-fesil-1: Info11-(1). qxd


B u   d ə r s d ə   ö y r ə n d i n i z



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   26   27   28   29   30   31   32   33   34

B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Fraza üzrə axtarış aparmaq üçün sözləri dırnaq işarəsi arasına almaq la zım -
dır.
Axtarışa sözlər əlavə etmək və çıxartmaq üçün plyus və minus işarələrindən
istifadə edilir.
Məntiqi axtarışda üç Bul operatorundan istifadə olunur: OR, AND və NOT.
Axtarış sistemlərinin bir çoxu ətraflı axtarış təklif edir ki, bu da axtarış
nəticələrini xü susi meyar üzrə süzgəcdən keçirməyə imkan verir.
Əvəzləməklə axtarış zamanı ulduz (*) simvolundan istifadə olunur.
Bəzi axtarış sistemləri başlığa görə axtarışı dəstəkləyir.
Əlaqəli axtarış sistem tərəfindən qabaqcadan proqramlaşdırılmış sorğudur.  
1. Axtarışın “Savalan dağı”, yaxud Savalan dağı üzrə aparılmasının fərqi varmı?
2. Riyazi əməllərdən (daxiletmə və çıxartma operatorlarından) istifadə etməklə
fizik olmayan Nobel mükafatçıları haqqında informasiyanın olduğu veb-saytları
axtarmaq üçün sorğu yazın.
3. Məntiqi axtarışda istifadə olunan Bul operatorları hansılardır?  
4. Axtarış zamanı hansı halda əvəzləmə simvolundan istifadə olunur?
Şəkil 6.5. Google-da “Oxşar səhifələr” hiperistinadları
Əlaqəli axtarış
üçün hiperistinad
106


VEB-SAYTLARIN İŞARƏTLƏNMƏSİ VƏ ENDİRİLMƏSİ
Veb-in təklif etdiyi saysız-hesabsız resurslar içə ri sin də elələri olacaq ki, siz
həmin resurslara tez-tez qayıtmaq istə yə cək si niz. Belə saytları bir çıqqıltı ilə
işarətləmək  [bookmark], yaxud on ları Favorites (Seçilmişlər) və ya Bookmark
siyahısına əlavə etmək sadə bir işdir. Inter net Explo rer brauzerində saxlanmış
veb-saytlara müraciət etmək üçün Favorites siyahısından istifadə olunur.
Internet Explorer brauzerində saytı seçilmişlər siya hısına artır maq üçün:
1. Siyahıya əlavə etmək istədiyiniz sayta keçin.
2.  Favorites menyusunda  Add to Favorites bəndini seçib, Ok düyməsini
çıqqıldadın.
3. Seçdirilmiş səhifələrdən hər hansı birinə təzədən baş çəkmək üçün Fa vo  -
rites düyməsini çıqqıldadın və açılan siyahıdan istədiyiniz istinadı seçin.
Seçilmişlər siyahısı getdikcə arta bildiyindən qovluqlar yarat maq  la onları
nizamlaya bilərsiniz. Məsələn, onları mövzular üzrə çeşid ləyə bi lərsiniz.    
Ç A L I Ş M A 6.3
1.
Brauzerin naviqasiya alətləri vasitəsi ilə əvvəllər istifadə etdiyiniz
ax tarış sistemlərindən birini açın. Axtarış sisteminin başlanğıc səhi fə -
sini Seçilmişlər siyahısına əlavə edin:  
a. 
Əks olunan səhifənin axtarış sisteminin başlanğıc səhifəsi olmasına
əmin olun.
b. 
Favorites menyusundan Add to Favorites bəndini seçin və sonra
Add Favorites boksundakı OK düyməsini çıqqıldadın.   
2.
Yenidən Favorites menyusunu açın. 
Menyunun aşağısındakı siyahı-
da axtarış sisteminin adını görəcəksiniz.
3.
Favorites siyahısında Search Engines (Axtarış sistemləri) adlı qov -
luq yaratmaq üçün siyahının yuxarısında Organize Favorites düy -
məsini çıqqıldadın və açılan Organize Favorites dialoq boksunda
Create Folder düyməsini çıqqıldadın.
4.
Yeni qovluğa Search Engines adını verin və sonra dialoq boksunun
sağ hissəsindəki mətn boksunda seçılmışlər siyahısında axtarış sis-
teminin adını çıqqıldadın.  
5.
Dialoq boksunda Move to Folder düyməsini çıqqıldadın və sonra
Browse for Folder dialoq boksunda Search Engines qovluğunu se -
çin. OK düyməsini çıqqıldatmaqla axtarış sisteminin işarəsini Search
Engines qovluğuna keçirin.
6.
Organize Favorites dialoq boksunu qapatmaq üçün Close düyməsi-
ni çıqqıldadın.
6.3.
107
6.
İNTERNETDƏ 
AXTARIŞ 


7.
Başlanğıc səhifənizə qayıtmaq üçün brauzerin alətlər zolağındakı
Home 
düyməsini çıqqıldadın.
8.
Favorites menyusunda  Search Engines qovluğunu seçin və orada
saxladığınız axtarış sisteminin veb-səhifəsi üçün istinadı çıqqıldadın.
Növbəti çalışma üçün bu ekranda qalın.
Veb-səhifədən tez-tez faylı endirmək [download] la zım gəlir. Unutmaq olmaz
ki, faylları yalnız etibarlı mənbələrdən endirmək lazımdır. Veb-də çoxlu sayda
ödənişsiz, yaxud şərti-ödənişli kompyuter proqramları və oyunlar təklif edən
saytlar da vardır. 
Belə saytlardan cüzi məbləğə, yaxud ödənişsiz tam yararlı proqramlar en dir -
mək olar. Saytların əksəriyyəti faylları endirmək üçün sadə interfeys təklif edir
ki, bu da endirmə prosesini asanlaşdırır.     
Ç A L I Ş M A 6.4
1.
Brauzerinizdə əks olunan axtarış sisteminin axtarış sahəsinə Micro soft
Clip Art daxil edin.
2.
Axtarış nəticələri siyahısındakı istinadlardan biri Clip Art – Free
Images, Photos, and Sounds – Microsoft Office Online olacaq. İsti -
na dı çıqqıldatsanız, aşağıdakı şəkildəki kimi səhifə açılacaq (şəkil 6.6). 
Şəkil 6.6. Microsoft Office Clip Art and Media başlanğıc səhifəsi
108


3. 
Search düyməsinin solundakı mətn boksuna computer sözünü daxil edin,
sonra  Search düyməsinin sağındakı aşağıya oxu çıqqıldadın və aşağı
düşən menyudan Clip art variantını seçin.
4. 
Kompyuterlərlə bağlı çoxlu sayda şəkil çıxacaq. Bəyəndiyiniz bir şəklin
altındakı yoxlama boksunu qeyd edin.
5.
Veb-səhifənin solundakı paneldə Selection Basket bölümünün aşağısın-
dakı  Download 1 item istinadını çıqqıldadın. Endirilən fayllar My
Pictures\Microsoft Clip Organizer qovluğunda toplanacaq.
6. 
Endirmə ilə bağlı təlimata uyğun hərəkət edin. Download Now düyməsini
çıqqıldadın və əgər ehtiyac varsa, Open variantını seçin. 
7.
Faylın endirilməsi başa çatan kimi şəkil Microsoft Clip Organizer pəncə -
rə sində görünəcək. Pəncərəni qapatmaq üçün Close düyməsini çıqqıldadın.
8.
Word – mətn prosessorunda yeni sənəd yaradın.
9. 
Insert menyusunda  Picture bəndini seçin və sonra altmenyudan Clip Art
variantını seçməklə Clip Art panelini açın.
10.
Search for mətn boksunda computer yazın və Search in mətn boksun-
da All collections variatının seçilməsinə əmin olun. Sonra Go düyməsini
çıqqıldadın (şəkil 6.7). 
Şəkil 6.7. Microsoft Clip Organizer pəncərəsi
109
6.
İNTERNETDƏ 
AXTARIŞ 


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə