[]


ƏSGƏRĠ  MÜKƏLLƏFĠYYƏT  HAQQINDA  MÜVƏQQƏTĠ  QANUN



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə239/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   235   236   237   238   239   240   241   242   ...   282

401 

 

ƏSGƏRĠ  MÜKƏLLƏFĠYYƏT  HAQQINDA  MÜVƏQQƏTĠ  QANUN  -  A zərbaycan  Xalq  Cü mhuriyyətində 

orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hö ku məti tərəfindən 1918 il o ktyabrın 11-də 

qəbul  edilmişdir.  A zərbaycan  Hö ku mətinin   hərbi  qanunvericilik  sahəsində  qəbul  etdiyi  ilk  mühü m  s ənədlərdən  biri  idi. 

Hə min  qanuna  görə  17  yaşına  çat mış  hər  b ir  gənc  hərbi  mü kə llə fiyyətli  hesab  edilirdi.  18  və   19  yaşlarında   olanla r 

xid mətqabağı  2-c i  dərəcəli  ehtiyatda  sayılırd ılar.  Bu  gənclər  yalnız  müharibə  va xtı  xid mətə  cəlb  o lunurdular.  20  yaşlı 

gənclər  zərurətdən  asılı  o laraq  ya   ta m,  ya  da   qis mən  xid mətə   çağırılırdılar.  Hə rbi  xid mət   müddəti  p iyada  və  nəqliyyat 

qoşunlarında 2 il, digər qoşun növlərində isə 3  il  idi. Hərbi  xid məti başa vurduqdan sonra keçmiş əsgərlərin  1-ci dərəcəli 

ehtiyatda xid məti p iyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam ed irdi. 

Müvəqqəti  qanunun  böyük  hissəsi  çağırışdan  möhlətə  və  güzəştlərə  həsr  edilmişdi.  Ailə  vəziyyətinə,  səhhətinə, 

tutduğu vəzifələrə görə  kimlərə  möhlət və güzəştlər verildiy i  konkret göstərilirdi.  Çağırışa Əxzi-əsgər idarəsi rəhbərlik bu 

qanunun  yerlərdə  izah ı  və  təbliğ  olun ması,  xid mət  yaşı  çatanların  toplanılaraq   qəza  əsgər  idarələ rinə  göndərilməsi, 

əsgərlikdən  yayınanların  və  fərarilərin   axtarılıb   tapılması  qəza  qay məqamlarına  (rəislərinə)  həvalə  olunurdu.  Müvəqqəti 

qanuna  əsasən  Əxzi-əsgər  şöbələrinin  nəzdində  həkim-müay inə  ko missiyaları  yaradılmışdı.  Çağırışçıların  qoşun  növləri 

üzrə bölüşdürülməsi həkim ko missiyasının qərarına əsasən həyata keçirilird i. 

Türk hərbi qüvvələrinin A zərbaycanda olduğu vaxt qəbul edilmiş bir sıra hüquqi sənədlər, o cü mlədən Müvəqqəti 

qanun natama m və yerli şəraitə uyğun olmadığ ı üçün hərbi nazir Sə məd bəy Meh mandarovun 1919  il 5 fevra l tarixli  ə mri 

ilə  ləğv  edild i.  A zərbaycan  Höku məti  tərə findən  yeni  qanun  layihəsi  hazırlanana  qədər  çağırış  işi  çar  Rusiyası  dövründə 

qəbul edilmiş hüquqi s ənədlər əsasında tənzimlən irdi. 

 

Əd: 

Bax Əsgəran döyüşü məqaləsinin ədəbiyyatına.

 

 

"Əġ-ġƏMS"  (" Günəş")  -  eserlərin  (sosialist-inqilabçıların)  milli  tələbə  gənclər  qrupu.  1906  ildə  Bakı  eseri 

S.Rayetskinin təşəbbüsü ilə  yaradılmışdı.  Əsas ən, azərbaycanlı tələbələ r və  yu xarı sinif şagirdlə rindən  ibarət  idi.  1905-07 

illər  inqilab ı  dövründə  vərəqələr  bura xmaqla,  ermən i-müsəlman  qarşıdurmasına  son  qoymaq,  mövcud  hakimiyyətə  qarşı 

çıxışları  gücləndirmək  və  Ümu mrusiya  tətillərinə  qoşulmaq  çağırışları  ilə  çıxış  edirdi.  Təşkilat  üzv lərinin  azsaylı  olması 

onun fəaliyyət dairəsini məhdudlaşdırırdı. Birinci Rusiya inqilab ından sonra "Əş-Şə ms" barədə sənədlərə rast gəlin mir. 

 

Əd

:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;  Багирова И.С., Политические партии и организации Азербайджана в начале 

XX века , Б., 1997; 



ƏġRƏFOV  İsrafil  İsmayıl  oğlu  (30.5.1900,  Bakı  -  ?)  -Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr haqqında 



qərar)  ilə   dövlət  hesabına  ali  təhsil  a lmaq   üçün  xaricə   göndərilmiş  tə ləbələrdən  b iri.  Bakı 

ko mmersiya   mə ktəbini  bit irmişdir  (1918).  Parla mentin   1919  il  1  sentyabr  tarixli  q ərarına  əsasən, 

təhsilini  dava m  etdirmə k  üçün  Pa ris  Universitetinə  (Fransa)  göndərilmişdi.  Sonrakı  taleyi  barədə 

mə lu mat aşkar olunma mışdır.  

 

 

ƏZĠMZADƏ 



Əzim 

Aslan  oğlu  (7.5.1880,  Bakı  ya xınlığındakı  Nov xanı  k.  -  15.6.1943,  Bakı)  - 

xalq  rəssamı,  pedaqoq.  Azərbaycan  realist  qrafika  sənətinin  banisi.  Sat irik 

qrafika,  illüstrasiya,  siyasi  plakat,  tarixi  və  mə işət  janrla rında,  hə mç inin 

teatr-dekorasiya  sənəti  sahəsində  fəaliyyət  göstərmişdir.  İlk  təhsilin i 

mo lla xanada (1888-91) və "Rus-müsəlman" mə ktəbində (1891-94) almışdır. 

Kiyev  şəhərində  rəssamlıq  məktəbində  o xu muşdur.  Uşaq  yaşlarından  rəs m  çəkməyə  maraq  

göstərmiş, "İrşad"ın müştərisi" adlı  ilk karikaturası "Molla  Nəsrəddin" jurnalında dərc olunmuşdur. 

1906  ildən  "Molla  Nəsrəddin"  jurnalında  satirik  rəs mləri  və  siyasi  karikaturaları  ("Millət  dərdi 

çəkməkdən  əriy ib  çöpə  dönmüş  müsəlman  dövlətlisi",  "Cənab  Vitte"  və  s.)  ilə  çıxış  edən  Əzim 

Əzimzadə  "Hü mmət"  təşkilatın ın,  "Nicat",  "Nəşri-maarif‖  cəmiyyətlərinin  mədəni-maarif  tədbirlərinin  fəal  iştirakçısı 

olmuşdur.  Rusiyaya  və  Şərq  ölkələrinə  səyahətdən  (1910-cu  illər)  sonra  bir  müddət  müəllimlik  etmiş,  Bakıda  çıxan  satirik 

jurnallar  ("Zənbur",  "Kəlniyyət",  "Baraban,  "Məzə li",  "Tuti",  " Babayi-Əmir")  üçün  karikatura  və  yumoristik  rəs mlə r 

çəkmişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  "türk  mə ktəbi"  adlandırılan  köhnə  "rus-müsəlman" 

mə ktəblərində  rəsm  müəllimi işlə mişdir.  1919  ildə  "Türk nəşriyyat cə miyyəti" tərə findən nəşr edilən "Zənbur" jurna lında 

əməkdaşlıq  etmiş,  siyasi-ictimai  mövzularda  100-dən  artıq  karikatura  dərc  etdirmişdir.  Bu  dövrdə  Əzim  Əzimzadə 

yaradıcılığında  milli  istiqlal  möv zusu mühüm yer tutmuşdur.  Rəssamın dövri  mətbuat səhifələrində  zamanın  ictimai-siyasi 

problemlə ri  ilə  səsləşən  karikaturala rı  çap  olunurdu.  Azərbaycana  a xışıb  gələn  xarici  müda xiləçilər  əleyhinə  yönəlmiş 

karikaturalarından birində silahlı  Denikini, Ko lçak və cəllad Androniki ciblərində gəzdirən  ingilis qəsbkarları təsvir olunur. 

O,  rəsmlərində  vətən  və  xa lq  təəssübkeşliyini  ön  plana  çəkmiş,  cəhaləti,  nadanlığ ı,  milli  ədavəti,  e rməni  millətçilərinin -

daşnakların vəhşi və iyrənc əməllərini ifşa etmişdir. 

Əzim Əzimzadənin sənətkarlığ ı orijinal və ço xcəhətlidir. Onun təsvir üslubunda xalq  yaradıcılığına xas olan 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə