-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

T   A   R   İ   X
______________________________
Sketchpad – ilk interaktiv qrafik proqram
1951-ci ildə Massaçusets Texnologiya İnstitutunun mühəndisi Cey Forrester
[Jay Wright Forrester] “Whirlwind I” (“Qasırğa – 1”) adlı yeni kompyuteri
nümayiş etdirdi. Bu kompyuterin çıxış qurğusu görüntünü elektron-şüa borusu-
nun ekranında yaradırdı. Görüntü ayrı-ayrı işıqlı nöqtələrdən formalaşırdı.
Sonralar hava hücumundan müdafiə komplekslərinin idarə olunması zamanı
kompyuteri operativ idarə etmək üçün ilk interaktiv giriş qurğusu – işıq tapançası
işlənib hazırlandı. Beləliklə, informasiya texnologiyaları sahəsində yeni
istiqamətin – kompyuter qrafikasının əsası qoyuldu.
Bu istiqamətdə növbəti addım 1961-1962 ilində Ayven Sazerlend [Ivan
Sutherland] tərəfindən cizgilər çəkmək üçün Sketchpad (“Qeyd kitabçası”)
adlı ilk interaktiv proqramın yaradılması oldu. Bu proqramda ilk dəfə olaraq ayrı-
ayrı nöqtələrdən ibarət qrafik primitivlərin (parçaların və qövslərin) interaktiv
çəkilməsi gerçəkləşdirildi. Bunun üçün işıq qələm vasitəsilə ekranda lazım olan
koordinatlar göstərilirdi.   
79


Ö Z Ü N Ü   S I N A
______________________________
İş vәrәqәsindә sәrbәst yerinә yetirilir
Düzgün cavabları göstərin.
1. Qrafik redaktor alətləri vasitəsi ilə yaradılan sadə qrafik obyektlər
(düzbucaqlı, oval və s.) __________ adlanır.
A) alətlər   
B) piksellər   
C) həndəsi obyektlər  
D) primitivlər
2. Kompyuterin yaddaşında nöqtələr çoxluğu şəklində olan qrafikaya
__________ qrafikası deyilir.
A) rastr   
B) vektor   
C) üçölçülü   
D) fraktal
3. Kompyuterin yaddaşında obyektlərin riyazi təsviri şəklində verilən
qrafikaya __________ qrafikası deyilir.
A) fraktal  
B) üçölçülü  
C) rastr  
D) vektor
4. Rastr görüntüsünün keyfiyyəti __________ görə qiymətləndirilir.
A) piksellərin sayına  
B) bir düymdəki piksellərin sayına
C) görüntünün yaddaşda tutduğu yerin həcminə   
5. Vektor qrafikasında elementar obyekt  __________ .
A) nöqtədir  
B) pikseldir  
C) simvoldur  
D) primitivdir
80


6. Rastr qrafikasında elementar obyekt  __________ .
A) bir alətlə çəkilən obyektdir   
B) pikseldir  
C) simvoldur  
D) primitivdir
7. Verilmiş siyahıda hansılar qrafik fayl uzantısıdır?
1) .doc
2) .gif
3) .jpg
4) .exe
5) .bmp
6) .bak
A) 1, 2, 5  B) 2, 3, 4  C) 2, 3, 5    D) 3, 5, 6 
81


L A Y İ H Ə L Ə R
______________________________
T Ə N Q İ D İ   B A X I Ş
______________________________
BMP formatı görüntünü heç bir itki olmadan saxlayır. Lakin veb-sə hi -
fələrdə bu formatdan çox az hallarda istifadə olunur. Bunun başlıca səbəbi
və İnternetdə istifadə olunan qrafik fayl formatları, onların əsas xü su -
siyyətləri haqqında məlumat hazırlayın.
BİRGƏ LAYİHƏ
Qrupda olan yoldaşınızla fraktalların iki müxtəlif sahədə (məsələn, iqti-
sadiyyat, ədəbiy 
yat, radiotexnika, informatika) tətbiqi haqqında İn 
ter 
-
netdən məlumat toplayın. Hər bir tətbiq barədə yarım səhifəlik hesabat
yazın. 
LAYİHƏ 4-2
Lazer qrafikası, kompyuter tomoqrafiyası kompyuter qrafikasının tətbiq
sahələrindəndir. Bu mövzulardan birini seçib İnternetdən bu haqda
məlumat toplayın. Sonra topladığınız məlumatlar əsasında bir təqdimat
hazırlayın. 
LAYİHƏ 4-1
BMP formatında olan bir faylı qrafik redaktorda açın. Həmin faylı müx-
təlif fayl formatlarında – JPEG, TIFF, GIF formatlarında saxlayın. Alınmış
faylların ölçülərini müqayisə edin. Hər bir format haqqında (onların üstün-
lüklərini və çatışmazlıqlarını göstərməklə) məlumat hazırlayın. 
82


5
Bu bölümün sonunda siz:
•  Layihə anlayışını və onların təsnifatını biləcək;
• Layihənin hazırlanmasının əsas mərhələləri ilə tanış olacaq;
• Layihələrə müxtəlif misallar gətirməyi və onları müəyyən sinfə aid etməyi ba -
caracaq;
• Layihələrin hazırlanmasının əsas mərhələlərinin mahiyyətini izah edə bilə cək -
siniz.
M
Ə
Q
S
Ə
D
L
Ə
R
L
AYİHƏLƏRİN
H
AZIRLANMASININ
İ
NFORMASİYA
T
EXNOLOGİYASI
LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ ....................................................................................... 84
LAYİHƏNİN İNFORMASİYA MODELLƏRİ............................................................................... 89
5.2.
5.1.


LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ
Bu gün “alqoritm”, “sistem”, “informasiya texno logiyaları” və s. sözlərlə ya -
na şı, “layihə” sözü də həyatımızın əlamətlərindən birinə çevrilmişdir. Bu sözə qə -
zet və jurnallarda, radio və televiziya efirlərində tez-tez rast gəlinir. 
Məsələn, 
• Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri layihəsi 
• Təhlükəsiz şəhər layihəsi
• Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL)
Büdcə layihəsi 
ifadələrini, yəqin ki, tez-tez eşidirsiniz. 
Bəs “layihə” nə deməkdir?
Ən ümumi mənada layihə, müəyyən fəaliyyət nəticəsində maddi, yaxud intel -
lektual məhsul şəklində reallaşdırılan yeni ideyadır. Hər hansı məhsul yarat maq
üçün müəyyən işlər görmək lazımdır. Bunun üçün maddi, maliyyə və insan
resursları ilə təminata ehtiyac vardır. Onu da xüsusi qeyd etmək lazımdır ki, layi -
hənin uğurlu icrası üçün məqsədin aydın olması vacibdir.
Layihə [project], məhdud zaman çərçivəsində müxtəlif resurslardan istifadə
etməklə, məhsul və ya xidmət növü yaratmaq istiqamətində aparılan
məqsədyönlü fəaliyyətdir. 
5.1.
84


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə