[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə32/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   28   29   30   31   32   33   34   35   ...   282

78 

 

illərdə  A zərbaycanda  milli  ideyalı  "Şeypur" və  "Zənbur"  adlı  satirik  jurnallar  ç ıxırdı.  İlk  nö mrəsi  1918  il  oktyabrın  5-də  



çıxmış  "Şeypur"un  naşiri  Səməd  Mənsur,  redaktoru  Məmmədəli  Sidqi  idi.  1919  ilin  aprelindən  nəşr  edilən  "Zənbur"da 

Məmmədə li Sidqi,  Əli Nə zmi, Sə məd Mənsur, Balaqardaş Səttaroğlu və başqa müəlliflə rin g izli  imzala rla şeir və publisist 

yazıları  dərc  olunurdu.  Jurnaldakı  rəngli  karikaturalar  rəssam  Əzim  Əzimzadəyə  məxsus  idi.  Həftədə  bir  dəfə  çıxan  

"Zənbur"un cəmi 24 nö mrəsi nəşr edilmişdir. 

1918-20  illə rin   satirik  mətbuatı  mütərəqqi  ideyaların  carç ısı  olan  "Molla  Nəsrəddin"  ədəbi  mə ktəbinin   satira  

ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini,  imperializmin  müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və 

xu rafatı satira atəşinə tutur, xalqı elmi b iliklərə yiyələn məyə, müasirləşməyə səsləyirdi. 

Ümu miyyətlə,  1918-20  illərin  mətbuatı  o  dövrə  qədərki  Azərbaycan  milli  mətbuatının  demo kratik  ənənələrinin  

yekun  mərhələsi  idi.  Bu dövrün  mətbuatında Azə rbaycanın  milli,  ictima i-siyasi  fikri, 1905  il  inqilabından sonra çarizmin  

müstəmləkəçilik  siyasətinə  qarşı  xalq ın  etirazı,  1911  ildən  sonra  milli  mu xtariyyət  ideyası,  Rusiyada  1917  il  o ktyabr 

çevrilişindən sonra isə milli istiqlal  idealları ö z əksini tapmışdır. A zərbaycan Xalq  Cü mhuriyyəti dövrünün milli  mətbuatı 

bütün bu tarixi mübarizələrin salnaməsidir. 



Xalq  nıaarifi.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  yarandığı  ilk  gündən  xalq  maarifinin  və  mədəniyyətin  inkişafına 

xüsusi  diqqət  yetirird i.  Çünki  çar  hakimiyyəti  Rusiyanın  müstəmləkə  əsarəti  altında  olan  xalqlarrının  milli-siyasi  mən lik 

şüurunun  oyanmasına  hər  vasitə  ilə  mane  olmuşdu.  Çar  Rusiyasında  xalq  məktəbləri  dövlət  orqanizmində  "yaman  şişi" 

xatırladırdı. Höku mət, bir tərəfdən, xalq təhsilinin inkişafı ilə razılaş mağa məcbur o lurdu. Çünki dünyada elm və texnikanın  

sürətlə  inkişafı  Rusiyada  da  maarifin  və  xalq  təhsilinin  tamamilə  yenidən  qurulmasını  tələb  edirdi.  Digər  tərəfdən,  çarizm 

xalqın  oyanmaqda  olan  şüurunun  qarşısını  almaq  üçün  xalq  maarifi  işini  məhdud  çərçivədə  saxlamaq  istəyirdi.  Çar 

Rusiyasında  xalq  maarifi  və  onun  əsas  daşıyıcısı  olan  müəllimlər  höku mət  tərəfindən  hər  cür  həqarə  və  təqiblərə  məru z 

qalırd ı. 

Milli ucqarlarda, o cümlədən Şimali Azərbaycanda, vəziyyət daha dözülməz id i.  Burada  zorla  ruslaşdırma siyasət 

yeridilir, təhsil, əsasən, rus dilində aparılır, milli d il və mədəniyyətin in kişafına hər cür əngəllər törədilirdi. 

1918  il  may ın  28-də  Azərbaycanın  müstəqilliy i  elan  edildiy i  gün  Fətəli  xan  Xoyskinin  sədrliyi  ilə  yarad ılmış  

birinci  Höku mət  kabinəsində  Xalq  Maarifi  Na zirliyi  də  təsis  olundu.  Nəsib  bəy  Yusifbəylinin  başçılıq  etdiyi  na zirlik  ö z 

fəaliyyətinə Azərbaycan  xa lq  maarifinin və ziyyətinin və bu sahədə həyata keçirələcə k və zifə lərin  müəyyənləşdirilməsi ilə  

başladı. Şimali A zərbaycanda fəaliyyət göstərə keçmiş  maarif şəbəkəsi gənc respublikanın  xalq   maarifi sahəsində qarşıya 

qoyduğu  tələblərə  cavab  verə  bilməd iyindən,  nazirlik  bu  sahədə  islahatlar  keçirmək  üçün  təkliflər  hazırlayıb  Höku mətə 

təqdim  etdi.  İslahatdan  məqsəd  gənc  respublikanın  məhdud  iqtisadi  imkanla rı  da xilində  xa lq  maarifini,  q ısa  müddətdə, 

sürətlə  inkişaf  etdirmək  idi.  Bunun  üçün  xalq  məktəbləri  və  tədris  dairələrin in  direktoru  vəzifələri  ləğv  olundu.  Bütün 

respublikada mə ktəb və maarif işinin idarə o lunması Xa lq Maarifi Na zirliyinin  və xa lq məktəblə ri təlimatçıla rın ın ixt iyarına  

verild i.  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mət i  Gəncəyə  köçdükdən  sonra  iyunun  30-da  Höku mət in  xüsusi  qərarı  ilə  

Xalq Maarifi Nazirliyinin ştat tərkibi təsdiq olundu. Nazirliyin  s əlahiyyətinə xa lq maa rifinə  aid qanun layihə ləri ha zırla maq, 

respublikada  elmin  və  maarifin  inkişafına  dair  tədbirlə r  plan ı  müəyyən  etmək  və  s.  daxil  idi.  Na zirliyin  mə ktəblər  idarə  

nəzdində ali və orta ixt isas təhsili, xa lq təhsili və peşə təhsili işləri ü zrə üç müstəqil şöbə yaradılmışdı. 

 

 




79 

 

Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətin in  xa lq  maarifin in inkişafina çox  mühüm təkan verən ilk tədbirlərindən 



biri 1918 il  27  iyun tarixli qərar o ldu. Hə min qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi.  La kin Azərbaycan 

dilini  mükə mməl  bilən  ixtisaslı  kadrların  olma ması qəra rın  həyata keçirilməsini çətinləşdirird i.  Buna göre də  in zibati  idarə  

orqanları,  məh kəmə  işi  və  s.  sahələrdə  Äzərbaycan  dilini  b ilən  ixtisaslı  kadrlar  hazırlanana  qədər,  müvəqqəti  olaraq,  rus 

dilindən  istifadəyə  də  yol  verilirdi.  Cü mhuriyyət  Hökuməti  milli  kadrların  yetişdirilməsinə,  bu  sahədə  təhsilin  tama milə  

yenidən  qurulmasına  xüsusi  əhə miyyət  verirdi.  Təhsil  sahəsində  həyata  keçirilən  ilk  mühüm  tədbir  mə ktəblərin  

milliləşdirilməsi  oldu.  A zərbaycan  Hökumətinin   1918  il  28  avqust  tarixli  qərarında  göstərilirdi  ki,  bütün  ibtida i  tədris 

müəssisələrində  təhsil  şagird lərin  ö z  ana  d ilində  aparılmalı  və  dövlət  dili  o lan  Azərbaycan  dilinin  tədrisi  icbari  surətdə 

həyata keçiril-mə lid ir. Azərbaycan dilini b ilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflerdə rus şöbələri açılır və burada 

Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin  şagirdlər artıq  Azərbaycan dilində təhsillərini davam 

etdirə bilsinlə r.  5-c i sinifdən sonra şagirdlər  mə ktəbi qurtarana qədər tədris prosesi rus dilində aparılır, Azə rbaycan dili  isə 

həmin siniflərdə  məcburi  fənn kimi tədris olunurdu. Bu siniflərdə Azə rbaycan dilinin tədrisi həftədə 4 saatdan az olma malı 

idi. 


Azərbaycan  Höku mət i  tədris  işin i  milliləşdirə rkən   azsaylı  xa lqların  uşaqlarının  da   mənafeyini  nəzərə   almışdı. 

Hökumətin 1918 il 7 sentyabr tarixli qərarı ilə sinifdə başqa millətdən olan şagird lərin sayı 10 nəfərdən az o lmadıqda, onlara 

öz  d illərində  ilahiyyat  və  ana  dili  dərsləri  keçilməli  id i.  Bununla  belə,  məktəblərin  milliləşdirilməsı  ilə  əlaqədar  olaraq  

Azərbaycan dilini bilməyən ço xlu  uşaq təhsildən kənarda qalırdı. Buna görə də, Azərbaycan Hökuməti 1918 il noyabrın 13-də  

özünün  xalq   təhsili  haqqındakı  əvvəlki  qərarlarında  dəyişikliklər  etdi.  Yen i  qərara  görə,  b ir  orta  təhsil  müəssisəsi  olan  

şəhərlərdə Xalq Maarifi Nazirliyin in ica zəsi  ilə, yu xarı hazırlıq siniflərindən başlayaraq, paralel surətdə rus bölməsinin də 

açılmasına icazə verilirdi.  Eyni tipli bir neçə təhsil  ocağın ın fəaliyyət göstərdiyi şəhərdə onların bir h issəsi  milliləşdirilir, 

qalan  hissəsində  isə təhsil  rus  dilində  aparılırdı.  La kin  həmin  mə ktəblərin  ha mısında  Azərbaycan  dili  məcburi  fənn  kimi 

tədris olunma lı  idi.  Hə min qəra rla a zərbaycanlı uşaqlardan yalnız  milliləşdirilmiş, ya xud   milliləşdirilməsi nəzə rdə tutulan 

mə ktəblərdə o xu mala rı tələb olunurdu.  

 

 

 



 

 

 



 

 

Azərbaycan Höku mət inin həyata keç ird iyi tədbirlə r nəticəsində, art ıq 1919 ilin  əvvəllə rində ölkədə dövlət hesabına 



637  ibtida i  mə ktəb  və  23  orta  ixt isas  təhsili  mə ktəbi  fəa liyyət  göstərirdi.  Orta  mə ktəblər  arasında  6  kişi  və  4  qadın  

gimnaziyası,  5  realn ı  məktəb,  3  müəllimlər  seminariyası,  3  müqəddəs  Nina  qız  tədris  müəssisəsi,  politexnik  məktəb  və 

ko mmersiya   məktəbi  var  id i.  1919  ilin  əvvəllərində  Bakı  qadın  müəllimlər  seminariyası  kişi  müəllimlər  seminariyasına 

çevrild i.  1919  ilin   iyu lundan  Lənkəran  kişi  və  qadın   gimnaziyaları  da  Xalq   Maarifi  Nazirliyinin   sərəncamına  keçirild i. 

Hə min  il avqustun 11 -də  Xalq  Maarifi  Na zirliy inin qəra rı  ilə   Bakı,  Gəncə  və Nu xadakı  (Şə ki)  müqəddəs Nina q ız tədris 

müəssisələrinin   adları  dəyişdirilərək  Bakıdakı  b irinci  Azərbaycan  qız  g imnaziyası,  Gəncə  və  Nu xadakılar  isə  qız 

gimnaziyaları adlandırıld ı. 1919  ildə Xalq Maarifi  Nazirliyi  Göyçay şəhərində realnı  məktəb,  Bakıda qız,  Nu xada  kişi və 

qız,  Şuşada kişi  məktəb və seminariyaları açmaq barədə A zərbaycan Parlamentinə qərar  layihələri təqdim etdi. Parlament 

respublikanın  imkanlarını  nəzərə  alaraq,  onlardan  ancaq  birin i  həyata  keçirdi.  1919  ildə  Göyçayda  realnı  məktəb  açmaq  

haqqında qanun layihəsi təsdiq olundu. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə