-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

ÜÇÖLÇÜLÜ QRAFİKA
Kompyuter qrafikasında ən maraqlı və eyni zamanda mürəkkəb görüntü növ -
lə rindən  biri  üçölçülü görüntü və ya üçölçülü qrafikadır (3D-qrafika). Qeyd
etmək lazımdır ki, üçölçülü qrafikanın vektor qrafikası ilə bir çox oxşar cəhətləri
var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir
obyekti ayrı-ayrılıqda dəyişmək olar. Üçölçülü qrafikadan interyer dizaynında,
memarlıq obyektlərinin, reklam-
ların, öyrədici kompyuter proq 
-
ram la rının,  kompyuter  oyunla rı -
nın, video-çarxların, maşınqayır-
mada detalların və mə mulatların
əyani təsvirinin hazırlanmasında
və s. sahələrdə istifadə olunur.       
3D kompyuter qrafikasının ya -
radılması prosesini üç əsas mər 
-
hələyə ayırmaq olar: 
•  3D-modelləşdirmə  [3D mo -
de ling] adlandırılan birinci
mərhələdə obyektin modeli
– forması yaradılır; 
•  tərtibat və animasiya [lay-
out and animation] adlan 
-
dırılan ikinci mərhələdə ob -
yekt lərin hərəkəti və bir-bi -
rinə nəzərən yerləşməsi təs -
vir olunur; 
• və nəhayət, renderinq  [ren-
dering] adlandırılan üçüncü
mərhələdə obyektin yekun
obrazı yaradılır.
3D-modelləşdirmə.  3D-mo -
delləşdirmə  obyektlərin üçölçülü
formasının, ya xud karkasının [wire
frame] yaradılmasını nəzərdə tutur. Bunu müxtəlif üsul larla etmək olar: üçölçülü
modelləşdirmə proqramları vasitəsi ilə real obyektin forma sını ska nerdən keçirib
kompyuterə daxil etməklə; alqoritmlər toplusundan istifadə etməklə prosedur
modelləşdirmə yolu ilə; yaxud fiziki və ya dinamik simul ya siya vasi tə si ilə.   
4.7.
74
Şəkil 4.17. Real obyekt (A) və onun 3D-modelləşdirməsi (B).
A
B


Tərtibat və animasiya. Bu mərhələ obyektlərin bir-birinə nəzərən yerləş -
diril məsini nəzərdə tutur. Burada obyektlərin yeri və ölçüləri müəyyən olunur. 
Renderinq. Həndəsi modellərdən ibarət görüntüyə reallıq vermək üçün işıq
və kölgədən istifadə olunur. Bu üsulla görüntünün yaradılmasına renderinq [ren-
dering] deyilir. Qrafik proqramlarda işıq mənbəyinin yerini obyektə nəzərən
təsvir etmək, görüntünün işıqlanmış və kölgələnmiş sahələrini hesablamaq üçün
riyazi düsturlardan istifadə olunur.  
Üçölçülü qrafika yaratmaq, yəni virtual reallıq obyektlərini modelləşdirmək və
bu modellər əsasında görüntülər yaratmaq üçün cürbəcür proqramlar mövcuddur.
Son illər bu sahədə Autodesk 3ds MaxMayaNewtek LightwaveSoftImage
XSI kimi kommersiya məhsulları liderlik etsə də, bu sıraya Rhinoceros 3D,
Cinema 4DZBrush kimi yeni proqramlar da qoşulmuşdur. Bundan başqa, sər-
bəst yayılan açıq proqram məhsulları da vardır: məsələn, Blender,  K-3D,
Wings3D.
Qrafik görüntülərlə işləmək üçün sərbəst yayılan OpenOffice.org paketinə
daxil olan OpenOffice.org Draw proqramı ilə artıq tanışsınız. Ötən dərslərin
birində bu proqramın köməyi ilə vektor görüntülərlə iş vərdişlərinə yiyələn-
misiniz. proqramı 3D-qrafika ilə işləmək üçün də geniş imkanlara malikdir. 
Ç A L I Ş M A   4.2.
1. 
OpenOffice.org Draw proqramını başladın.
Proqramın pəncərəsi açılacaq
(bax şəkil 4.6).
2. 
File
New
Drawing menyu komandasını seçin. 
Boş rəsm sahəsi açıla-
caq.
3. 
3D-Objects alətlər panelini aktivləşdirin. 
Bunun üçün View
Toolbars
3D-Ob jects menyu komandasını seçin
(şəkil 4.19).
Şəkil 4.18. Xanım böcə yinin üçölçülü modeli
4.
KOMPYUTER 
QRAFİKASI 
75


4.
Ardıcıl olaraq Kub (Cube), Kürə (Sphere), Silindr (Cylinder), Konus (Cone),
Piramida (Pyramid), Tor (Torus) çə kin.
5. 
Rəsm sahəsində kürəni seçin və si ça nın sağ düyməsini çıqqıldadın. Açılan
menyudan 3D Effects bəndini se çin.
Uyğun dialoq boksu açılacaq.
6.
İşıqlandırma (Illumination)  düy  mə   si ni  çıqqıldadın.  İşıq  mənbəyini  (Light
source) və ətraf işığı (Am bient light) seçin (şəkil 4.20). 
Şəkil 4.20. 3D-Effektlər – İşıqlandırma
Şəkil 4.19. 3D-Objects alətlər paneli 
76


Dialoq  boksunun  aşa ğısındakı  pəncərədə  si ça nın,  yaxud  fır lat ma  zo laq la rı -
nın köməyi ilə işıq mənbəyinin yerini də yiş məklə üç öl çülü cismin işıqlan-
masının necə də yiş məsini izləyin.
Seçilmiş xassə lə rin mənimsədilməsi üçün Assign (Mə nim sət mə)
düy -
mə sini  çıqqılda dın. 
7. 
Material düyməsini çıqqıldadın. Ma terialın növünü (Fa vorites), obyektin
rən gini və işıqlandırma rəngini se çin (şəkil 4.21). Parıltı nöqtəsi üçün rəngi
və intensiv li yi seçin. Göstərilən parametrlərin obyektə təsirinin nə ti cəsini
izlə yin.  Assign düy mə  sini  çıq qıldadın.   
8.
Yaradılmış vektor rəsmini sax la maq üçün File
Save As menyu  ko man -
dasını seçin. Açılan uyğun dialoq bok sunda faylın tipini ODF Drawing
göstərin və fayla 3D.odg adını verin.
9.
OpenOffice.org Draw proqramını qa  padın.
Şəkil 4.21. 3D-Effektlər – Material
4.
KOMPYUTER 
QRAFİKASI 
77


B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Üçölçülü qrafikadan interyer dizaynında, memarlıq obyektlərinin, reklam-
ların, öyrədici kompyuter proqramlarının, kompyuter oyunlarının, video-
çarxların, maşınqayırmada de 
tal 
ların və məmulatların əyani təsvirinin
hazırlanmasında və s. sahələrdə istifadə olunur.
Üçölçülü kompyuter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə
ayırmaq olar: 3D-modelləşdirmə,  tərtibat və animasiya, renderinq.
3D-modelləşdirmə mərhələsində obyektin forması yaradılır.
Tərtibat və animasiya mərhələsində obyektlərin hərəkəti və yerləşməsi təsvir olunur. 
Renderinq mərhələsində obyektin yekun obrazı yaradılır.
1. Üçölçülü kompyuter qrafikasının yaradılması prosesi hansı mərhələlərdən iba rət -
dir?
2. Hər bir mərhələnin mahiyyətini izah edin. 
3. Renderinq nədir?
78


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə