tədris modelidir; aerodinamik boruda sınaq üçün hazırlanmış təy-
yarə modeli təcrübi modeldir; proses və hadisələri tədqiq etmək üçün elmi-texni-
ki modellərdən istifadə olunur; oyun və imitasiya modelləri də mövcuddur (xü su -
sən, hərbidə). 
Zaman amilini nəzərə almaqla, modelləri statik və  dinamik modellərə ayır-
maq olar. Statik model baxılan zaman anında dəyişmir. Dinamik model isə obyek-
tin zamandan asılı olaraq  dəyiş məsini nəzərə alır.
Təqdimolunma formasından asılı olaraq modelləri iki böyük sinfə ayırmaq
olar:  maddi modellər və  informasiya modelləri.  Maddi modellər obyektlərin
hən dəsi, fiziki və başqa xassələrini maddi olaraq əks etdirir (qlobus, anatomik
mul yajlar, kristal qəfəs modelləri, binaların maketləri və s.).
İnformasiya modelləri obyekt və prosesləri yalnız informasiya əsasında təsvir
edir. Başqa sözlə, informasiya modelinə əl ilə toxunmaq və ya gözlə görmək
olmur. İnformasiya modellərinin özlərini də bir neçə növə ayırmaq olar. 
Adətən,  təsviri informasiya modellərinin yaradılmasında təbii dillərdən və
şəkillərdən istifadə olunur. Elm tarixində çoxsaylı təsviri informasiya modelləri
məlumdur. 
3.2.
3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
37


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə