-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

91
Qeyd etmək lazımdır ki, iyerarxik strukturun hər bir budağındakı səviyyələrin
sayı fərqli ola bilər. Ona görə də sadə işlərin özləri müxtəlif səviyyələrdə ola
bilər. İşləri aşağıdakı şəkildə göstərilən kimi kodlaşdırmaq lazımdır (şəkil 5.7).
Şəkil 5.7. İşlərin bölünməsi strukturunun ümumi görünüşü
Nəzərə almaq lazımdır ki, mürəkkəb olmayan layihələrdə çox zaman məq səd -
lər ağacı işlərin bölünməsi strukturu ilə üst-üstə düşə bilər.
İşlərin bölünməsi strukturu layihənin səviyyələr üzrə xırdalanmış işləri əks
etdirən informasiya modelidir. İşlərin bölünməsi strukturuna məktəbin təmiri la -
yihəsi nümunəsində baxaq. Bu layihədə məqsədlərin və alt məqsədlərin adları
işlərin adları ilə üst-üstə düşür. 0-cı səviyyədə layihənin adı, yəni “məktəbin
təmiri” göstərilməlidir. 1-ci səviyyədə aşağıdakı dörd kompleks işlər (1-ci
səviyyəli alt məqsədlərə uyğun olaraq) yerləşəcək: 
1. Hazırlıq işləri (1.0);
2. Kabinetlərin kosmetik təmirinin aparılması (2.0);
3. Dəhlizlərdə rəngsaz işlərinin yerinə yetirilməsi (3.0);
4. Yeməkxana avadanlıqlarının qismən əvəzlənməsi (4.0).
1.1
1.s
3.1
3.k
1.0
2.0
3.0
N.0
5.
LAYİHƏLƏRİN HAZIRLANMASININ
İNFORMASİYA TEXNOLOGİYASI 


92
1-ci səviyyədəki kompleks işləri detallaşdırmaqla 2-ci səviyyəli işləri müəy -
yənləşdirək:
1. Hazırlıq işlərinin aparılması:
• otaqlardan mebellərin çıxarılması (1.1);
• divarlardan əyani vəsaitlərin, şəkillərin, güllərin yığışdırılması (1.2); 
• pərdə və karnizlərin çıxarılması (1.3).
2. Kabinetlərin kosmetik təmirinin aparılması:
• divarların işlənməsi (2.1);
• tavanların ağardılması (2.2);
• divar kağızlarının yapışdırılması (2.3);
• pəncərə çərçivələrinin rənglənməsi (2.4). 
3. Dəhlizlərdə rəngsaz işlərinin yerinə yetirilməsi:
• köhnə boya qatının təmizlənməsi (3.1);
• suvaq vurulması (3.2);
• astar çəkilməsi (3.3);
• divarların rənglənməsi (3.4).
4. Yeməkxana avadanlıqlarının qismən əvəzlənməsi:
• köhnə avadanlıqların sökülməsi (4.1);
• kabellərin çəkilməsi (4.2);
• yeni avadanlıqların quraşdırılması (4.3);
• yeni avadanlıqların işləməsinin yoxlanılması (4.4).


Cavabdehlik matrisi. Layihənin cavabdehlik matrisi layihənin məqsədinə
nail olunmasında hər bir iştirakçının rolunu başa düşmək üçün zəruridir. Bu mo -
del işlərin bölünməsi strukturu əsasında cədvəl şəklində qurulur (şəkil 5.8). 
Cəd vəlin sol sütununda işlərin bölünməsi strukturundakı işlərin adları, yaxud
kod  ları sadalanıb, yuxarı sətirdə isə icraçı və iştirakçıların adları göstərilib. Sətir
və sü tun ların kəsişməsində iştirakçıların cavabdehlik dərəcəsi göstərilir. Bunun
üçün layihəni hazırlayan qabaqcadan şərti işarələri müəyyən edir.
Cavabdehlik matrisi layihənin hər bir iştirakçısının müəyyən işlərə cavab-
dehlik dərəcəsini cədvəl şəklində əks etdirən informasiya modelidir.
Şərti işarələr: 
Şəkil 5.8. Cavabdehlik matrisi
Mürəkkəb layihələrdə işin hər bir səviyyəsi üçün cavabdehlik matrisləri
hazırlanır. Məktəbin təmiri kimi sadə layihələrdə detallaşdırma dərəcəsi ən yük-
sək olmalıdır, yəni hər bir konkret iş və onun icraçıları müəyyən olunmalıdır.     
+
işlərin yerinə yetirilməsinə tam cavabdehlik
+/–
işdə iştirak

işin nəticələrinin müzakirəsində iştirak
boş dama
işdə iştirak etmir
İştirakçılar
İşlər
A
B
A1
A2
A3
B1
B2
B3
B11
B12
1.0
1.1
+

+/–
1.2

+/–
+
2.0
2.1

+
+/–
+/–
2.2
+/–

+
3.0
+/–
+


93
5.
LAYİHƏLƏRİN HAZIRLANMASININ
İNFORMASİYA TEXNOLOGİYASI 


94
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Məqsədlər ağacı baş məqsədin alt məqsədlərə necə ayrıldığını göstərən sxem -
dir.
Məhsulun strukturu yaradılan obyektin strukturunu əks etdirən sxem şəkilli
in formasiya  modelidir. 
İşlərin bölünməsi strukturu layihənin səviyyələr üzrə detallaşdırılmış işlər
kompleksini əks etdirən informasiya modelidir.
Cavabdehlik matrisi layihənin hər bir iştirakçısının müəyyən işlərə cavab-
dehlik dərəcəsini cədvəl şəklində əks etdirən informasiya modelidir.
1. İyerarxik struktur nədir və o necə göstərilir?
2. Məqsədlər ağacı nə üçün hazırlanır?
3. Məhsulun strukturu nə üçün hazırlanır? 
4. İşlərin bölünməsi strukturu nəyi müəyyənləşdirir?
5. Cavabdehlik matrisi hansı məqsədlə hazırlanır?


95
T   A   R   İ   X
______________________________
“Apollon” layihəsi
NASA-nın (National Aeronautics and Space Administration – Milli Aero nav -
tika və Kosmik İdarəetmə) bu proqramı insanın Aya uçuşu məqsədini daşıyırdı. 
Prezident Con F. Kennedi tərəfindən 1961-ci ildə qarşıya qoyulmuş məsələ,
1969-cu il iyulun 20-də “Apollon-11” missiyasının gedişində Neyl Armstronq
və Bazz Oldrin tərəfindən yerinə yetirildi. 
Bu proqram çərçivəsində həyata keçirilmiş daha beş layihə uğurla nəticələn-
mişdir. İnsanın Aya sonuncu enişi 1972-ci ildə gerçəkləşdirilmişdir. “Apollon”
proq ramı üzrə həyata keçirilmiş bu altı uçuş bəşəriyyət tarixində insanların başqa
astronomik obyektlərə yeganə enişi olmuşdur. 
Proqramın gedişində iki böyük qəza baş vermişdir. İlk qəza yerüstü sınaqlar
zamanı start kompleksində yanğın olmuşdur (yanğından sonra yanmış gəmiyə
“Apollon-1” adı verilmişdir). Nəticədə üç astronavt həlak olmuşdur. İkinci qəza
“Apollon-13” gəmisinin uçuşu zamanı baş vermişdir. Oksigen balonu partlamış
və yanacaq elementlərinin üç batareyasından ikisi sıradan çıxmışdır. Nəticədə
Aya eniş baş tutmamış, astronavtlar isə möcüzə nəticəsində xilas olmuşlar.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə