[]



Yüklə 6,32 Mb.

səhifə14/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   282

45 

 

Azərbaycan Xalq Cü mhuriyyəti Pa rla ment inin 11 ko missiyası vardı.  



 

 

 



 

Parla mentin fəaliyyəti xüsusi olaraq  bu məqsəd üçün hazırlan mış n iza mna mə - "Azərbaycan Parla mentin in na kazı 

(təlimatı)"  əsasında  idarə  olunurdu.  Məhə mməd   Əmin   Rəsulzadə  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Parla mentinin 

fəaliyyətinə  belə  qiymət  verirdi:  "Millət  məclisi  məmləkətin  bütün  sinif  və  millətlərini  təmsil  edib,  dövlətin  tamamən 



taleyinə  hakim  idi.  Onsuz  heç   bir  əmr  keçməz,  heç  bir  məsrəf  yapılmaz,  heç  bir  müharibə  başlamaz,  heç  bir  barışıq 

imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. 

Parlament hakimimütləq idi". 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Parla menti  və  Hö ku məti  son  dərəcə  mürə kkəb  beynəlxalq  və  da xili  şəraitdə 

fəaliyyət  göstərirdi.  Höku mətin  yeritdiyi  xa ric i  və  da xili  siyasətin  nəticələrindən  asılı  o lmayaraq,  o  za mankı  beynəlxa lq 

vəziyyətdə Şima li A zərbaycanın (habelə d igər Cənubi Qafqaz  respublika larının)  müstəqil dövlət halında yaşaması mü mkün 

deyildi.  Bakı neftinə yiyələn məyə can  atan və ingilisləri  regiondan sıxışdırıb  çıxarmağa çalışan Sovet  Rusiyası, Den ikini 

məğ lub  etdikdən  sonra  yerli  bolşevik  təşkilatlarını  səfərbərliyə  alaraq,  Azərbaycan  Xalq  Cümhuriyyətini  devirmə k  üçün 

daxildə   geniş  pozuculuq  fəaliyyətinə  başlamışdı.  Moskvadan  göstəriş  alan  Azərbaycan  Kommunist  (bolşevik lər)  Partiyası 

hakimiyyət  çevrilişi  həyata  keçirmə k  üçün  xüsusi  qərargah  yaratmışdı.  Parla mentin  və  Höku mət in  fəaliyyətini  iflic  

vəziyyətinə  salan  "sosialistlər'",  "Daşnaksutyun  fraksiyası",  "Erməni  fraksiyası",  "Slavyan-rus  cəmiyyəti"  və  digər 

Parlament  fraksiyaları  sovet-bolşevik  müdaxiləsindən  ötrü  əlverişli  zəmin  yaradılmasında  fəal  iştirak  edird ilər.  Bundan 

əlavə,  A zərbaycandan  yeni  ərazilər  qoparmaq  üçün  əlverişli  şərait  yarandığ ını  görən  ermən ilər  bo lşevik  Rusiyası  ilə 

əlaqəyə girib A zərbaycan Xalq  Cü mhuriyyətini devirmək məqsədilə əlbir plan  hazırladılar. Həmin plana əsasən Ermənistan 

Respublikası Qarabağda və Gəncəbasarda ermənilərin A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətinə qarşı q iyamların ı təşkil 

etdi.  Bununla,  Ermənistan  Respublikası  q iya mçılara  kö mək  pərdəsi  alt ında  Azərbaycana  qarşı  müharibəyə  başladı. 

Cü mhuriyyət  Hö ku məti  ö zünün  bütün  hərbi  qüvvələrin i  Qarabağ  cəbhəsinə  yönəltməyə  məcbur  oldu.  Beləliklə,  ö lkən in 

şimal sərhədləri bolşevik müdaxiləçilərinin ü zünə açılmış oldu. 

 

 

 



 

 

 



Sovet  Rusiyası,  eyni  zamanda,  hələ  1918  ilin  noyabrından  Bakını  və  bütün  Cənubi  Qafqazı  ələ  keçirmək  üçün 

konkret  hərb i  ha zırlıq  tədbirləri  görməyə  başla mışdı.  Rusiya  hərbi-inqilab  şurasının  qərarı  ilə   11-ci  və  12-ci  ordula rın, 

həmç inin Həştərxan – Xə zər donanmasın ın daxil edildiy i ayrıca  Xə zər- Qa fqaz cəbhəsi yaradılmışdı.  Ba kın ı ələ  keç irmə k, 

bütün Şimali A zərbaycanı  (habelə  Cənubi  Qafqazı)  işğal etmək üçün "Bakı əməliyyatı" adlı  xüsusi hərbi əməliyyat planı 

hazırlan mışdı. V.İ.Len in hələ 1920 il martın 17-də Qafqaz cəbhəsinin hərbi-inqilab şurasına Bakının  ələ keçirilməsi barədə 

konkret  göstəriş  vermişdi.  Martın  30-da  isə  Azərbaycan  Xalq  Cü mhuriyyətini  devirmək  məqsədilə  yaradılmış  "operativ 

qərargah"ın  sədri  Əliheydər  Qarayev  bu  zaman  Dağıstanda  olan  sovet  qoşun ların ın  ko mandanına  teleqra m  göndərərək 

bildirirdi ki, "ən yaxın günlərdə Bakıda çevrilişə hazırlaşırıq.  Hərə kat  

 

 



46 

 

başlanandan  əvvəl  öz  yürüşümüzün  məqsədləri  haqqında  Azərbaycan  fəh lələrinə  və  kəndlilərinə  müraciətnamə 



buraxacağ ıq". İşğal ərəfəsində - aprelin 22-də Bakıda və aprelin  25-də Port-Petrovskda (Mahaçqala) 11 -ci Qırmızı ordunun 

ko mandanlığı,  Rusiya Ko mmun ist (bolşeviklər) Partiyası Qafqaz Diyar Ko mitəsi və Azərbaycan Ko mmunist (bolşeviklər) 

Partiyası  nü mayəndələrin in  müşavirələri  keçirildi.  Müşavirələrdə  qarşıdakı  b irgə  əməliyyatlar  plan ı  təfsilatı  ilə  mü zakirə 

edildi.  Bu  p lan  apre lin  27-də  Ba kıda  ko mmunistlərin  silah lı  ç ıxışını  və  hə min  gün  11  -ci  Qırmızı  ordunun  Azərbaycan 

sərhədini keç məsini nə zərdə tuturdu. AK(b)P rəhbərliy i dövlət çevrilişi p lanının rea llaşdırılması üçün vaxtın yetişdiyini qət 

etdi.  Aprelin  25-də  bütün  partiya  ko mitə ləri  hərb i  ko mandanlığın  tabeliyinə  keç irild i  və  xəbərdarlıq  o lundu  ki, 

ko mandanlığın əmrinə tabe olmayanlara ölü m cəzası veriləcəkdir. 

İşğalçıların hərb i əməliyyat planına əsasən, müdaxiləçi sovet qoşunları  müstəqil A zərbaycanın dövlət sərhədlərini 

bu za man Anadoluda Qazi Mustafa Ka mal Paşanın başçılıq etdiyi İstiqla l savaşına "köməyə get mə k" pərdəsi alt ında keç mə li 

idilər.  Be lə də oldu. 1920 il aprelin  26-dan 27-nə keçən gecə  işğalçı  11  -ci  Qırmızı ordu hiss ələri  müharibə elan et mədən 

müstəqil  A zərbaycan  dövlətinin  sərhədlərini  keçdi  və  Bakıya  hücum  etdi.  Bakı,  eyni  zamanda,  dənizdən  də  mühasirəyə 

alındı. Aprelin 27-də səhər tezdən ko mmun istlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında  mühü m 

obyektləri ə lə keç irdilər. 

Əslində A zərbaycan Xalq  Cü mhuriyyətinin  devrilmiş olduğu həmin  şəraitdə,  işğalçıların  diktəsi  ilə hərəkət edən 

ko mmunistlərin  nümayəndə  heyəti  Azərbaycan  Kommunist  (bolşeviklər)  Part iyası  Mərkə zi  Ko mitəsi,  Rusiya  Kommun ist 

(bolşevikler)  Partiyası  Qafqaz  Diyar  Ko mitesinin  Bakı  bürosu  və  Mərkəzi  Fəhlə  Konfransı  adından  Azərbaycan 

Parla mentinə  hakimiyyəti  təhvil  vermə k  barədə  ult imatu m  verdi.  Bununla  əlaqədar  o laraq,  hə lə  ma rtın  30-da  Nəsib  bəy 

Yusifbəylin in  istefasından  sonra,  yeni  Höku mət in  (VI  kab inə)  təşkil  olun ması  tapşırılmış  Mə mməd  Həsən  Hacınskinin 

başçılığı  ilə  xüsusi  komissiya  (M.Ə.Rəsulzadə,  Q.Qarabəyov,  A.Səfikürdski,  A.Qardaşov,  S.Ağamalıoğlu)  yaradıldı. 

Azərbaycan bolşeviklə ri ilə  sıx əlaqə sa xlayan M.  H.  Hacınski  ko mmunistlərlə danışıqla r apard ı.  Göstərilən  ultimatum və 

ko missiyanın apardığı danışıqların nəticələri Məmməd  Yusif  Cəfərovun sədrliyi  ilə  Parlamentin sonuncu (145-ci)  iclasında 

mü zakirə olundu. İclas aprelin  27-də axşam saat 20.45-də başlandı ve 23.25-dək davam etdi. M.Ə.Rəsulzadənin təklifi  ilə 

mü zakirələr  zamanı  Parlamentin   qapıları  xalqın  ü zünə  açıldı  ("Cənablar!  Çıxardığımız  tarixi  qərarı  millətdən  bixəbər 

çıxarmayaq.  Ölkə  Parlamentinin  qapısını  açıq  qoyaq  ki,  hər  kəs  nə  ciir  təhliikəli  vəziyyət  içində  olduğumuzu,  nə  cür 

qərar  qəbul  edəcəyimizi  bilsin.  Ona   görə  də  təklif  edirəm  ki,  məclisimizin  qapılarını  millət  üzünə   bağlamayaq  və 

millətdən bixəbər qərar qəbul etməyək").  Ultimatu m barədə  məlu mat  verən M.H.Hac ınski bildirdi  ki, ha kimiyyət bu gün 

axşam  ko mmunistlərə  təhvil  verilməlidir;  AK(b)P-nin  Mərkəzi  Ko mitəsi  bildirir  ki,  əks  təqdirdə  hakimiyyətin  Qırrmzı 

Orduya təhvil verilməsi üçün əlindən gələni edəcəkdir.  Ko mmunistlər hə m də  xəbərdarlıq edirlər  ki, əgər biz bu gecə haki-

miyyəti  onlara  təhvil  verməsək,  Parla mentdə  tə msil  o lunan  siyasi  partiyalar,  o  cü mlədən  "Müsavat"  partiyası  qadağan 

olunacaqdır; M.H.Hacınski həmçinin, məlu mat verd i ki, ko mmunistlər b izim təkliflərimizə baxmaqdan imtina etdi- 





Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   282


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə