-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

T   A   R   İ   X
______________________________
ARPANET – İnternetin sələfi
1964-cü ildə, soyuq müharibənin ən qızğın çağlarında, amerikalılar nüvə
hücumunu göz ləyərkən boş vaxtlarını bomba sığınacaqları tikməklə, onları kon-
serv və digər ərzaqlarla doldurmaqla keçirirdilər. Ancaq hökuməti daha mühüm
bir problem də düşündürürdü: müharibə başlayarsa, hərbçilər bir-birləri ilə necə
əlaqə quracaqlar? 
Mərkəz ləş di rilmiş rabitə sistemi çox asanca dağıdıla bilər. Bu halda ənənəvi
texnolo giyalar işə yaramayacaq. Bu narahatlıq hökuməti başqa isti qamətdə –
yeni rabitə sxemi yaratmaq istiqamətində addımlar atmağa məcbur etdi.
Beləliklə, hələ 1958-ci ildən ABŞ Müdafiə Nazirliyi daxilində fəaliyyət göstərən
ARPA (Advan 
ced Re 
search Projects Agency) qurumunda yeni rabitə sistem-
lərinin yaradılması istiqa mətində işlər daha da sürətləndirildi. ARPA bu məqsədlə
kompyuter şəbəkəsinin yaradılmasını təklif etdi. ARPANET adlandırılan şə 
-
bəkənin yaradılması bir neçə universitetə tapşırıldı və 1969-cu ildə həmin univer-
sitetlər arasında belə bir şəbəkə quruldu. 
30
ARPANET – 1969


Ö Z Ü N Ü   S I N A
______________________________
İş vәrәqәsindә sәrbәst yerinә yetirilir
Düzgün cavabları göstərin. 
1. __________ məhdud coğrafi ərazini əhatə edir.
A. Geniş şəbəkə
B. Yerli şəbəkə
C. İntranet şəbəkəsi
D. Ekstranet şəbəkəsi
2. Fiziki rabitə vasitələrinin ən ucuz növü __________ .
A. sarınmış cütlük kabelidir 
B. fiber-optik kabeldir 
C. koaksial kabeldir 
D. radio siqnallarıdır
3. __________ analoq siqnalı rəqəmli siqnala və rəqəmli siqnalı analoq
siqnala çevirir.
A. Rabitə peyki 
B. Şəbəkə kartı 
C. Körpü 
D. Modem
4. __________ iki müxtəlif növ şəbə kəni bir-birinə bağlayır.
A. Qovşaq
B. Körpü 
C. Şəbəkə keçidi
D. Yönləndirici
5. __________ şəbəkə resurslarını idarə edən kompyuterdir.
A. Server
B. Qovşaq
C. Yönləndirici 
D. Müştəri
31


32
L A Y İ H Ə L Ə R
______________________________
T Ə N Q İ D İ   B A X I Ş
______________________________
Getdikcə daha çox insan kompyuter və şəbəkələrdən istifadə edərək evdə
işləyir. İngiliscə belə insanlara “telecommuter” deyilir. Sizin fikrinizcə,
han 
sı işləri insanlar evdə yerinə yetirə bilər? Elə işlərdən bir neçəsi
haqqında məlumat hazırlayın. Sonra ora daha iki abzas da əlavə edin:
birində evdə işləməyin üstünlüklərini, o birində isə çatışmazlıqlarını qeyd
edin.  
BİRGƏ LAYİHƏ
Microsoft NT və Novell Netware iki ən populyar şəbəkə əməliyyat sis-
temidir. Yoldaşınızla birlikdə işləyərək Veb-dən, hərəniz birini götürmək-
lə, hər iki əməliyyat sistemi haqqında informasiya toplayın. Topladığınız
məlumatlar əsasında hesabat hazırlayın və əməliyyat sistemlərini müqa -
yisə edərək, onların xüsusiyyətlərini diaqram şəklində göstərin. 
LAYİHƏ 2-2
Tutaq ki, sizə bir serverdən və beş iş stansiyasından ibarət yerli şəbəkə
qurmaq üçün qiymət təklifi vermək tapşırılıb. Şəbəkə avadanlıqlarının
satışı ilə məşğul olan yerli şirkətlərin saytından istifadə edib, tələb olunan
qiymət təklifini hazırlayın.
LAYİHƏ 2-1
Bir gün, yaxud bir həftə ərzində verilənlərin ötürülməsi üçün istifadə
etdiyiniz qurğular haqqında qeydlər aparın. Məsələn, siz telefondan,
kompyuterdən, faksimil aparatından və s. istifadə etmisinizmi?
Topladığınız məlumatları qrafik şəkildə təsvir edin.


Bu bölümün sonunda siz:
•  Obyektin modelinin nə olduğunu və onun nə üçün yaradıldığını öyrənəcək;
• Modelin yaradılmasında informasiyanın hansı rol oynadığını biləcək;
• İnformasiya modelinin nə olduğunu izah edəcək
• Modelləşdirmənin əsas mərhələləri ilə tanış olacaq;
• Kompyuter modelinin nə olduğunu biləcək;
• Müxtəlif sahələrə aid informasiya modelləri ilə tanış olacaqsınız.
M
Ə
Q
S
Ə
D
L
Ə
R
M
ODEL VƏ 
M
ODELLƏŞDİRMƏ 
3
MODEL ANLAYIŞI  ..................................................................................................................... 34
MODELLƏRİN NÖVLƏRİ. FORMALLAŞDIRMA   ..................................................................... 37
İNFORMASİYA MODELİNİN HAZIRLANMASI   ........................................................................ 40
KOMPYUTER MODELİ  ............................................................................................................. 44
3.5.
3.4.
3.3.
3.1.


MODEL ANLAYIŞI
Bizi əhatə edən aləmdə ilk baxışda sadə görünən obyektlər, əslində çox
mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən
onun sadələşdirilmiş variantından – modelindən istifadə et mək lazım gəlir.    
Model obyektin, hadisənin və ya prosesin mü 
əy 
yən xüsusiyyətlərini əks
etdirən təqdimolunma forma sıdır. Modelin yaradılması prosesi modelləş dirmə
[modelingadlanır. Modeli yaradılan obyektin özünə  isə orijinal, yaxud prototip
deyilir.
Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun
bir neçə səbəbi var: 
Birincisi, obyekt öyrənilən zaman orijinal özü mövcud olmaya bilər. Başqa
sözlə, o ya keçmişdə qalmış, ya da gələcəkdə düzəldiləcək obyekt ola bilər. Di -
no zavrların nəslinin kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyələri belə
ya ranıb. Modellərin köməyi ilə gələcəyə də “baxmaq” olar. Fiziklər planeti miz -
də nüvə müharibəsi baş verəcəyi təqdirdə Yer üzünü bürüyəcək “nüvə qışı”nın
mo delini nəzəri olaraq yaratmışlar. 
İkincisi, orijinal çoxsaylı mürəkkəb xassələrə və digər obyektlərlə qarşılıqlı
əlaqələrə malik ola bilər. Obyektin sadələşdirilmiş təsviri olan modeldə isə yal-
nız tədqiqatçını maraqlandıran xassələri saxlamaqla, qalanlarını “atmaq” olar.
Mə sə lən, biologiya dərslərində çox mürəkkəb insan orqanizmini öyrənmək məq -
sədi ilə onun müxtəlif modellərindən istifadə olunur. 
Üçüncüsü, model obyektlərin ümumiləşməsi ola bilər. Yeni geyim biçimi
nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil, ümumiləşdirilmiş
obrazı, standartı təmsil edir.  
Dördüncüsü, müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan
olmaya bilər: molekullar müşahidə üçün çox kiçikdir; Yer səthində dağ silsilə -
sinin formalaşması həddindən artıq yavaş gedir; atom partlayışının mər kə zindəki
şərait insanın orada iştirakına imkan vermir. 
Bütün bu hallarda obyektləri, hadisələri və prosesləri onların modelləri ilə
əvəz etmək zərurəti yaranır. 
Modellərdən tədris prosesində də geniş istifadə olunur. Coğrafiya fənnində
Yer kürəsi haqqında ilkin təsəvvürləri onun modeli olan qlobusdan alırıq. Fizi -
kada daxiliyanma mühərrikinin işini onun modeli əsasında öyrənirik, kimyada
maddələrin quruluşunu öyrənmək üçün molekulların və kristal qəfəslərin mo -
dellərin dən istifadə edirik, biologiyada anatomik mulyaj əsasında insanın quru-
luşunu öyrənirik və s.  
3.1.
34


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə