-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

100
böyük siyahıda faydalı informasiyanı tapmaq çox çətin olardı. Ona görə də bəzi
axtarış sistemlərində relevantlıqdan,  yəni  tapılan  infor ma si yanın  ax ta  rış
meyarına uyğunluq dərəcəsindən istifadə olunur. Relevantlıq dərəcəsi, adətən,
faizlə ifadə olunur: belə ki, 100% tamamilə üst-üstə düşməyə uyğun olur. Axtarış
sis   temlərinin əksəriyyəti tapılan cavabları relevantlıq dərəcəsinə uyğun olaraq
düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha dəqiq olur. 
Aşağıdakı şəkildə (şəkil 6.1) “dövlət rəmzləri” sözləri üzrə axtarışın nəticələri
göstə rilmişdir. Cavablar si ya hı sında aşağı düşdükcə cavabın sorğuya uyğunluq
dərəcəsi azalır, belə ki, həmin sayt lar da axtarılan açarsözlərin hamısı olmur. Bu
zaman sizin bir neçə seçiminiz ola bi lər:
• İstənilən istinadı çıqqıldadıb saytdakı informasiyaya baxa bilərsiniz.
• Açarsözləri dəyişib başqa cür təyin edə bilərsiniz.
• Başqa axtarış sistemindən istifadə edə bilərsiniz. 
Şəkil 6.1. Google axtarış sistemində “dövlət rəmzləri” üzrə axtarışın nəticəsi 
Çoxsaylı axtarış sistemi saytları vardır ki, axtardığınız informasiyanı ta 
-
panadək siz onların bir neçəsindən istifadə edə bilərsiniz. Cədvəl 6.1-də məşhur
axtarış sistemlərindən bir neçə sinin adı və ünvanı verilmişdir.   


101
Ç A L I Ş M A 6.1
1. 
Brauzeri başladın və www.lycos.com ünvanına keçin. 
2.
Axtarış sahəsinə cookie recipes açarsözlərini daxil edin və Search düy -
mə sini çıqqıldadın, yaxud klavişini basın.
3. 
Açılan səhifədə axtarış sisteminin tapdığı saytların siyahısı görünəcək; onların
sayı minlərlə, hətta yüz minlərlə ola bilər, ancaq axtarışın nəti cə lə ri nin birinci
səhifəsində yalnız təxminən 10 hiperistinadın siyahısı olacaq. Sə hifəni gözdən
keçirin. Əgər peçenye bişirmək üçün reseptlər haqqında ətraflı məlumat al -
maq istəyirsinizsə, istinadları çıqqıldadın.
4.
Brauzerin naviqasiya alətlərindən istifadə edərək, Lycos axtarış səhifəsinə qayıdın.
5.
Brauzeri qapadın.  
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
İnternetdə müəyyən informasiya tapmaq üçün axtarış sistemlərindən istifadə
olunur.
Axtarış sistemi veb-saytların avtomatlaşdırılmış indeksini yaradan proq ram dır.
Konsepsiyaya əsaslanan axtarış o zaman baş verir ki, axtarış sistemi açarsöz  -
lərlə hər hansı əlaqəsi  olan saytları tapır.
Morfoloji axtarış sözün variantlarını tapmağa imkan verir.
Axtarış sistemi üç əsas hissədən ibarətdir: axtarış sisteminin proqramı, açar -
söz lərə görə axtarış aparan robot (hörümçəkvə indeks.
1. Axtarış sistemi nədir?
2. Axtarış sisteminin hissələrini sadalamaqla onun iş prinsipini izah edin. 
3. Hansı axtarış sistemlərini tanıyırsınız?
4. Niyə müxtəlif axtarış sistemləri fərqli nəticələr verir?
AXTARIŞ SİSTEMİ
URL ÜNVANI
Google
www.google.com
AltaVista
www.altavista.com
Lycos
www.lycos.com
Yahoo!
www.yahoo.com
Excite
www.excite.com
Rambler
www.rambler.ru
Ara.com.tr
www.ara.com.tr
Cədvəl 6.1. Axtarış sistemləri
6.
İNTERNETDƏ 
AXTARIŞ 


102
AXTARIŞ TEXNİKASI
İnternet genişlənməkdə davam etdiyindən və ora getdikcə daha çox səhifə
əlavə olunduğundan, səmərəli axtarış üçün yeni yanaşmalar və strategiyalar tələb
olunur. Yadda saxlayın ki, axtarışınız nə qədər spesifik olsa, axtardığınızı tapmaq
ehtimalı da bir o qədər böyük olacaq. Bunun üçün nəyi axtardığınızı axtarış sis-
teminə dəqiq bildirməli və müxtəlif üsullardan istifadə etməyi bacarmalısınız.    
Frazaya görə axtarış. Əgər siz bir-birinin ardınca gələn sözləri tapmaq istə -
yirsinizsə, onda ən yaxşı yol fraza üzrə axtarışdır. Fraza dırnaq içərisində daxil edilir
və axtarışda yalnız bu ardıcıllıqla gələn sözlər nəzərə alınır. 
Məsələn, əgər sizə nərə balığı ilə bağlı informasiya lazımdırsa, dırnaq işarəsi
arasında  “nərə balığı” ifadəsini daxil edin. Nəticədə bir-biri ilə yanaşı duran
“nərə balığı” sözlərinin olduğu veb-saytlar seçiləcək. Əgər dırnaq işarələri qoyul-
masa, axtarış sistemi həm “nərə”, həm də “balığı” sözlərinin olduğu bütün veb-
səhifələri tapıb çıxaracaq.   
Əgər bir neçə ifadə üzrə axtarış aparırsınızsa, onda mürəkkəb ifadələri, yaxud
xü susi isimləri bir-birindən vergüllə ayıra bilərsiniz. Xəzər dənizində yaşayan
nərə balıqları haqqında məlumat tapmaq üçün “nərə balığı”, “Xəzər dənizi” da -
xil edəcəksiniz. Xüsusi isimləri böyük hərflə yazmaq daha məqsədəuyğundur,
çünki bəzi axtarış sistemləri aşağı və yuxarı registrli hərfləri bir-birindən
fərqləndirir. Digər tərəfdən, əgər siz xüsusi isim kimi, məsələn, “Çiçək” sözünü
böyük hərflə yazsanız, onda axtarış nəticəsi “çiçək” sözünə görə axtarışla müqa -
yi sədə daha az olacaq.  
Riyazi əməllər vasitəsilə axtarış. Qeyd olunduğu kimi, axtarış nəticəsində
sizə lazım olmayan çoxlu sayda veb-səhifələr də nəticə siyahısına düşə bilər. Bu -
nun qarşısını almaq üçün, yəni istəmədiyiniz siyahını süzgəcdən keçirmək üçün
ri yazi əməllərdən istifadə edə bilərsiniz. Məsələn:
• Görünməsini istədiyiniz sözlərin qabağına plyus işarəsi (+) qoyun (buna da -
xil etmə  operatoru  da deyilir).
• Görünməsini istəmədiyiniz sözlərin qabağına minus işarəsi (–) qoyun (buna
çıxartma operatoru da deyilir). 
• Təyinedicisi ( + ,  yaxud  – işarəsi) olmayan sözlər zərurət olmadıqda görün-
mür, an caq yenə də ax ta rışın çeşidlənməsində iştirak edir.
Tutaq ki, peçenye hazırlamaq üçün yeni bir resept axtarırsınız. Axtarış sözləri
+cookie+recipes olacaq. Nəticədə, yalnız hər iki sözün olduğu səhifələr görü nə -
cək. İndi fərz edək ki, şokoladlı peçenye üçün resept axtarırsınız. Bu halda axtarış
söz ləri +cookie+recipes+chocolate olacaq. Nəticədə, hər üç sözün olduğu səhi -
fə lər  görünəcək. 
6.2.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə