-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Vektor qrafikası proqramlarında istər dayaq, istərsə də idarəedici nöqtələrin
yerini dəyişdirmək mümkündür. Başlanğıc, yaxud son nöqtənin yerini də 
-
yişdirdikdə əyri rezin kimi dartılır və ya sıxılır. İdarəedici nöqtələrin hərəkəti isə
Bezye əyrisinin uyğun hissəsinin əyriliyini dəyişir. Beləliklə, bu dörd nöqtəni
hərəkət etdirməklə sonsuz sayda Bezye əyriləri almaq olar.   
Vektor qrafikasında əsas obyekt kimi bir-biri ilə düyün nöqtələrdə birləşmiş
xətlərdən ibarət kontur [outline] götürülür. Bir kontura aid olan xətlərin eyni xas-
sələri (qalınlığı, rəngi) olur. Kontur açıq və ya qapalı ola bilər. Qapalı konturda
sonuncu və birinci düyün nöqtələri üst-üstə düşür. 
Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb.
Onlardan CorelDRAWAdobe IllustratorMicromedia Freehand kimi proq -
ramlar daha geniş yayılıb. Animasiyalar hazırlamaq üçün nəzərdə tutulmuş
Micromedia Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır.
Göstərilən proqramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst yayılan
proqramlar da vardır. Belə proqramlara misal olaraq InkscapeOpenOffice.org
DrawSkencil kimi proqramları göstərmək olar.
Vektor redaktorlarında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-birinə bən -
zərdir. Bunların içərisində seçdirmə alətləri çox önəmlidir. Müxtəlif alət lərdən
istifadə etməklə obyekti bütövlüklə, konturların (xətlərin) ayrı-ayrı seqmentləri-
ni və hətta ayrıca düyün nöqtələrini seçmək olar. 
Şəkil 4.6. Inkscape vektor qrafik redaktorunun ekran görüntüsü
4.
KOMPYUTER 
QRAFİKASI 
65


Bir neçə qrup rəsm alətləri vardır. “Karandaş” tipli alət sərbəst çəkməyə imkan
verir. Qrafik redaktor, zərurət olduqda, avtomatik olaraq özü düyün nöqtələri əlavə
edir. “Qələm” aləti konturları seqmentlərlə çəkmək üçün nəzərdə tutulub.
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Rəsmdə yüksək dəqiqlik və xətlərin aydınlığı tələb olunduqda rastr görün-
tüləri o qədər də əl verişli olmur.
Vektor qrafikasında görüntü obyektlər yığınından ibarət olur. Obyektin for-
ması riyazi asılı lıq larla təsvir olunur.
Vektor qrafikasında görüntünün ilkin elementi cizgidir.
Vektor qrafikasında əsas obyekt kimi bir-biri ilə düyün nöqtələrində birləş -
miş xətlərdən iba rət kontur götürülür.
Vektor görüntülərlə işləmək üçün məşhur CorelDRAW, Adobe Illustrator,
Mic romedia Freehand kimi kommersiya proqramları ilə yanaşı, Inkscape,
OpenOffice.org Draw, Skencil kimi sərbəst yayılan proqramlar da vardır.
1. Rastr görüntülərin hansı çatışmazlıqları var?
2. Vektor qrafikası nə deməkdir?
3. Vektor görüntülərin yaradılması prinsipini izah edin.
4. Vektor qrafikasının hansı çatışmazlıqları var?
5. Vektor görüntülərlə işləmək üçün hansı proqramları tanıyırsınız?
VEKTOR GÖRÜNTÜLƏRLƏ İŞ
Qeyd olunduğu kimi, vektor görüntülərlə işləmək üçün geniş imkanlara malik
olan və sərbəst yayılan bir sıra proqramlar mövcuddur. Belə proqramlardan biri
OpenOffice.org paketinə daxil olan OpenOffice.org Draw proqramıdır.
Əgər kompyuterinizdə OpenOffice.org Draw proqramı
qu raşdırılmayıbsa, həmin proqramı İnternetdə
www.openoffice.org ünvanından əldə edə bilərsiniz. 
4.5.
66


OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaq -
lı lar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. 3D-qrafika alətləri para-
lelepiped, konus, silindr və s. kimi üçölçülü həndəsi fiqurlar çəkmək üçün nə -
zərdə tutulub. Bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə
elementləri (düymələr, mətn boksları, radio düy mə ləri, yoxlama boksları və s.) də
yaratmaq olar.
Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq,
eləcə də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış
formatlardan eksport etmək olar.
Ç A L I Ş M A 4.1
1.
OpenOffice.org Draw proqramını başladın.
Proqramın baş pəncərəsi açıla-
caq (şəkil 4.7).
Şəkil 4.7. OpenOffice.org Draw proqramının pəncərəsi
4.
KOMPYUTER 
QRAFİKASI 
67


2.
Rəsm sahəsinin ölçülərini və səmtini müəyyənləşdirmək üçün göstəricini
rəsm sahəsinə aparıb siçanın sağ düyməsini çıqqıldadın. Açılan menyudan
Page
PageSetup bəndini seçin. 
Uyğun dialoq boksu açılacaq (şəkil 4.8).   
3. 
Paper format bölümündə kağızın formatını, onun səmtini (Landscape),
kə nar larda saxlanan boş sahələri və s. quraşdırın.
4.
Rəsmdə yüksək dəqiqlik üçün çəkiləcək fiqurları tora bağlayın və toru gö rü -
nən edin. Bunun üçün yenə də rəsm sahəsində menyunu açın və Grid  bən -
dində torun parametrlərini göstərən bəndləri aktivləşdirin (şəkil 4.9).
5.
Proqram pən cərə sinin aşağı kənarı boyunca yerləşmiş Ellips (Ellipse) düy -
məsini çıqqıldadın və rəsm sahəsində uyğun fiquru çəkin. Sonra T (Text)
düyməsini seçin və ellipsin içərisinə Başlanğıc sözünü yazın.
6.
Eyni qayda ilə Düzbucaqlı (Rectangle) və sonra yenə də Ellips (Ellipse) fi -
qur 
larını çəkib içərilərinə uyğun olaraq Komandalar ardıcıllığı və  Son
sözlərini yazın.
Şəkil 4.9. Rəsm sahəsində torun aktivləşdirilməsi
Şəkil 4.8. Page Setup dialoq boksu
68


7. 
Line Ends with Arrow düyməsini çıqqıldadın və çəkdiyiniz fiqurları
oxlarla birləşdirin (şəkil 4.10). 
8.
Müxtəlif obyektlərdən ibarət olan blok-sxemin yerini rahat dəyişmək, ya -
xud surətini çıxarmaq üçün həmin obyektləri qruplaşdırmaq lazımdır. Bu  -
nun üçün bildiyiniz üsulların birindən istifadə etməklə obyektlərin hamı sını
birgə seçdirin. Sonra göstəricini seçdirilmiş obyektlərin üstünə aparıb (bu
zaman göstərici xaç şəklini alacaq), siçanın sağ düyməsini çıqqıldadın.
Açılan menyudan Group komandasını seçin. 
İndi seçdirilmiş obyektlərin
hamısı bir qrupda birləşəcək.
9.
Yaradılmış vektor rəsmini saxlamaq üçün File
Save As menyu  ko manda  -
sını seçin. Açılan uyğun dialoq boksunda faylın tipini ODF Drawing gös -
tərin və fayla algorithm.odg adını verin.
10.
File
Export menyu komandasını seçin. Açılan uyğun dialoq boksunda
JPEG formatını seçib, Save düyməsini çıqqıldadın. 
Blok-sxem rastr
görüntüsü kimi saxlanılacaq. 
11.
OpenOffice.org Draw proqramını qapadın.
1. “Tam budaqlanma” və “yarımçıq budaqlanma” alqoritmik konstruksiyalarının
blok-sxemini çəkin.
2. “Sayğaclı dövr”, “ön şərtli dövr” və “son şərtli dövr” alqoritmik konstruksiya la -
rının blok-sxemini çəkin.
3. Kompyuterin quruluşunun struktur sxemini çəkin.
Şəkil 4.10. Xətti alqoritmin ümumi blok-sxemi
4.
KOMPYUTER 
QRAFİKASI 
69


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə