-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

96
L A Y İ H Ə L Ə R
______________________________
T Ə N Q İ D İ   B A X I Ş
______________________________
Hər bir qeyri-adi hadisə kimi, insanın Aya ilk uçuşu da çoxsaylı əfsanələrə,
şayiələrə, uydurmalara səbəb olmuşdu. Onların bəzisi o qədər də diqqət
çəkməmişdir, məsələn, guya Armstronq Ayda yadplanetlilərin (başqa ver-
siyaya görə rusların) kosmik gəmisini görmüşdür. Lakin bir hadisə o qədər
müzakirə mövzusu olmuşdur ki, hətta ABŞ Dövlət Departamentinin mə sə -
ləyə müdaxilə etməsinə səbəb olmuşdur. Həmin hadisə haqqında İn ter -
netdən məlumat toplayın və birsəhifəlik hesabat hazırlayın.
BİRGƏ LAYİHƏ
Qrupda olan yoldaşınızla İnternetdə axtarış aparmaqla “Manhetten layi-
həsi” [“Manhattan Engineering District Project”] və sovet atom bom-
basının yaradılması layihəsi haqqında məlumat toplayın. Bu layihələr
haqqında ayrıca hesabatlar hazırlayın. Hesabatlara hər iki layihədə iştirak
etmiş dünya şöhrətli fiziklər barədə də məlumat daxil edin. 
LAYİHƏ 5-2
Müəyyən bir mövzu seçin, məsələn, “Yer kürəsində iqlim dəyişikliyi”.
Həmin mövzuda hazırlayacağınız layihənin informasiya modelini qurun.
Layihənin məqsədlər ağacını, layihənin son məhsulunu və onun struktu-
runu, görüləcək işlərin strukturunu və cavabdehlik matrisini müəyyən-
ləşdirin. 
LAYİHƏ 5-1
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında (www.edu.gov.az)
Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) ilə tanış olun. Həmin layihənin
mahiyyəti, mərhə 
lələri, alt-komponentləri, büdcəsi haqqında birsəhifəlik
hesabat hazırlayın.


6
Bu bölümün sonunda siz:
• Axtarış sisteminin məğzini açacaq və axtarış sisteminin necə işləməsini izah
edəcək;
• Müxtəlif axtarış üsullarını izah edəcək;
• Axtarış üçün faydalı olan bəzi ipuclarını və “fəndləri” izah edəcək;
• Sonradan lazım olan səhifəyə tez qayıtmaq üçün veb-saytı “Seçilmiş” kimi
qeyd edəcək;  
• Faylı veb-saytdan endirə biləcək;
• Elektron informasiyanın qiymətləndirilməsi meyarlarını biləcək;
• Müəlliflik hüququ qaydalarını anlayacaqsınız. 
M
Ə
Q
S
Ə
D
L
Ə
R
İ
NTERNETDƏ 
A
XTARIŞ 
AXTARIŞ SİSTEMLƏRİ
............................................................................................................
98
AXTARIŞ TEXNİKASI
.............................................................................................................
102
VEB-SAYTLARIN İŞARƏTLƏNMƏSİ VƏ ENDİRİLMƏSİ
......................................................
107
ELEKTRON RESURSLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
.........................................................
110
6.4.
6.3.
6.2.
6.1.


AXTARIŞ SİSTEMLƏRİ
İnternetdə istənilən mövzuda informasiya tapmaq mümkündür. Lakin
informasiya həddindən artıq çox olduğundan, lazım olan materialları oradan
tapmaq bəzən çox çətin olur. 
Bununla belə, yaşadığımız dövrdə informasiya gündən-günə daha sürətlə
artır. Hər hansı bir mövzu üzrə səmərəli axtarış aparmaq, həqiqətən də, çətin
məsələyə çevrilir. Həddindən artıq “xam” (emal olunmamış) verilənlərin içəri -
sində asanlıqla itib-batmaq olar. Ona görə də İnternetdə uğurlu axtarış aparmaq
üçün əlverişli vasitələrin olması çox vacibdir.
İnternetdə axtarış üçün başlıca alət ax tarış  sistemidir  [search engine].    Ax ta -
rış sistemləri av to mat laş dırılmış indeks lərdir, ona görə də bəzən ax ta rış nəti -
cəsində mətləbə aid olmayan infor masiyalar görə bilərsiniz. 
Məhz buna görə də eyni açarsözlərə görə
müxtəlif axtarış sistemlərində axtarış apa 
-
rıldıqda fərqli nəticələr alınır. 
Bu bölümdə axtarışı necə təkmil ləş dir mə yi,
gərəksiz  infor ma si yadan  tə mizlə məyi  öy rə -
nə cək siniz.
İnternetdə axtarış aparmaq nə üçün
lazımdır? Bu axtarış sizə necə yardım edə bilər? Məsələn,
• sizə vətənimizin tarixi haqqında təqdimat hazırlamaq üçün müəyyən faktlar
la zım dır. 
• yaxın adamınızın eşitmə qabiliyyəti zəifləyib və ona yardım etmək üçün
informasiya tapmaq lazımdır.
• yay tətilini Türkiyədə keçirməyi planlaşdırırsınız və oradakı ən yaxşı istira -
hət yerləri haqqında informasiya almaq istəyirsiniz.
Bu və digər misallardan da görə bilərsiniz ki, İnternetdə axtarış aparmanız
üçün yüzlərlə səbəb ola bilər.              
Axtarış sistemi müəyyən bir proqramdır. İnternetdə yüzlərlə axtarış sistemləri
vardır. Bu axtarış sistemlərinin işində kiçik fərqlər olsa da, onların əksəriyyətini
ümumi xüsusiyyətlər birləşdirir. Məsələn, bu sistemlərin hamısı axtarışı
açarsözlərə  görə həyata keçirir. Açarsözlərə görə axtarış üsulu həmişə ən
səmərəli olmasa da, o, daha çox istifadə olunan axtarış üsuludur.   
Bəzi sistemlərin konsepsiyaya əsaslanan axtarış [concept-based searching]
adla nan əlavə imkanları vardır. Axtarış sistemi sizin nəyi nəzərdə tutduğunuzu
Elə bir veb-alət yoxdur ki, bütün
Veb-i indeksləsin, yaxud nizam 
-
lasın. Hər bir axtarış sisteminin öz
verilənlər bazası var və o, axtarışı
həmin baza əsasında aparır. Bu
verilənlər bazası bütövlükdə Veb-
in özü deyil, axtarış nəticə 
sində
for ma laşmış  bazadır. 
6.1.
98


6.
İNTERNETDƏ 
AXTARIŞ 
99
müəy yən ləşdirməyə çalışır və daxil etdiyiniz açar söz lərlə əlaqəli olan saytları
tapır. Məsələn, əgər siz “video games” sözlərinə görə axtarış apa rırsınızsa, axtarış
sistemi “Nintendo” və “Playstation” sözlərinin olduğu saytları da tapa bilər.
Konsepsiyaya əsas 
lanan axtarışdan istifadə edən ən məşhur sistemlərdən biri
Excite axtarış sistemidir. 
Bəzi axtarış sistemlərinin dəstəklədiyi xüsusiy 
yətlərdən biri də morfoloji
axtarışdır  [stemming]. Siz hər hansı sözə görə axtarış aparırsınızsa, axtarış
sistemi həmin sözlə  eyniköklü digər sözləri də axtarışa qoşur. Məsələn, əgər
axtarış üçün “play” sözünü daxil edirsinizsə, siz həmçinin “plays”, “playing” 
“player” sözləri üçün də nəti cələri əldə edə bilərsiniz. 
Bəs, axtarış sistemi  necə işləyir? Bu suala cavab vermək üçün axtarış sis -
teminin üç əsas hissəsi ilə tanış olaq:
1. Axtarış sisteminin proqramı onun əsas hissəsidir. Bu proqram sistemin  ve -
ri lən lər bazasında saxlanılan mil yonlarla yazının arasında ax tarış aparır.
2. İkinci hissə hörümçək [spider], yaxud soxulcandır [crawler]. Axtarış sis -
teminin indeksləyici robotu olan  hörümçək İnternetdə açarsözlərə görə
axtarış aparır. O, tapdığı səhifələri axtarış sisteminə  verir. Onun hörümçək,
yaxud soxulcan adlandırılmasına səbəb, Veb-də aramsız “sürünməsi”, veb-
saytları yoxlaması və isti nadları tapması ilə bağlıdır. Yeni dəyişiklikləri
nəzərə almaq üçün hörümçək, yaxud so 
xulcan tez-tez əvvəllər baxmış
olduğu veb-saytlara yenidən “girə” bilər.
3. Axtarış sisteminin üçüncü hissəsi indeks, yaxud indeksləyicidir. Hörüm -
çək veb-səhifəni tapan kimi onu indeksə təqdim edir. Veb-səhifə
indeksləndikdən sonra o, bu axtarış sisteminin hər bir istifadəsi zamanı
“göz qabağında” olacaq.
Bəzi axtarış sistemləri bütün
sözləri, hətta “a”, “an” və “the” kimi
artiklları da indeksləyir. Bəziləri in 
-
deks ləmə üçün artikllar, “www”, “but”,
“or”, “nor”, “for”, “so”, yaxud “yet”
kimi  stop-sözləri  [stop words] nəzərə
almır. Axtarış sistemlərinin elələri var
ki, baş hərfləri nəzərə almadan bütün
sözləri indeksləyir. 
Bəzən siz minlərlə uyğun, yəni
verdiyiniz sorğu ilə üst-üstə düşən ca  -
vablar ala bilərsiniz. Əlbəttə, belə
• 
Bəzi axtarış sistem 
ləri, məsələn, Al -
taVista və Google axta rı şın  nəticələrini
başqa dillərə də tərcümə edir.  
• 
Müxtəlif axtarış sistemlərindən istifadə
etmək çox zaman faydalı olur. Bir
axtarış sisteminin Veb-dəki səhifələrin
hamısını indeksləməsi mümkün deyil.
Bundan əlavə, hər bir axtarış sisteminin
veb-saytları indeksləməsi üçün tərtib
edilmiş öz fərdi alqoritmi var. Ona görə
də müxtəlif sistemlər müxtəlif alqo 
-
ritmlərdən istifadə etdiklərindən axtarı -
şın nəticələri də fərqli ola bilər.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə