-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

dirmək olar. Çevirmə əməliyyatlarına böyüdüb-kiçiltmək, döndərmək, güzgü
əksi kimi əməliyyatlar aiddir. Rəngin korrektə olunması, adətən, xüsusi proqram
süzgəcləri vasitəsilə yerinə yetirilir.
Rastr görüntülərin texniki redaktəsində məqsəd görüntünün keyfiyyətini yük-
səltməkdir. Görüntünün parlaqlığını və kontrastlığını idarə etməklə onun də qiq -
liyinə nail olmaq olar.
Rastr görüntülərlə işləmək üçün sərbəst yayılan proqramlar mövcuddur. Belə
proqramlardan biri StarOffice paketinə daxil olan StarOffice Image proqramıdır. 
B u   d ə r s d ə   ö y r ə n d i n i z :  
Windows əməliyyat sistemində rastr görüntüləri saxlamaq üçün əsas format
Windows Bitmap formatıdır.
İnternetdə əsasən GIF və JPEG formatlarından istifadə olunur.
Rastr görüntülərlə işləmək üçün Microsoft Paint, Corel Painter kimi sadə
proq ramlarla yanaşı, Adobe PhotoShop, Corel PHOTO-PAINT kimi profes-
sional proqramlar da vardır.
Qrafik redaktorlarda şəkil çəkmək üçün düz xətt, düzbucaqlı, oval (ellips)
kimi qrafik primitivlərdən istifadə olunur. 
Rastr qrafik redaktorda əməliyyatların özəlliyi ondadır ki, həndəsi fiqurlar
yalnız çə kildikləri anda mövcud olur; sonra onlar, sadəcə, rəngli nöqtələr
yığınına çevrilir.
Görüntünün parlaqlığını və kontrastlığını idarə etməklə onun dəqiqliyinə nail
olmaq olar.
1. Rastr görüntüləri saxlamaq üçün əsas fayl formatları haqqında danışın.
2. Rastr görüntülərlə işləmək üçün hansı proqramlar mövcuddur?
3. Qrafik primitivlər dedikdə, nələr nəzərdə tutulur? 
4. Şəkil 4.3-də verilmiş rəsmi çəkmək üçün rəssam hansı alətlərdən istifadə edib?
62


VEKTOR QRAFİKASI
Rastr görüntülərin özünəməxsus çatışmazlıqları var. Bu nöqsanlar rəsmdə
yüksək dəqiqlik və xətlərin aydınlığı tələb olunduqda meydana çıxır. Birincisi,
yüksək çözümlülüyə malik rastr görün-
tülərin həcmi çox böyük olur. İkincisi,
rastr görüntülərini böyüdüb-kiçildən za -
man çətinliklər yaranır. Belə ki, miqyası
böyüdəndə rastr elementləri görünür və
nəticədə görüntü təhrif olunur (şəkil 4.4).
Bu problemləri həll etmək üçün vek-
tor qrafikasından [vector graphicsisti-
fadə olunur. Vektor qrafikasında görüntü
obyektlər yığınından ibarət olur. Ob 
-
yektin forması riyazi qanunauyğunluqlar
vasitəsilə təsvir olunur. Vektor qra 
-
fikasının elementar obyektləri öz əmsal-
larının qiymətləri vasitəsilə təsvir olunan
üçüncü tərtib əyri xətlərdir. Hər bir
nöqtənin yerini və rəngini göstərmək
tələb olunmur. Nəticədə verilənlərin həc -
mi azalır və görüntünü heç bir təhrif
olmadan böyüdüb-kiçiltmək imkanı ya -
ra nır. 
Bununla belə, vektor qrafikasında rənglərin arasında müntəzəm keçidi, səlis
sərhədləri və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm
əsərləri üçün xasdır. Buna görə də vektor qrafikasından çox zaman sxemlərin,
planların yaradılmasında istifadə olunur.  
Rastr qrafikasında əsas görüntü elementi nöqtə olduğu kimi, vektor qra fi ka -
sında görüntünün ilkin elementi cizgi, ya xud x ə t d i r   l i n e ] . Ən sadə xətt da yaq
nöqtələri  [snap points] adlan dırılan iki nöqtə ilə məhdudlaşır. Daha mürək kəb
obyektlər belə xətlərdən ibarət olur. 
Vektor qrafikasının əsasında həndəsi fiqurların xassələri haqqında riyazi tə -
səv vürlər dayanır. Qeyd olunduğu kimi, vektor qrafikasının ən sadə obyekti xətt
olduğundan, vektor qrafikasının əsasında da, ilk növbədə, xəttin riyazi təsviri
durur. Bir neçə növ xətti nəzərdən keçirək.    
Nöqtə. Müstəvidə nöqtə iki ədədlə verilir: (x, y). Bu ədədlər nöqtənin koordi-
nat başlanğıcına nəzərən yerini müəyyən edir.
4.4.
Şəkil 4.4. Vektor və rastr görüntülərin
müqayi səsi 
4.
KOMPYUTER 
QRAFİKASI 
63
7 dəfə bö yüdülüb
Rastr
Vektor


Düz xətt. Bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir.
Müstəvi üzərində düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sis-
temində və parametrlərini bilməklə, düz xətti çəkmək mümkündür. 
İkinci tərtib əyri. İkinci tərtib əyrilərə parabola, hiperbola, ellips, çevrə və
ikinci tərtib tənliyi olan digər əyrilər aiddir. Bu əyrilərin özəlliyi ondadır ki,
onların dönmə nöqtəsi olmur. Ümumi şəkildə ikinci tərtib əyrinin düsturu aşağı-
dakı şəkildə olacaq:
x
2
+ a
1
y
2
+ a
2
xy + a
3
x + a
4
y + a
5
= 0
Gördüyünüz kimi, istənilən ikinci tərtib əyrini göstərmək üçün beş parametr
(a

, a

, a

, a

, a

) kifayət edir.  
Üçüncü tərtib əyri. Daha mürəkkəb olan bu əyrilərin fərqləndirici xüsusiyyəti
ondan ibarətdir ki, onlar dönmə nöqtəsinə malik ola bilər. Üçüncü tərtib əyrilər
canlı təbiətdə müşahidə etdiyimiz cizgilərə, məsələn, insan bədəninin cizgilərinə
daha yaxşı uyğun gəlir. Ona görə də vektor qrafikasında əsas obyekt kimi məhz
bu əyrilərdən istifadə olunur. İkinci tərtib əyrilər (məsələn, çevrələr və ya elli ps -
lər) üçüncü tərtib əyrilərin xüsusi halıdır. Ümumi şəkildə üçüncü tərtib əyrinin
düsturu aşağıdakı şəkildə olacaq:
x
3
+ a
1
y
3
+ a
2
x
2
y + a
3
xy
2
+ a
4
x
2
+ a
5
y
2
+ a
6
xy + a
7
x + a
8
y + a
9
= 0
Göründüyü kimi, üçüncü tərtib əyrini göstərmək üçün doqquz parametr
kifayət edir. Üçüncü tərtib əyrinin ixtiyari parçası isə on bir parametrlə (9 + 2
dayaq nöqtəsi) xarakterizə olunur.   
Bezye əyriləri. Lazım olan üçüncü növ əy rini, onun verilmiş əmsallarına görə
çək mək o qədər də asan iş deyil. Bu üzü cü işi sadələşdir mək üçün vektor qrafik
redaktorlarında  Bezye əyrilərin 
dən istifadə olunur. Bezye əyrisinin par 
çaları
üçüncü tərtib əyrinin parça larının xüsusi halıdır. Bu parçaları ümu  mi qaydada on
bir deyil, səkkiz parametrlə göstərmək mümkün dür. Ona görə də bu əyrilərlə
işləmək çox rahatdır. Bezye əyrisinin qurulması üsulu xəttin uc nöqtələrindən ona
çəkilmiş toxu nan lardan istifadəyə əsaslanır (şəkil 4.5). 
Əyrini qurmaq üçün 4 nəzarət nöqtəsi
lazımdır. Lakin əyri fiziki olaraq onlardan
yalnız ikisindən keçir. Həmin nöq 
tə 
lərə
dayaq nöqtələri deyilir. Onlardan biri
başlanğıc nöqtə  [start point], digəri isə
son nöqtədir [end point]. Kənarda qalan
iki nöqtəyə isə idarəedici nöqtələr [con-
trol point] deyilir. Həmin nöqtələrin
“gözdən itməməsi” üçün vektor qrafikası proqramlarında idarəedici nöqtələr
dayaq nöqtələri ilə birləşdirilir.
Şəkil 4.5. Bezye əyrisi 
64


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə