№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   2   3   4   5   6   7   8   9   ...   18

gizlədərdi.  Lakin  onun  sirrini  tapmaq  çətin  deyildi.  O,  tez-tez  İvan 

Dmitriçə deyirdi: 

      -  Məni  təbrik  edin,  ikinci  dərəcə  ulduzlu  Stanislav  nişanı  ilə  təltif 

etmək istəyirlər, ikinci dərəcə Stanislav nişanı yalnız xaricilərə verirlər, 

lakin  məndən  ötrü  nədənsə  istisna  etmək  istəyirlər.  –  O  gülümsəyir  və 

çiyinlərini heyrətlə dartırdı. – Sözün düzü, mən heç bunu gözləməzdim! 

      İvan Dmitriç qəmli-qəmli dedi: 

      - Mən bundan heç nə anlamıram. 

      Keçmiş çeşidçi gözlərini hiyləgərcəsinə qıyaraq: 

      - Lakin xəbəriniz varmı,  mən gec-tez nəyə nail olmaq istəyirəm? – 

deyə sözünə davam etdi. – Mütləq İsveç “Qütb ulduzu” əldə edəcəyəm. 

Bu  nişanı  almaq  üçün  əlləşməyə  dəyər.  Ağ  xaç  və  qara  lent.  Gözəl 

şeydir. 

      Yəqin  ki,  heç  bir  yerdə  həyat  fligendəki  kimi  yeksənəq  deyildi. 

Səhər xəstələr, iflic və yorğun mujikdən başqa, dəhlizdə iri çəlləkdə əl-

üzlərini  yuyub  və  xalatlarının  ətəyi  ilə  qurulanırdılar:  sonra  Nikitanın 

baş korpusdan gətirdiyi çayı qalay krujkalarda içirdilər. Hər xəstəyə bir 

krulka çay düşürdü. Günorta turş kələmdən bişirilmiş borş və daşma ilə 

nahar  edir,  axşam  isə  nahardan  qalmış  daşmanı  yeyirdilər.  Boş 

vaxtlarda  yatır,  pəncərədən  baxır  və  otağı  o  küncdən-bu  küncə 

gəzirdilər.  Bu  rejim  hər  gün  təkrar  olunurdu.  Hətta  keçmiş  çeşidçi  də 

həmişə eyni nişanlardan söhbət salırdı. 

      6  №-li  palatada  təzə  adamlara  çox  gec-gec  rast  gəlmək  olurdu. 

Başına  təzəcə  hava  gələn  adamları  həkim  çoxdan  bəri  qəbul  etmirdi, 

dəlixanaları  ziyarət  edən  həvəskarlar  isə  bu  dünyada  çox  deyil.  Dəllək 

Semyon  Lazarıç  təqribən  hər  iki  ayda  bir  dəfə  fligelə  gəlirdi.  Onun 

dəlilərin başını necə qırxmasından və Nikitanın bu işdə ona necə kömək 

etməsindən,  habelə  gülümsəyən  kefli  dəllək  gələn  kimi  xəstələr 

arasında necə şuluqluq düşməsindən burada danışmayacağam. 

      Fligelə  dəlləkdən  başqa  heç  kəs  gəlməzdi.  Xəstələr  hər  gün  yalnız 

Nikitanı görməyə məhkum idilər. 

      Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı. 

      Şayiə  buraxdılar  ki,  guya  6  №-li  palatanı  həkim  ziyarət  etməyə 

başlamışdır. 

 

                                                     



                                                    V 

 

      Qəribə bir şayiə!  




      Həkim 

Andrey  Yefimıç  Ragin  özünə  görə  qəribə  bir 

adamdı.Deyirdilər  ki,  o,  gəncliyində  çox  dindar  imiş  və  özünü  ruhani 

vəzifəsinə  hazırlayırmış.1863-cü  ildə  gimnaziyanı  bitirdikdən  sonra 

ruhani  akademiyaya  gurmək  fikrinə  düşür,  lakin  təbabət  doktoru  və 

cərrah  olan  atası  onu  özünə  oğul  hesab  etməyəcəyini  bildirir.  Bu 

əhvalatın  nə  qədər  doğru  olub-olmadığını  bilmirəm,  ancaq  Andrey 

Yefimıç  təbabət  elminə  və  ümumiyyətlə,  xüsusi  elmlərə  rəğbət 

bəsləmədiyini dəfələrlə özü etiraf etmişdi. 

      Hər halda o, tibb fakültəsini bitirdikdən sonra keşişliyə getmədi. O, 

dindarlıq əlamətləri göstərmirdi və həkimliyə təzə başlayan zamanlarda 

da, indiki kimi, ruhaniyə çox az oxşayırdı. 

      Onun  mujiklərə  məxsus  ağır  və  qaba  görkəmi  vardı;  sifətindən, 

saqqalından,  yatıq  saçlarından  və  yöndəmsiz  möhkəm  gövdəsindən 

böyük yol ağzında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı. 

Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu 

uca,  kürəyi  enli,  qolları  və  qıçları  nataraz  idi;  zorba  yumruğu  ilə  bir 

dəfə  vursaydı  adamın  canı  çıxardı.  Amma  yerişi  sakit  və  ehtiyatlı  idi; 

dar  dəhlizdə  adama  rast  gəldikdə,  həmişə  yol  vermək  üçün  kənara 

çəkilir  və  gözlədiyin  kimi  yoğun  səslə  deyil,  yumşaq  tenor  səsi  ilə 

“bağışlayın!”  deyirdi.  Boynunda  balaca  bir  şiş  vardı,  bu  şiş  nişasta 

yaxalıq taxmasına mane olurdu, ona görə həmişə  yumşaq kətandan və 

ya çitdən köynək geyərdi. Ümumiyyətlə o, həkim kimi geyinməzdi. Bir 

paltarı  azından  on  il  geyərdi,  cuhud  dükanından  aldığı  təzə  paltarı  da 

əynində  daim  köhnə,  geyilmiş  və  əzik  görünürdü,  eyni  sürtukda  həm 

xəstələri  qəbul  edir,  həm  nahar  eləyir,  həm  də  qonaq  gedirdi;  lakin 

bütün  bunlar  xəstəlikdən  deyil,  öz  üst-başına  əsla  fikir  vermədiyindən 

irəli gəlirdi. 

      Andrey  Yefimıç  vəzifəsini  qəbul  etmək  üçün  şəhərə  gəldikdə, 

“xeyirxah  idarə”  müdhiş  bir  halda  idi.  Palatalarda,  dəhlizlərdə  və 

xəstəxana həyətində üfunətdən nəfəs almaq mümkün deyildi. Xəstəxana 

mujikləri,  xəstələrə  baxanda  və  onların  uşaqları  xəstələrlə  bərabər 

palatalarda yatırdılar. Tarakan, taxtabiti və siçan əlindən dad çəkirdilər. 

Cərrahiyyə  şöbəsindən  qızıl  yel  xəstəliyi  əskik  olmurdu.  Bütün 

xəstəxanada  iki  dənə  cərrah  bıçağı  vardı,  termometr  isə  kökündən  yox 

idi,  vannalara  kartof  tökmüşdülər.  Nəzarətçi,  camaşırçı  və  feldşer 

xəstələri  soyurdular.  Andrey  Yefimıçdan  qabaqkı  həkim  barəsində 

danışırdılar  ki,  guya  xəstəxana  spirtini  əlaltından  satırmış  və  xəstəyə 

baxanlardan,  xəstə  qadınlardan  özünə  tam  bir  hərəmxana  düzəldibmiş. 

Şəhərdə  bu  biabırçılıqları  yaxşı  bilirdilər  və  hətta  mübaliğə  ilə  də 




danışırdılar, lakin bu, camaatı heç də narahat etmirdi, bir para adamlar 

bu  biabırçılıqları  safa  çıxarırdılar,  guya  xəstəxanaya  yalnız  meşşanlar 

və  mujiklər  gedir  ki,  onlar  da  narazı  ola  bilməzlər,  çünki  xəstəxanada 

onlar  üçün  öz  evlərindəkindən  yaxşı  keçir,  daha  onlara  kəklik 

yedirtməyəcəklər  ki!  Bəziləri  də  xəstəxana  sahiblərinə  haqq  verməyə 

çalışaraq  deyərdilər  ki,  zemstvonun  yardımı  olmadan  yaxşı  xəstəxana 

saxlamaq  çətindir;  Allaha  şükür  ki,  heç  olmasa  xarab  xəstəxana  var. 

Cavan zemstvo isə nə şəhərlər, nə də şəhər ətrafında xəstəxana tikmək 

istəmirdi, şəhərin artıq öz xəstəxanası var, deyirdi. 

      Andrey  Yefimıç  xəstəxananı  gözdən  keçirərək,  bu  qərara  gəldi  ki, 

bu əxlaqsız bir idarədir və əhalinin sağlamlığı işinə son dərəcə zərərdir. 

Onun zənnincə, xəstələri bayıra atıb, xəstəxananı bağlamaq  ən ağıllı iş 

idi. Lakin sonra Andrey Yefimıç düşündü ki, təkcə onun iradəsi kifayət 

deyil,  bundan  fayda  çıxmaz,  fiziki  və  əqli  murdarlıqları  bir  yerdən 

qovduqda  onlar  başqa  yerə  köçür;  murdarlığın  öz-özünə  yox  olub 

getməsini  gözləmək  lazımdır.  Bir  də  əgər  adamlar  özlərinə  xəstəxana 

açmışlarsa və buna dözülərsə, demək, bu onlara lazımdır, mövhumat və 

bütün  bu  məişət  pozğunluqları,  murdarlıqları  lazımdır,  çünki  bunlar, 

zaman  keçdikcə,  peyinin  qaratorpağa  çevrildiyi  kimi,  faydalı  bir  şeyə 

çevrilirlər, dünyada heç bir yaxşı şey tapılmaz ki, onun ilk mənbəyində 

murdarlıq olmasın. 

      Andrey  Yefimıç  vəzifəsini  qəbul  etdikdən  sonra  bu  biabırçılıqlara 

laqeyd  baxdı.  Yalnız  xəstəxana  mujiklərindən  və  xəstəxana 

baxıcılarından xahiş etdi ki, palatalarda yatmasınlar və xəstəxanaya tibb 

alətləri ilə dolu iki şkaf qoydu; nəzarətçi, camaşarçı, feldşer və qızıl yel 

xəstəliyi tutmuş xəstələr isə öz yerlərində qaldılar. 

      Andrey  Yefimıç  ağıl  və  namusu  son  dərəcə  sevirdi,  lakin  öz 

ətrafında  ağıllı  və  namuslu  bir  həyat  qurmağa  kirdarı  yox  idi  və  öz 

hüququna  inanmırdı.  Əmr  etməyi,  qadağan  etməyi  və  israf  etməyi 

qətiyyən  bacarmırdı.  Adama  elə  gəlirdi  ki,  o,  səsini  heç  vaxt 

ucaltmamağa və felin əmr formasını işlətməməyə söz vermişdir. “Ver” 

və  ya  “gətir”  sözlərini  deməyə  üzü  gəlmirdi,  yemək  istəyəndə 

qətiyyətsizliklə öskürərək, aşpaz qadına deyərdi: “Deyəsən, acmışam...” 

və  ya  “Çay  olsaydı,  içərdim”.  Nəzarətçiyə  oğurluqdan  əl  çəkməsini 

söyləməyi  və  ya  onu  qulluqdan  çıxartmağı,  ya  da  bu  lazımsız,  tüfeyli 

vəzifəsini  büsbütün  ləğv  etməyi  heç  cür  bacarmırdı.  Andrey  Yefimıçı 

aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul 

sənədini ona imzalatmağa vardikdə, pul kimi qızarır, özünü taqsırlı bir 

adam kimi hiss edirdi, amma bununla belə yenə də sənədi imzalayırdı; 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə