-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Yuxarıda sadalanan nümunələrdən də göründüyü kimi, müxtəlif növ layihələr
var dır. Layihənin hansı növə aid edilməsi onların təsnifatından asılıdır. Belə təs -
nifat fəaliyyət sahəsi, layihənin müddəti, mürəkkəbliyi, miqyası və s. üzrə aparıla
bilər.   
Fəaliyyət sahəsinə görə layihələr təşkilatitexnikisosialiqtisadi və s. layi hə -
lə rə ayrılır (şəkil 5.1). Çox zaman layihə qarışıq tipli olur. Məsələn, ma gistral
yol ların tikintisi təkcə texniki layihə deyil, həm də iqtisadi layihədir, çünki re -
gion ların iqtisadi inkişaf problemlərini həll edir. Veriliş hazırlamaq üçün yeni te -
leviziya layihəsi məzmun baxımından sosial ola bilər, lakin o, həm də kanalın
iqtisadi problemlərini həll etdiyindən, eyni zamanda onu iqtisadi layihə də hesab
et mək  olar. 
Şəkil 5.1. Fəaliyyət sahəsinə görə layihələrin növləri
Həyata keçmə müddətinə görə layihələr qısamüddətli (1 ilədək), ortamüddətli
(1 ildən 2 ilədək) və uzunmüddətli (2 ildən artıq) ola bilər (şəkil 5.2). Məsələn,
Marsın tədqiqi ilə bağlı beynəlxalq layihə uzunmüddətlidir, o, on illərlə davam
edəcək.   
Şəkil 5.2. Müddətinə görə layihələrin növləri
Layihələri mürəkkəbliyinə və miqyasına görə sadəorta və mürəkkəb ol maq -
la bir-birindən fərqləndirirlər (şəkil 5.3). Məsələn, hər hansı yolun çəkilməsi la -
yihəsi mü rək kəb liyinə və miqyasına görə Marsın tədqiqi ilə bağlı beynəlxalq la -
yihə ilə mü qa yi sə oluna bilməz.
Şəkil 5.3. Mürəkkəbliyinə və miqyasına görə layihələrin növləri
Layihələr
Sadə
Orta
Mürəkkəb
Layihələr
Qısamüddətli
Ortamüddətli
Uzunmüddətli
Layihələr
Təşkilati
Sosial
Texniki
İqtisadi
Digər
85
5.
LAYİHƏLƏRİN HAZIRLANMASININ
İNFORMASİYA TEXNOLOGİYASI 


Layihənin hazırlanmasının əsas mərhələləri. Hər bir layihənin işlənib ha -
zır lan ması bir neçə mərhələdən keçir. 
Layihənin ideyası.  Yeni məhsulun hazırlanmasının ilkin mərhələsi uyğun
ideyanın yaranması və dərk edilməsidir. Layihənin uğurla həyata keçirilməsi
üçün  onun ideyası hərtərəfli düşünülməlidir. Layihənin ideyası istər bir insan,
istərsə də insanlar qrupu tərəfindən yaradıla bilər.  
Layihəni hazırlayarkən siyasi, iqtisadi, hüquqi, ekoloji  və digər amilləri nə -
zə  rə almaq lazımdır. Ona görə də layihənin hazırlanmasından əvvəl ilkin ide ya -
nın konkret mühitə nə qədər uyğun gəldiyini araşdırmaq vacibdir. Nəticə müsbət
olarsa, layihənin hazırlanmasına başlamaq olar. Bu yolda iki mühüm mərhələ var:
• fəaliyyətin planlaşdırılması;
• nəticələrə nəzarət və onların təhlili.
PlanlaşdırmaMürəkkəbliyindən asılı olmayaraq, istənilən işin icra planı qa -
baq cadan hazırlanarsa, həmin işi vaxtında və uğurla sona çatdırmaq olar. Bu
mərhələdə bütün işləri dərindən ölçüb-biçmək lazımdır: hansı işlər hansı ardıcıl-
lıqla yerinə yetiriləcək və bunun üçün hansı maliyyə, maddi və insan resursları
tələb olunacaq?
Planlaşdırma mərhələsində layihənin strukturunu da müəyyənləşdirmək
lazımdır: layihə hansı elementlərdən ibarətdir və onlar bir-biri ilə necə əlaqəlidir?  
Layihənin strukturu onu təşkil edən və bir-biri ilə əlaqədə olan informasiya
obyektlərinin toplusudur.
Deməli,  struktur informasiya modelidir, çünki o, xüsusi seçilmiş və sistem-
ləşdirilmiş informasiyanı əks etdirir. İnformasiyanın seçilməsi və təqdim olun-
ması qoyulmuş məqsədə uyğun olaraq həyata keçirilir. Layihəyə müxtəlif  cəhət -
lər dən baxmaqla müxtəlif informasiya modelləri (strukturlar) almaq olar. La  yi -
hənin strukturunda əks olunması vacib olan bəzi məqsədlərə baxaq.
1. Layihənin yerinə yetirilməsi nəticəsində onun başlıca məqsədinə – yeni
məh  sulun (məsələn, yeni kompyuter modelinin) yaradılmasına nail olunmalıdır.
Bu məqsədi həyata keçirmək üçün hansı aralıq məqsədlərə nail olunması bilin-
məlidir. Layihənin uyğun strukturunda bütün aşkarlanmış aralıq məqsədlər, on -
ların bir-biri ilə və həmçinin, başlıca məqsədlə əlaqələri əks olunmalıdır. Deməli,
belə informasiya modelinin yaradılmasında məqsəd layihənin  məq səd lərinin
strukturunu əks etdirməkdir.
2. Layihənin yerinə yetirilməsi nəticəsində hər hansı məhsul, yaxud xidmət
nö  vü yaradılmalıdır. Məsələn, kompyuterin yeni modeli, yeni texnologiya, təmir
olunmuş məktəb və s. uyğun layihələrin həyata keçirilməsi nəticəsində yaradılır.
Layihədə iştirak edən insanların fəaliyyətini düzgün təşkil etmək üçün bu layi-
86


5.
LAYİHƏLƏRİN HAZIRLANMASININ
İNFORMASİYA TEXNOLOGİYASI 
87
hənin yerinə yetirilməsi nəticəsində alınacaq məhsulun hansı hissələrdən ibarət
olduğunu müəyyən etmək lazımdır. Bu baxımdan layihənin strukturu həmin məh-
sulu təşkil edən elementlər haqqında informasiyanı dəqiq əks etdirməlidir. Mə sə -
lən, kompyuterin hansı bloklardan ibarət olduğunu, yeni texnologiyanın tərkibinə
nələrin daxil olduğunu, məktəbdə nələrin təmirə ehtiyacı olduğunu və s. yaxşı
təsəvvür etmək lazımdır. 
Deməli, belə informasiya modelinin yaradılmasında məqsəd məhsulun struk-
turunu əks etdirməkdir.
Onu da qeyd etmək vacibdir ki, layihənin strukturları layihənin müxtəlif
informasiya modelləridir. Strukturlar çox ola bilər və həmin strukturlarda layi-
hənin hansı cəhətini əks etdirmək istəyindən asılıdır. Layihənin strukturunu əyani
təqdim etmək üçün çox zaman qrafik görüntülərdən istifadə olunur. Əksər struk-
turları iyerarxik sxem, yaxud ağac şəklində göstərmək olar (şəkil 5.4). 
Layihənin iyerarxik strukturlarının yaradılması yuxarıdan aşağıya doğru
aparılır. Öncə hər hansı strukturun baş obyekti müəyyən olunur, sonra isə onu
təşkil edən obyektlərin aşkara çıxarılmasına başlanılır. Baş obyektin bu üsulla
tərkib hissələrinə bölünməsinə struktur dekompozisiyası deyilir. Aralıq məqsəd -
lərin və məhsulun tərkibinin aşkarlanması, layihədəki işlərin tərkibinin müəyyən
olunması, layihənin yerinə yetirilməsinə nəzarətin təşkili kimi  layihə strukturları
belə hazırlanır.  
Şəkil 5.4. İyerarxik strukturun ümumi görünüşü
İnformasiya modellərinin struktur şəklində hazırlanmasında əsas məqsəd la -
yi hənin uğurla nəticələnməsi üçün aşağıdakı suallara cavab tapmaqdır:
• Niyə? – layihənin məqsədi müəyyən olunur;
• Nə? – layihədə hazırlanan obyekt, məhsul, yaxud xidmət növü müəyyən
olu nur;


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə