-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   2   3   4   5   6   7   8   9   10   ...   34

21
3. Kommunikasiya (rabitəkanalı [communications channel] – bu,
siqnalların keçdiyi telefon xətləri, kabel, yaxud simsiz ötürücü ola bilər.
4. Q ə b u l e d i c i   q u r ğ u   re c e i v i n g   d e v i c e ] – gələn siqnalları qəbul edən
qurğu, adətən, kompyuter.
5. K o m m u n i k a s i y a   p ro q r a m l a r ı   c o m m u n i c a t i o n   s o f t w a re ] .
Şəbəkələrin əksəriyyətində ən azı bir qulluqçu kompyuter (server) və çoxlu
müştəri olur. Server şə bə kə resurslarını idarə edən kompyuterdir, müştəri [client]
isə serverin idarə etdiyi resurslardan istifadə edən kompyuterdir. 
Verilənləri bir kompyuterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan
müəyyən növ aralıq bağ layıcıya ehtiyac var. Bu bağlayıcı kommunikasiya kanalı
[communications channel]yaxud rabitə kanalı  adlanır. Belə kanala nümunə kimi
bu gün həyatımızda mühüm rol oynayan telefon şəbəkəsini göstərmək olar. Telefon
sistemi dünyadakı bütün telefon şə bə kələrinin – yerli (local), uzaq-məsafəli (long-
distan 
ce), mobil (cellular) və peyk rabitəsi (satellite) şəbə 
kə 
lərinin toplusudur.
Telefon şəbəkəsi səs rabitəsi üçün nəzərdə tutulsa da, indi ondan verilənlərin (faks,
e-poçt, canlı audio və video) ötürülməsi məqsədi ilə də istifadə olunur.  
Şəkil 2.1. Verilənlərin ötürülməsi 
Fәrdi kompyuter
Telefon xәtti
Modem
Standart
telefon yuvası
2.
ŞƏBƏKƏ 
TEXNOLOGİYALARI 


22
Verilənlərin ötürülməsi prosesi belə baş verir: rabitə kanalının bir ucunda
göndərən qurğu, məsələn, kompyuter və ya faks aparatı olur. Göndərən qurğuya
qoşulmuş kommunikasiya qurğusu (məsələn, modem) gön dərilən siqnalı nəzərdə
tutulmuş xətt vasitəsilə ötürmək üçün lazım olan formaya çevirir. Nömrə yığma
(dial-up) ilə qoşulma “müvəqqəti” olur, yəni hər dəfə nömrə yığılanda telefon
stansiyası həmin siqnalları ötürmək üçün xətt seçir. Bunun əksinə olaraq, ayrılmış
xətdən istifadə edərkən göndərən və qəbul edən qurğular ara sında daimi, yaxud
sabit bağlantı təmin edilir. Rabitə kanalının o biri ucuna ça tan siqnal başqa bir mo -
dem tərəfindən qəbul edilir və qəbuledici qurğunun başa düşdüyü formaya çevrilir.
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
Şəbəkə bir-birinə bağlanmış iki və daha artıq kompyuterdən ibarət qrupdur.
Yerli şəbəkə əsasən məhdud coğrafi ərazini əhatə edir.
Geniş şəbəkə yerli şəbəkələrin bir-birinə birləşdirilmə sin dən təş kil olunur.
Verilənlərin ötürülməsi dedikdə onların bir yerdən başqa bir yerə veril mə si
nə zərdə  tutulur.
Verilənlər kommunikasiya kanalları vasitəsilə daşınır.
1. LAN və WAN abreviaturalarının mahiyyətini izah edin.
2. Verilənlərin ötürülməsi üçün nələrin olması zəruridir?
3. Verilənlərin ötürülməsi prosesini təsvir edin.
4. Kommunikasiya kanalı nədir?
KOMMUNİKASİYA VASİTƏLƏRİ
Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz
daşıma vasitələri, yaxud transmissiya vasitələri [transmission media] lazım olur.
Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var: 
• Sarınmış cütlük kabeli [twisted-pair cable]. Telefon sis-
temlərinin əksəriy 
yə 
tində istifadə olunan bu kabel çox
ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ay rıca izolyasiya
olunmuş naqildən ibarətdir (şəkil 2.2). Naqillərdən biri
siqnalı daşıyır, o biri  naqil isə yerlə əlaqələndirilir. 
Yerlə əlaqələndirilmiş (torpaq lanmış) naqil radio-maneələri
“udur” və bununla da o biri naqillə ötü 
rülən siqnalı
qoruyur.  
Şəkil 2.2. Sarınmış
cütlük  kabeli 
2.2.


23
• Koaksial kabel [coaxial cable]Əsasən televiziya sə na ye sində istifadə olunan
bu növ kabellər kompyuter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki
naqildən: silindrik formalı ekrandan və onun içə 
ri 
-
sində izolə edilmiş mərkəzi teldən ibarət olur (şəkil
2.3). Koaksial kabeldən keçən siqnallar qonşu keçiri-
cilərə, digər elektrik qurğularının yaratdığı maneələr
isə koaksial kabeldən keçən siqnallara təsir etmir.
Gös 
tə 
rilən üstünlüklərinə baxmayaraq, bu kabellər
sarınmış cüt lük kabellərinə nisbətən baha dır.
•  Fiber-optik kabel [fiber-optic cable].  Fiber-optik kabel (optik lif kabeli) nazik,
elastik şüşə borucuqlardan hazırlanır (şəkil 2.4). Bu kabellərin ənənəvi metal
rabitə xətlərindən bir sıra üstünlükləri var. Buraxılış
zolağının eni çox böyük olduğundan, o, daha çox ver-
ilənləri daşıya bilir; o, metal naqillərə nisbətən daha
yüngüldür və maneələrə daha az həssasdır. Fiber-optik
kabellərin əsas ça 
tış 
maz 
lığı onların kövrək və baha
olmasıdır.
Simsiz vasitələr. Hal-hazırda verilənləri daşımaq
üçün fiziki vasitələr ilə yanaşı, simsiz vasitələrdən də geniş ist i fadə olunur.
• Radiosiqnallar  [radio signals]. Radiosiqnallar vasi 
təsilə ötürülmə zamanı
ötürücü və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal
bir mənbədən o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnalları
gön 
dərən radioötürücü aparatın və siqnalları qəbul edən radioqə 
buledicinin
olması lazımdır.
• Mikrodalğalar [microwaves]. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dal -
ğaları formasında yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stan si ya -
sından digərinə düz xətt üzrə göndərilir (şəkil 2.5). Maneələrdən qaçmaq üçün
mik rodalğa stansiyalarının əksəriyyəti yüksəkliklərdə, yaxud hündür bi naların
başında quraşdırılır.
Şəkil 2.5. Mikrodalğa qüllələri 
Şəkil 2.4. Koaksial kabel 
Şəkil 2.4. Fiber-optik kabel 
2.
ŞƏBƏKƏ 
TEXNOLOGİYALARI 


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə