-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

4
KOMPYUTER QRAFİKASI ANLAYIŞI...................................................................................... 52 
RASTR QRAFİKASI ................................................................................................................. 56
RASTR GÖRÜNTÜLƏRLƏ İŞ ................................................................................................. 60
VEKTOR QRAFİKASI............................................................................................................... 63 
VEKTOR GÖRÜNTÜLƏRLƏ İŞ ............................................................................................... 66
FRAKTAL QRAFİKA  ................................................................................................................ 70
ÜÇÖLÇÜLÜ QRAFİKA  ............................................................................................................ 74
4.7.
4.6.
4.5.
4.4.
4.3.
4.2.
4.1.
Bu bölümün sonunda siz:
•  Rastr qrafikası anlayışını və onun xüsusiyyətlərini biləcək;
• Qrafik obyektlərin yaradılması və redaktə olunması texnologiyasını biləcək; 
• Rəsmlərin yaradılmasında istifadə olunan başlıca qrafik obyektləri-primitivləri
tanıyacaq;
• Vektor qrafikası, fraktal qrafika anlayışlarını və onların xüsusiyyətlərini biləcək;
• Üçölçülü qrafika və onun yaradılması mərhələlərini biləcəksiniz.
M
Ə
Q
S
Ə
D
L
Ə
R
K
OMPYUTER 
Q
RAFİKASI


KOMPYUTER QRAFİKASI ANLAYIŞI
İlk kompyuterlərdə qrafik obyektlər yaratmaq üçün, demək olar ki, heç bir
vasitə yox idi. O zamanlar ekrana yalnız simvollar – hərf, rəqəm və xüsusi
işarələr çıxarmaq olurdu. Lakin elə onda da proq -
ramçılar kompyuterdən “rəsm aləti” kimi istifadə
etməyə cəhd edirdilər. Məsələn, həmin dövrün insan-
ları, kompyuter proqramının köməyi ilə simvollar-
dan tərtib olunmuş məşhur “Mona Liza” rəsmini,
yəqin ki, xatırlayırlar.
Sonrakı kompyuterlər artıq sadə görüntüləri:
nöq  təni, düz xətti, çevrəni çəkə bilirdi. O zamankı
mo nitorlar ağ-qara olduqlarından, kompyuterdə ya -
ra  dılan görüntülərin hamısı rəssam-qrafiklərin işləri-
ni xatırladırdı. Rəssamlığın başqa janrlarından fərqli
olaraq rəssam-qrafiklərin əsərləri, hər şeydən öncə,
cizgilərin aydın çəkilişi ilə səciyyələnir. Məhz buna
görə də, o dövrün kompyuterlərinin təsvir imkanla -
rını kompyuter qrafikası [computer graphics]  ad lan -
dırmağa başladılar. Lakin indi kompyuterin kö məyi
ilə rəs samlar müxtəlif janrlarda əsərlər yarada bil-
sələr də, “kompyuter qrafikası” anlayışı yenə də is ti -
fadə olu nur.
Kompyuter qrafikasının növləri. Kompyuter
qrafikası ilə işləmək üçün müxtəlif proqramlar olsa
da, yalnız üç növ kompyuter qrafikasını fərqləndirir-
lər:
• rastr qrafikası;  
• vektor qrafikası;  
• fraktal qrafika.
Onlar bir-birindən monitorun ekranında, yaxud
kağızda əks olunan görüntülərin formalaşma prinsiplərinə görə fərqlənir.
Kompyuter qrafikasını başqa cür də təsnif etmək olar:
• ikiölçülü qrafika (2D-qrafika); 
• üçölçülü qrafika (3D-qrafika).
Kompyuter qrafikasının tətbiq sahələri. Bu gün kompyuter qrafikasından
bir çox sahələrdə istifadə olunur. Onlardan bəziləri ilə qısaca tanış olaq.
4.1.
52
Ötən əsrin 50-ci illərinin
ortalarında ilk dəfə ola raq
verilənlər kompyuterin
mo nitorunda qrafik şəkildə
göstərilməyə baş 
ladı. Bu
imkana malik hesablama
maşınları hərbi tə 
yinatlı
elmi hesablamalarda isti-
fadə olunurdu. 


4.
KOMPYUTER 
QRAFİKASI 
53
• Elmi qrafika. Bu, kompyuter qrafikasının tətbiq olunduğu ilk sahədir. Burada
başlıca məqsəd elmi tədqiqat obyektlərini vizuallaşdır-
maq (əyani göstərmək), he 
sab 
lamaların nəticələrini
əyani göstərməklə hesablama eksperimentləri apar maq
olmuşdur. Müasir riyazi proqram paketlə rinin ək səriy  -
yəti (məsələn, Maple, MatLab, MathCAD) müəyyən
he 
sablamalar əsasında qra 
fiklər, səthlər və üçölçülü
cisimlər qurmaq imka nına malikdir. 
• İşgüzar qrafika. Kompyuter qrafika sı nın bu sahəsi müxtəlif müəssisələrin işin -
də tez-tez istifadə olunan illüstra si yaların yaradılması üçün nəzərdə tutulub.
Plan göstəricilərinin, hesabat sənəd ləş mə lə rinin, statistik məlumatların ha zır -
lan   masında işgüzar qrafikadan geniş istifadə olunur. Çox zaman bunlar qrafik-
lər, dairəvi və zolaqlı diaqramlar olur. 
• Konstruktor qrafikasından mühəndis-konstruktorların işlərində istifadə olu nur.
Kompyuter qrafikasının bu növü avtomatlaşdırılmış layihələndirmə (computer-
aided design, CAD) sistemlərinin başlıca elementidir. CAD sistemlərində qrafi -


54
kadan layihələndirilən qurğuların texniki sxemlərinin hazırlanmasında istifadə
olunur. Hesablamalarla əlaqəli qrafika əyani formada optimal konstruksiyanın,
detalların ən münasib tərtibatının axtarışını aparmağa, konstruksiyadakı dəyişik-
liklərin nəticələrini proqnozlaşdırmağa imkan verir. Konstruktor qrafikası
vasitəsilə istər ikiölçülü (proyeksiyalar, kəsiklər), istərsə də üçölçülü fəza görün-
tüləri almaq mümkündür. 
• Obrazların tanınması. Qrafik informasiyanın tanınması və təsnif olunması mə -
sələsinin həlli süni intellektin yaradılmasında əsas problemlərdən biridir. Bu
gün kompyuterlər vasitəsilə obrazların tanınmasına çox yerdə rast gəlmək olar:
axtarışda olan cinayətkarın tanınması sistemləri; aero- və kosmik fotoşəkillərin
analizi; çeşidləmə sistemləri və s. Mətnlərin skanerdən keçirilməsi və onların
“şəklinin” ayrı-ayrı simvollar yığınına çevrilməsi obrazların tanınmasına ən
gözəl nümunə ola bilər.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə