-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

88
• Kim? – layihənin iştirakçıları və onların vəzifələri müəyyən olunur;
• Necə və nə vaxt? – layihə üzrə işlər və icra müddəti müəyyən olunur;
• Necə nəzarət etməli? – işlərin yerinə yetirilməsinə nəzarət üsulları müəyyən
olunur.  
Nəzərə almaq lazımdır ki, layihənin strukturunun yaradılması iterasiyalı (latın
dilindən tərcümədə “iteratio” – “təkrar” deməkdir) prosesdir. Öncə təqribi struk-
turlar hazırlanır. Sonra layihənin məqsədləri və vəzifələri dəqiqləşdikcə bu struk-
turlar tədricən korrektə olunur. Hətta layihənin başlanması haqqında qərar qəbul
edildikdən sonra da yaranan vəziyyətdən asılı olaraq istənilən strukturun cari
düzəlişləri mümkündür. Beləliklə, layihənin icrasının gedişində struktur sxemlər
dəfələrlə dəyişdirilə və təkmilləşdirilə bilər. 
Nəzarət və təhlil. Bu mərhələnin başlıca məqsədi layihənin fəaliyyət planının
yerinə yetirilməsini təmin etməkdir. Layihənin icrasına nəzarət etmək üçün hər
hansı mərhələdə alınmış nəticələr planda nəzərdə tutulmuş nəticələrlə müqayi sə
olunur. Əgər müqayisə nəticəsində fərqlər aşkarlanarsa, onların aradan qal 
-
dırılması üçün tədbirlər planı hazırlanır. Məsələn, belə tədbirlər kimi əlavə
resurs ların cəlb olunması, yaxud bəzi işlərin yekunlaşma tarixlərində dəyişiklik-
lər edilməsi təklif oluna bilər.      
Layihəyə nəzarət mütəmadi olaraq vaxtaşırı həyata keçirilməlidir. Faktiki və
plan göstəriciləri arasındakı fərqlərin vaxtında aradan qaldırılması çox vacibdir.
İşin yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət edilməsi onun başaçatma müd-
dətini daha dəqiq proqnozlaşdırmağa imkan verir. 
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Layihə, məhdud zaman və resurs çərçivəsində məhsul, yaxud xidmət növü
yaratmaq üçün məqsədyönlü fəaliyyətdir.
Fəaliyyət sahəsinə görə layihələr təşkilati, texniki, sosial, iqtisadi və s. növ -
lə rə ayrılır. Çox zaman layihə qarışıq tipli olur.
Reallaşdırma müddətinə görə layihələr qısamüddətli (1 ilədək), ortamüddətli
(1 ildən 2 ilə dəkvə uzunmüddətli (2 ildən artıqola bilər.
Mürəkkəbliyinə və miqyasına görə sadə, orta və mürəkkəb layihələri bir-
birindən fərqlən dirirlər.
Hər bir layihənin işlənib hazırlanması bir neçə mərhələdən keçir: layihənin
ideyası, fəaliy yətin planlaşdırılması, nəticələrə nəzarət və onların təhlili.
Layihənin strukturu onu təşkil edən və bir-biri ilə əlaqədə olan informasiya
obyektlərinin toplusudur.


89
1. Layihə nə deməkdir?
2. Respublikamızda həyata keçirilmiş bir neçə məşhur layihənin adını çəkin.
3. Hansı növ layihələri bilirsiniz?
4. Layihənin hazırlanmasının əsas mərhələlərini sadalayın.
LAYİHƏNİN İNFORMASİYA MODELLƏRİ
Layihə məqsədyönlü bir fəaliyyətdir. “Niyə?” sualı layihənin hazırlanmasın-
da ən başlıca suallardan biridir. Məqsəd o qədər dəqiq ifadə olunmalıdır ki, onun
icrasını yoxlamaq mümkün olsun. Adətən, məqsədə çatmaq üçün çoxsaylı lokal
məqsədlərin (alt məqsədlərin) icrası tələb olunur. Bir baş məqsədə bir neçə lokal
məqsədlər toplusu uyğun gələ bilər. 
Layihənin məqsədlərinin strukturunu məqsədlər  ağa  cı adlandırırlar (şəkil
5.5).  Məqsədlər ağacı baş məq sədin alt məqsədlərə necə ayrıldığını göstərən
sxemdir. Məqsədlər ağacı iyerarxik struktura malikdir. Ağacın hər blokunda lokal
məq sədin adı yazılır. 
Şəkil 5.5. Məqsədlər ağacı
Mürəkkəb olmayan layihələrdə birinci, az-az hallarda isə ikinci səviyyəli alt
məqsədlərlə kifayətlənirlər. Nümunə olaraq yay tətili zamanı məktəbin təmiri
layi həsinə baxaq.  Məktəbin təmirinin sadə bir iş deyil, əsil layihə olduğunu hər
bir məktəb direktoru bilir. Təmirin aparılması üçün dəyəri göstərilməklə
görüləcək işlərin tam siyahısı (smeta) tərtib olunmalıdır, təmir-tikinti təşkilatları
ilə müqavi lələr bağlanmalıdır, material və alətlər alınmalıdır.
5.2.
5.
LAYİHƏLƏRİN HAZIRLANMASININ
İNFORMASİYA TEXNOLOGİYASI 


Tutaq ki, yay tətili müddətində (iyulun 1-dən avqustun 15-dək) məktəbi kos-
metik təmir etmək lazımdır və bunun üçün ayrılan maliyyə vəsaiti məhduddur.
Baş məqsədin dəqiqləşdirilməsi 1-ci səviyyəli alt məqsədlərin ayrılması yolu ilə
baş verəcək. 
Bu halda 1-ci səviyyəli alt məqsədlər bunlar olacaq: hazırlıq işlərinin aparıl-
ması, kabinetlərin kosmetik təmiri, dəhlizlərdə rəngləmə işlərinin yerinə yeti -
rilməsi, yeməkxanadakı avadanlıqların (soyuducuların, qabyuyan texnikanın)
qismən dəyişdirilməsi.  
Məhsulun strukturu. Layihənin icrasının nəticəsi olaraq yeni obyekt – məh-
sul, yaxud xidmət növü yaranmalıdır. Bu məhsul mürəkkəb struktura malik ola
bilər, yəni o, daha sadə məhsul və xidmət növlərindən ibarət ola bilər. Məqsədə
çatmaq üçün görüləsi işləri müəyyənləşdirməyə başlamazdan öncə layihənin
sonunda  nə almaq istədiyimizi dəqiq təsəvvür etməliyik. Bunun üçün məhsulun
iyerarxik strukturu qurulur (şəkil 5.6). 
Məhsulun strukturu yaradılan obyektin strukturunu əks etdirən sxem şək-
lində olan informasiya modelidir. 
Bir daha yuxarıda baxdığımız misala qayıdaq. Bu layihənin “məhsulu” təmir
olunmuş məktəbdir və o, 0-cı səviyyədə əks olunub. Birinci səviyyədə “təmir
olunmuş məktəb” dedikdə ona nələrin daxil olduğunu göstərmək lazımdır: təmir
olunmuş otaqlar, rənglənmiş dəhlizlər, avadanlıqları təzələnmiş yemək 
xana.
Məhz hansı fənn kabinetlərinin təmir olunacağı isə məhsulun strukturunda 2-ci
səviy yədə  gös tərilir: riyaziyyat, biologiya, ingilis dili kabinetləri. 
Şəkil 5.6. Məhsulun strukturunun ümumi görünüşü
İşlərin bölünməsinin strukturu. Layihənin məqsədini və strukturunu
müəyyənləşdirdikdən sonra işlərin bölünməsi strukturunun yaradılmasına başla-
maq lazımdır. Bu da iyerarxik strukturdur. 
Ən yuxarı səviyyədə layihənin adı yazılır. Sonrakı səviyyələrdə isə işlərin
adları göstərilir. Strukturun ən aşağı səviyyəsi yerlərdə işçilərin yerinə yetirdik-
ləri konkret işlərin adlarından ibarət olur. 
90


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə