-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   26   27   28   29   30   31   32   33   34

11.
Endirmiş olduğunuz kompyuter şəklini tapın və onu Word sənədinə
da xil edin. Sonra fayla istədiyiniz adı verməklə sənədi lazım olan
yerdə saxlayın.
12.
Sənədi və Word proqramını qapadın.
13.
Brauzeri qapadın.     
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Tez-tez müraciət etdiyiniz saytları işarətləyə və onları Favorites (Seçil -
miş lər) qovluğuna əlavə edə bilərsiniz.
Faylı veb-saytdan endirən zaman mənbənin etibarlı olmasına əmin ol -
maq lazımdır. Endirmək üçün faylların olduğu saytların əksəriyyətində
endirmə prosesində istifadəçiyə yardım etmək üçün sadə forma, yaxud
dialoq boksu olur.   
1. Saytların işarətlənməsi nə deməkdir və ondan hansı məqsədlə istifadə olunur?
2. Favorites qovluğunda nələr toplanır?
3. Faylın veb-səhifədən endirilməsi və veb-səhifənin saxlanması arasındakı fərqi
izah edin. 
ELEKTRON RESURSLARIN QİYMƏTLƏNDİRİLMƏSİ 
İnternet tələbələrə, müəllimlərə, alimlərə və imformasiyaya ehtiyacı olan hər
kəsə, onu dünyanın istənilən yerində əldə etmək üçün geniş imkanlar verir.
İnformasiyanın yerini müəyyənləşdirmək və onu elektron formada nəşr etmək
çətin iş deyil. Lakin hər kəs İnternetə informasiya yerləşdirə bildiyindən, o,
həmişə dəqiq və etibarlı olmur. İnternetdən əldə olunan informasiyadan istifadə
edən hər kəsin bu informasiyanı qiymətləndirə bilmək bacarığı çox vacibdir.  
Veb-də olan səhifələr müxtəlif görünüşlərə malikdir. Bəzi səhifələr şəkillər,
səslər, animasiyalar, istinadlar və müxtəlif informasiyalarla dolu olur. Onlardan
bəziləri çox cəlbedici, digərləri isə çox sadə ola bilər. Sayt çox cəlbedici ola bilər,
ancaq məzmunca sizi qane etməyə bilər. Veb-səhifəni açanda ilk olaraq bəzi amil-
lərə diqqət yetirilməlidir:
• Səhifənin yüklənməsi çox vaxt aparırmı?
• Səhifədə saytla bağlı qrafik vasitələr varmı?
• Səhifədə nişanlanmış bölümlər varmı?
• Bu səhifənin informasiyasını kim hazırlayıb?
6.4.
110


• Müəlliflə necə əlaqə qurmaq olar?
• Səhifə sonuncu dəfə nə vaxt yenilənib?
• Başqa veb-səhifələrə müvafiq istinadlar varmı?
• İstinadları yerinə yetirmək asandırmı?
• Səhifənin başlığı onun məzmunu haqqında məlumat verirmi?
• Səhifədəki informasiya nə qədər faydalıdır?
• İnformasiya nə dərəcədə yenidir?
• Buradakı informasiya digər mənbələrdəki informasiya ilə ziddiyyət təşkil
edir mi?
• Müəllif  həmişə, heç vaxt, ən yaxşı, ən pis kimi sözlərdən istifadə edirmi? 
• Müəllif  paylaşdığı informasiyanı nə dərəcədə bilir?
Bu suallar elektron informasiyanın qiymətləndirilməsi prosesinin başla nıl dı -
ğını göstərir.
Müəllifliyin müəyyənləşdirilməsi. Yüksək səviyyəli resurs öz müəllifini və
ya naşirini tanıdır. Resursun yaradıcısının nə qədər etibarlı olub-olmadığını
müəyyənləşdirmək üçün sizin kifayət qədər imkanınız olmalıdır. Müəllif hansı
bilik və bacarıqlara, yaxud nüfuza malik olmalıdır ki, bu ona informasiyanı yay-
maq səlahiyyəti versin? Şəkil 6.8-də veb-saytın aşağısında göstərilən banner
saytla bağlı kiminləsə əlaqə saxlamaq, tez-tez soruşulan suallara (FAQ) cavablar
tapmaq, müəlliflik hüququ və məxfilik siyasəti [privacy policy] haqqında
məlumat almaq imkanı yaradır.
Şəkil 6.8. Veb-saytın yaradıcısı və siyasəti haqqında 
daha geniş məlumat almaq üçün istinadlar
Əgər siz müəllifin adını tapa bilirsinizsə, ancaq onunla əlaqə məlumatı görün-
mürsə, axtarış sistemindən istifadə etməklə müəllifin adına görə axtarış apardıq-
da müəllif haqqında ətraflı məlumat əldə etmək olar. Əgər veb-saytda müəllifin
e-poçt ünvanı göstərilmişsə, məlumat üçün bilavasitə onun özünə müraciət edə
bi lər siniz.
URL ünvanında domen uzantısı da saytın sizin tədqiqat sahənizə uyğunluğu
haqqında informasiya verəcək. Məsələn:
.edu
təhsil, yaxud elmi-tədqiqat məlumatları
.gov
hökumət resursları
.com
kommersiya məhsulları, yaxud maliyyələşdirilən saytlar
.org
qeyri-kommersiya qurumları
.mil
hərbi sahələr
Contacts 
FAQ
Press Room
Privacy
Copyright
111
6.
İNTERNETDƏ 
AXTARIŞ 


Önəmlilik və etibarlılıq. Saytdakı məlumatlar tədqiqat məqsədinizə uyğun
gə lir  mi? Bu veb-saytın məqsədi bəyan olunubmu? Oradakı informasiya düz gün -
dürmü? Məlumatlar yetərlidirmi? İnformasiya gözdən keçirilibmi? İnfor ma si ya -
nın götürüldüyü mənbəyə etibar etmək olarmı? 
İnformasiya istər orijinal, istərsə də başqa
mənbədən götürülmüş olsun, onun mənbəyi
aydın göstərilməlidir.
Həqiqilik və sapma. Sayt sahibinin
məq sədlərini başa düşdüyünüzə əmin olun.
O, mal və ya xidmət növləri təklif etmək
istəyirmi? O, ictimai rəyə təsir göstərməyə
cəhd edirmi? 
İnformasiyanı oxuyan zaman, onun müəyyən mövzunun bir aspektini əhatə
etməsinə, ya da daha geniş əhatə dairəsinə malik olmasına xüsusi diqqət yetirin.
İnformasiyanın həqiqiliyini müəyyənləşdirmək üçün başqa resursları, mə sə lən,
oxşar informasiyanın olduğu kitab və jurnalları da yoxlayın. 
İstifadə olunmuş yazı üslubu və dili də saytın keyfiyyəti haqqında müəyyən
məlumat verə bilər. Əgər üslub məqsədə uyğundursa, o zaman onun diqqəti cəlb -
et mə şansı daha böyükdür. Yox, əgər üslub özündənrazı və subyektivdirsə, siz on -
dan istifadəni ikinci dərəcəli hesab edə bilərsiniz. 
Verilənlərin tarixinin müəyyənləşdirilməsi. Veb-saytdakı informasiyanı
qiymətləndirərkən ən vacib məsələlərdən biri onun istifadə dərəcəsidir [curren-
cy], yəni informasiyanın nə vaxt saytda yerləşdirilməsi və onun yenilənmə tez li -
yidir. İnformasiyanın xarakterindən asılı olaraq o, vaxtaşırı yenilənir. 
Tibbi, yaxud texnoloji məlumatlar tarixi məlumatlara nisbətən daha tez-tez
yenilənməlidir. Vaxtı ötmüş informasiya sizin üçün gərəksiz ola bilər. 
Saytda  ölü istinadlar [dead links], yəni uzun müddət aktiv (işlək) olmayan
istinadlar varmı? Ölü istinadların olması veb-saytdakı informasiyanın yenilən -
mədi yinə dəlalət edir.     
Saytın naviqasiyası. Naviqasiya [navigating]saytın bir yerindən başqa ye -
rinə hərəkət etmə imkanıdır. İstinadlar vasitəsi ilə veb-saytda sürətlə gəzişmək
imkanı ef fekt li saytın çox önəmli elementlərindəndir. 
Veb-saytın birinci səhifəsi saytın necə təşkil olunmasını və mümkün seçim
variantlarını göstərməlidir. Saytın tam strukturu haq qında yaxşı təsəvvürün for-
malaşması üçün sayt xəritə sinə [site map] istinad oluna bilər.
Səhifənin xarici görünüşünün də
önəmi var. Səhifədə orfoqrafik və
qrammatik səhvlər olmamalıdır.
Səhifədə hətta dəyərli məlumatlar
olsa belə, orfoqrafik səhvlər və
qüsurlu qrammatika həmin məlu -
mat 
ların düzgünlüyünə şübhə
yaradır.
112


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə