-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Yüksək texnologiyalar sahəsində ən son uğurlardan biri rəqəmsal kame-
ralardır [digital camera]. Rəqəmsal kamera vasitəsilə çəkilmiş şəkillər ka me ra -
nın yaddaşında saxlanılır və istənilən vaxt kompyuterin yaddaşına
kö      çürülə bilər. Çəkilmiş şəkillərə dərhal baxmaq, oradakı istə -
nilən çatışmazlığı aradan qaldırmaq və xüsusi effektlər əlavə
etmək olur. Kamkorder (videomaqnitofonu olan video kame ra),
yaxud adi videokamera vasitəsilə çəkilmiş görüntüləri də komp -
yuterə köçürmək imkanları var. Kompyuterdə həmin görüntüləri
redaktə etmək və ekranda baxmaq olar.
Rastr görüntülərlə işləmək üçün proqram vasitələrini – qrafik redaktorları iki
qrupa bölmək olar. Birinci qrup ikiölçülü rəsmlərin yaradılması üçün nəzərdə
tutulub. Bu qrupa aid proqramlar tipik rəssam alətlərini (fırça, qələm, karandaş və
s.), boyaq materiallarını (akvarel, yağlı boya və s.) və əriş materialları (kağız,
kətan və s.) imitasiya edir. İkinci qrup proqram vasitələrinə rastr görüntülərin
emalı proqramları aiddir. Bu proqramlarda rəsm çəkmək üçün məhdud sayda
alətlər olur, əvəzində onlar görüntülərin redaktə və montaj olunması üçün geniş
imkanlara malikdir.
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
Rastr, kompyuterin ekranında görüntünü formalaşdıran nöqtələrin düzbucaqlı
şəbəkəsidir.
Rastr qrafikasında görüntülər nöqtələr massivi şəklində təsvir edilir. Ona görə
də belə massivin özünə rastr xəritəsi, onu təşkil edən elementlərə isə piksel de -
yilir.
Kompyuterin emal etdiyi ən kiçik verilən elementi bit olduğu kimi, displeyin,
yaxud printerin əks etdirə bildiyi ən kiçik element pikseldir.
Rastr görüntülərin əsas keyfiyyət göstəricisi onların çözümlülüyüdür. Gö rün -
tünün çözümlülüyü bir düymdəki nöqtələrin sayı (dpi) ilə müəyyən olunur.
Rastr görüntüləri almaq üçün çox zaman aparat vasitələrindən istifadə olunur.
Skaner kağızda olan görüntüləri elektron formaya çevirir.
Qrafik planşet, yaxud digitayzer rəsmlərin, yaxud fotoqrafiyaların yaradılması
və ya üzünün çıxarılması üçün istifadə olunur.
Rəqəmsal kameralar fotoşəkilləri rəqəmli formada almağa imkan verir.
1. Rastr nədir və o hansı parametrlərlə xarakterizə olunur?
2. Piksel nədir? Çözümlülük anlayışının mahiyyətini izah edin.
3. Rastr görüntüləri almaq üçün hansı aparat vasitələrindən istifadə olunur?
4. Hansı qrafik redaktorları tanıyırsınız? 
4.
KOMPYUTER 
QRAFİKASI 
59


RASTR GÖRÜNTÜLƏRLƏ İŞ
Windows əməliyyat sistemində rastr görüntüləri saxlamaq üçün əsas format
Windows Bitmap formatıdır. Bu formatlı faylların uzantısı BMP olur. GIF və
JPEG formatlarından başlıca olaraq İnternetdə istifadə olunur. Onlar görüntüləri
sıxlaşdırmağa imkan verir. Başqa sözlə, GIF və JPEG formatlarında faylın ölçüsü
hiss olunacaq qədər azalır, ancaq görüntünün keyfiyyəti azalmır, yaxud əhə miy -
yətsiz dərəcədə azalır. Rastr görüntüləri yüksək keyfiyyətdə saxlamaq üçün TIFF
formatından istifadə olunur. Bütün bu formatlarda olan görüntülərə baxmaq və
onlarla işləmək üçün çoxsaylı proqramlar mövcuddur.
Rastr görüntülər yaratmaq və onlar üzərində sadə əməliyyat-
lar apar 
maq üçün ən sadə proqramlardan biri Microsoft
Paint  proqramıdır. Windows əməliyyat sisteminin tərkibinə
daxil olan bu proqramla, yəqin ki, işləmisiniz. 
İkiölçülü rəsmlər yaratmaq üçün Corel Painter proqramın-
dan istifadə edə bi lərsiniz. Skaner vasitəsilə alınmış görün-
tülərlə işləmək üçün, məsələn, Adobe PhotoShop, yaxud Corel PHOTO-
PAINT proq ramından istifadə etmək olar.
Qrafik redaktorlarda rəsm əməliyyatları, adətən, standart həndəsi fiqurlardan
– qrafik primitivlərdən [graphics primitives] istifadəyə əsaslanır. Onlara aşağı-
dakı həndəsi fiqurlar  aiddir:
• düz xətt; 
• əyri; 
• düzbucaqlı; 
• oval (ellips); 
• çoxbucaqlı. 
Sərbəst rəsm üçün redaktorun alətlər dəstinə karandaşlar və fırçalar da da -
xildir. Bu alətlərdən istifadə etməklə çəkilən xətt siçanın hərəkətinin trayek-
toriyası olur. Bəzi əməliyyatlar üçün sərbəst rəsm alətləri əvəzsiz olur. Məsələn,
ekranda görüntünün miqyasını böyütmək və karandaşdan istifadə etməklə hər
hansı pikselin rəngini dəyişdirmək olar.
Qrafik redaktorda yazı yazmaq üçün də xüsusi alət nəzərdə tutulub. Burada
hər bir hərf, yaxud başqa simvol rastr şəklə çevrilərək görüntüyə əlavə olunur. 
Rastr qrafik redaktorda əməliyyatların özəlliyi ondadır ki, həndəsi fiqurlar
yal nız çəkildikləri anda mövcud olur; sonra onlar, sadəcə, rəngli nöqtələr yığını-
na çevrilir. Bu fikir mətnlərə də aiddir.
4.3.
60


Rəngli görüntülərlə işləyən zaman qrafik redaktorlarda, adətən, iki müxtəlif
rəngə cari rəng kimi baxılır. Bunlardan biri əsas rəng (yaxud ön plan rəngi), ikin-
ci isə fon rəngidir. Adətən, rəsm çəkmək üçün əsas rəngdən istifadə olunur, fon
rəngi isə, məsələn, qapalı sahəni doldurmaq, yaxud pozmaq üçün lazım olur. 
Rəngləri seçmək üçün çox zaman hazır palitradan istifadə
olunur. Bundan başqa, qrafik redaktorlarda istənilən rəngi
almaq imkanı var. Hər hansı rəngi müəyyən etmək üçün onun
tərkibindəki qırmızı, yaşıl və göy rənglərin qiymətini vermək
lazımdır.
Görüntü üzərində hər hansı dəyişiklik, adətən, onun bir hissəsində (fraq-
mentində) aparılır. Görüntünün fraqmentini seçdirmək qrafik redaktorlarda ən
mü 
hüm əməliyyatlardan biridir. İstər düzbucaqlı, istərsə də ixtiyari formalı
sahəni seçmək olar. 
Bəzi qrafik redaktorlarda rənglərin oxşarlığına görə də görüntünün fraqmen-
tini seçdirmək imkanı var.
Fraqment seçdirildikdən sonra onun üzərində cürbəcür əməliyyatlar aparmaq
mümkündür. Seçdirilmiş fraqmenti silmək, üzünü köçürmək, yaxud yerini dəyiş -
Şəkil 4.3. Paint proqramında çəkilmiş bir rəsm
4.
KOMPYUTER 
QRAFİKASI 
61


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə