-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   26   27   28   29   30   31   32   33   34

Saytda hərəkət etmək üçün səhifədəki istinadlardan istifadə olunur. Bəzi sə hi -
fə lərdə çoxlu sayda, digərlərində isə bir neçə istinad ola bilər. Buna baxmayaraq,
isti nadlar:   
• asan tanınmalı;
• məntiqi olaraq qruplaşdırılmalı;
• istinadın adı istinad etdiyi səhifənin mövzusuna uyğun gəlməlidir. 
Saytın bütün səhifələrində başlanğıc səhifəyə qayıtmaq və saytın müəllifinə
e-poçt göndərmək üçün istinadlar ola bilər. İnternetdə olan əksər saytlarda oxşar
informasiyanın yerləşdiyi digər saytlara istinadlar olur. 
Lakin saytda bəzən istifadə edə biləcəyiniz informasiya olmur. İstifadə etmək
istədiyiniz saytda faydalı informasiya varmı, yoxsa həmin sayt, sadəcə, sizi başqa
saytlara yönəldir? Bunların müəyyənləşdirilməsi saytda obyektiv informasiyaya
müraciət etməyə kömək edəcək.   
Veb-saytlar və müəlliflik hüququ normaları. Əksər hallarda İnternetdə yer-
ləşdirilmiş saytlardakı informasiyanın surətini asanca köçürmək olur. Tez-tez siz
üzü nü köçürmək istədiyiniz hər hansı mətn, yaxud qrafikanı seçdirə, brauzerin
Copy  komandasından istifadə edə və sonra onu başqa bir sənədə yapışdıra
bilərsiniz. 
Ya xud monitora çıxarılmış bütöv bir səhifəni çap edə bilərsiniz. İnfor ma -
siyanın asan köçürülə bilməsi hələ o demək deyil ki, istifadəçilərin bunu etməyə
qanuni hüququ var. İnternet nəşrləri kitablar, qəzetlər, CD-lər, filmlər və digər
məhsullar kimi müəlliflik hüquqi ilə qo runur. 
Bir çox saytlarda məlumatlar da müəlliflik hüququ ilə qorunur. Müəlliflik hü -
qu qu  [copyright] ədəbiyyat, musiqi, elm, yaxud incəsənət sahəsindəki əsərlərin
müəyyən illər ərzində hazırlanması və istifadəsinə qanunla yolverilən müstəsna
hüquqdur. Əgər müəlliflik hüququ haqqında qeyd səhifədə nəzərə çarpmırsa belə,
səhifədəki hər bir şey kimsə tərəfindən yazılıb, yaxud kimsə ona məsuliyyət da -
şı yır. 
Bu onu bildirir ki, həmin məlumatı siz özünüzünkü kimi istifadə edə bil -
məzsiniz. Siz həmin əsərin (işin) müəllifinin haqqını təsdiq etməlisiniz.
Əgər İnternet kontenti, məsələn, musiqi faylları müəlliflik hüququ ilə
qorunursa, səlahiyyət sahibinin icazəsi olmadan onun üzü köçürülə bilməz. Bunu
etmək “Müəlliflik hüquqi və əlaqəli hüquqlar” haqqında qanununu pozmaq
deməkdir. Belə hərəkət məhkəmə qərarı ilə cinayət məsuliyyətinə, o cümlədən
pul kompensasiyasının ödənilməsi barədə mülki iddiaya səbəb ola bilər. 
Şirkətlərin loqotipi, yaxud başqa qrafik informasiya müəlliflik hüququna
113
6.
İNTERNETDƏ 
AXTARIŞ 


bərabər tutulan ticarət nişanı [trademark, Tm] kimi qoruna bilər. Bundan başqa,
proseslər və biznesin aparılması üsulları patentlə qoruna bilər, bu da müəyyən
zaman müddətində ixtiraçıya proses, yaxud metod üzərində müstəsna hüquqlar
verir. 
Müəlliflik və patentlə bağlı qanunvericilikdə, ümumiyyətlə köçürmənin qada -
ğan olunmasına müəyyən istisnalar nəzərdə tutulur. Əgər müəyyən materiallar
üzə rində müəlliflik, yaxud patent hüququnun qorunması müddəti bitmişsə, onlar
ictimai mülkiyyət [public domain] hesab olunur və hər kəs onun üzünü köçürə,
ya xud istifadə edə bilər. Həmçinin, qanun böyük tədqiqat layihəsinin kiçik bir
hissəsindən sitat kimi istifadə etməyə imkan verir.    
İnternet resurslarına istinad. Hesabatlarda istifadə olunan İnternet
resurslarına istinad göstərilməlidir. Akademik mühitdə bu məqsədlə plagiat [pla-
giarism] terminindən istifadə olunur. Hesabatınıza daxil etdiyiniz və sizin oriji-
nal fikriniz olmayan istənilən informasiyaya xüsusi istinad verməlisiniz. Bu həm
də oxucuya əlavə axtarışlar aparmağa imkan verir. 
Elektron resurslara istinadlarla bağlı ümumi tövsiyələri  MLA Handbook for
Writers of Research Papers məlumat kitabında tapa bilərsiniz (MLA – Modern
Language Association, veb-ünvanı: www.mla.org). 
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
İnternet resurslarının qiymətləndirilməsi üçün meyarlara bunlar daxildir:
müəlliflik, məzmun, xarici görünüş, istifadənin asanlığı, tarix, müəlliflik
hüququ haqqında məlumat, obyektivlik və keyfiyyətə nəzarət.
İnternet nəşrləri və veb-sayt kontenti kitablar, qəzetlər, CD-lər, filmlər və
müəlliflik hüquqi ilə qorunan başqa məhsullar kimi, qanuni qorunma
hüququna malikdir. 
İnternetdən istifadə etdiyiniz istənilən informasiyaya istinadı göstərmək zə -
ru ridir. 
1. Elektron resursların qiymətləndirilməsi meyarlarını sadalayın.
2. Veb-saytın istifadə dərəcəsi necə müəyyən olunur?
3. Müəlliflik hüququ ilə qorunan resurslardan necə istifadə etmək olar?
4. Plagiatlıq nədir?
114


T   A   R   İ   X
______________________________
İlk sayt
Dünyada ilk veb-sayt 1991-ci il avqustun 6-da  tarixində meydana çıxdı.
Saytın yara dıcısı Tim Berners-Li orada verilənlərin ötürülməsinin HTTP pro-
tokoluna, URI ünvanlama sisteminə və HTML dilinə əsaslanan yeni WWW
texnologiyasının təsvirini elan (dərc) etdi. Saytda həmçinin veb-serverlərin və
veb-brauzerlərin quraşdırılma və işləmə prinsipləri verilmişdi. Sonradan Tim
Berners-Li bu saytda başqa saytlara çıxış üçün siyahı da yerləşdirdiyindən, o,
həm də dünyada ilk internet-kataloq oldu.   
Maraqlananlar dünyanın ilk veb-saytına aşağıdakı ünvanda baxa bilərlər:
http://www.w3.org/History/19921103-hypertext/hypertext/WWW/TheProject.html
İlk veb-saytın başlanğıc səhifəsi
115


Ö Z Ü N Ü   S I N A
______________________________
İş vәrәqәsindә sәrbәst yerinә yetirilir
Düzgün cavabları göstərin. 
1. __________  zamanı açarsözün başqa variantları da nəzərə alınır.
A. Frazaya görə  axtarış 
B. Morfoloji axtarış 
C. Əvəzləmə simvoluna görə axtarış
D. Konsepsiyaya görə axtarış
2. __________, açarsözləri tapmaq üçün İnternetdə dolaşan axtarış
sisteminin robotudur.
A. İndeks  
B. Brauzer  
C. Hörümçək  
D. “Ziyilli donuz” [Wart hog]
3. Ulduz (*) işarəsi axtarış zamanı __________ simvoludur.
A. əvəzləmə  
B. Bul  
C. riyazi  
D. meta
4. Məntiqi axtarış zamanı axtarış nəticələrini daraltmaq üçün
_________ məntiqi  operatorundan istifadə olunur.
A. OR
B. AND
C. NOT
D. +
5. Saytın bir yerindən başqa yerinə hərəkət etmək üçün __________
istifadə etmək olar.
A. ölü istinadlardan
B. naviqasiya düymələrindən
C. açarsözlərdən
D. istinadlardan
116


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə