[]



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə314/319
tarix15.07.2018
ölçüsü20,19 Mb.
#56002
1   ...   311   312   313   314   315   316   317   318   319

466 

 

 



həyata  keçirdikləri  soyqırımla rının  qarĢıs mı  a lmaq  məqsədilə   Azə rbaycan  Xalq   Cü mhuriyyəti  qoĢun  hissələrinin  

1919 il noyabrın 3-7-də bölgədə keçirdiy i hərb i əməliyyat. Əməliyyatm keçirilməsi obyektiv zərurətdən irəli gəlmiĢdi. Belə 

ki, erməni-daĢnak silahlı quldur dəstələri bölgəni A zərbaycandan qoparmaq üçün ən rnənfur vasitələrə  əl atırdılar. 1919 ilin  

iyulunda Zəngəzurda böyük potensiala  ma lik ermən i-daĢnak niza mi qoĢun hiss ələri  mövcud  idi. On lar Qızılboğaz  keçid i 

vasitəsilə  Ermənistan  hökumətilə  ə laqə  saxlayırd ılar.  1919  ilin  o ktyabrmda  Zən-gə zurun  gəlmə  e rməni  əha lisin i 

azərbaycanlılara   və  Azər-baycan  Höku mətinə  qarĢı  qaldırmaq  üçün  buraya  xüsusi  təxribat  qrupları  göndərilmiĢdi. 

Zəngəzura  Ermənistandan yeni niza mi qoĢun hiss ələrinin göndərilməsi planlaĢdırılırdı.  Bö lgədə  Ermənistan hökumət inin  

silahlı qüvvələrinin  iĢtirakı  ilə A zərbaycan Xalq  Cü mhuriyyətinə qarĢı hazırlanan qiyamın qarĢısın ı almaq, ölkənin  ərazi 

bütövlüyünü  təmin  etmək  və  əhalini  q ırğ ınlardan  qoru maq  üçün  Azərbaycan  hökuməti  onun  öz  torpağı  olan  bu  qəzaya 

qoĢun dəstəsinin göndərilməsini qərara aldı. 

Bu  məqsədlə Hərb i nazirlik 1919 il o ktyabrın 30-da  xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci p i-yada 

diviziyasın m ko mandiri, general-mayor Cavad bəy Şıxlinski idi. Dəstenin tərkibində iki qrup var idi. Birinci dəstədən ibarət 

qrupa general-mayor Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa is ə polkovnik Levestam ko mandirlik 

edirdi. 


Birinci  dəstənin  tərkibinə  görə  daha  böyük  idi  və  qarĢıya  qoyulan  vəzifə lərin  yerinə  yetirilməsində  əsas  zərbə 

qüvvəsi kimi nəzərdə tutulmuĢdu. Onun tərkib inə 2-ci Zaqatala p iyada alayın ın bir taboru və 8 pulemyotu,  2-ci  Qarabağ 

süvari  alay mın  4  bölüyü  və  4  pulemyotu,  3-cü  ġəki  süvari  alayından  2,5  bölü k  və  2  pulemyot,  2-ci  dağ-topçu 

diviziyasından iki topu olan 4-cü batareya daxil idi. Bütövlükdə, dəstədə 1 tabor, 6,5 bölük süvari, 14 pulemyot və 2 top var 

idi. Dəstə oktyabrın 30-da ilkin mövqelə r istiqamət ində Xankəndidən Zəngəzura doğru hərəkətə baĢladı. 

Müxtəlif  istiqamətlərlə hərəkət edən  Birinci, habelə sağ və sol dəstələr Dığ yaĢayıĢ məntəqəsinə doğru irəliləməli 

idilər. Dağın e rməni silahlı qüvvələrindən təmizlən məsi hə m Qa rabağa aparan strateji yolu, hə m də bölgəni nəza rət a ltında 

saxlamaq üçün böyük əhəmiyyətə malik idi. Birinci dəstə Dığa doğru Ģimaldan hərəkət etməli id i. 

Zəngəzur  dəstəsinin  rəisi  general-mayor  C.ġıxlinskinin  ə mrinə  əsasən,  Birinci  dəstə  noyabrın  3-də  hücuma 

baĢlamalı,  dəstənin  piyada  bölmələri  2  ədəd  topla  Sultan-kənd,  süvari  bölmələri  isə  Sad mlar  kəndi  istiqamətində  irə-

lilə mə li və orada döyüĢqabağı mövqe tutmalı id i.  

Hücum zamanı dəstənin sağdan mühafızəsi Sultan bəy Sultanovun  rəhbərliy i ilə ycrli partizanlara tapĢırıldı. 

Noyabrın  4-nə  keçən  gecə  yerli  partizan lar  Keçəldağ  strateji  yüksəkliy ini  tutub,  orada  möhkəmlən məli,  sonra  isə 

hərbi  hissə  və bölmə lər  hücuma  qoĢulmalı  idilər.  Bö lgədə  azərbaycanlıları  sıxıĢdırmağa  çalıĢan  ermənilər  də  bu  döyüĢə 

ciddi  hazırlaĢ mıĢdılar.  Onların  Dığ  və  Gorus  ətrafmda  6  minədək  canlı  qüvvəsi,  4  qaubitsası  və  2  ədəd  topu  var  idi. 

AtəĢlərin  dəqiq  və  dağıdıcı  olması  gös tərirdi  ki,  toplara  təcrübəli  zabitlə r  rəhbərlik  edirlə r.  Suvari  qoĢunları  ən  azı  3 

bölükdən ibarət id i. 

Dığ  istiqamətində  aparılan  döyüĢlər  Azərbaycan  qoĢun  hissələrin in  uğuru  ilə  baĢlasa  da,  onu  əldə  saxlamaq 

mü mkün  olmadı.  DüĢ mən  qüvvələrinin  ço xluğu  və  onların  dağ  Ģəraitinin  imkan larından  istifadə  etmələri,  təminat 

məsələ lərinin  va xt ında  həll  olun ma ması,  irəli  get mək  üçün  ərazidə  münasib  yolların  olma ması  və  onların  ço xunun 

Andronikin dəstəsi tərəfindən dağıdılması Azə rbaycan qoĢun hiss ələrinin hücumunu songitdi. Ona görə də noyabrın 3-dən 

7-dək Dığ  istiqamət ində aparılan döyüĢlərdə Azərbaycan Xalq  Cü mhuriyyəti ordusunun qoĢun bölmə ləri qarĢıya qoyulan 

vəzifoləri yerinə yetirmədən ilkin mövqeyə qayıt malı o ldular. 

General C.ġıxlinski döyüĢün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zən-gəzur 

dəstəsinə  əlavə  olaraq  üç  taborlu  bir  piyada  alayın ı  verilməsi  ilə  döyüĢ  tapĢırığını  uğurla  yerinə  yetirmə k  mü mkündür. 

La kin  Zəngəzur e kspedisiyasının hərbi ə mə liyyatları baĢa çatdırılmadı. Zəngəzur  məsələsinin  Azə rbaycan və Ermən istan 

hökumətləri arasında danıĢıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüĢlər dayandırıld ı. 

Ə d . :  S ü le y ma n o v  M., Azərbaycan ordusu (1918-1920). B., 1998. 



ZƏNGƏZUR  QƏZAS I  -  Rusiya  imperiyasına  qatılmıĢ  ġimali  A zərbaycan  ərazisində  yaradılmıĢ  in zibati-ərazi 

vahidi.  Azərbaycanın  tarixi  vilayətindən  biri  olan  Zəngəzur  əra zisində  yaradılmıĢdır.  Ça r  Rusiyasının  müstəmlə kəç ilik 

siyasəti  nəticəsində  Qarabağ,  Na xçıvan,  Ġrəvan  və   digər  Azə rbaycan  torpaqları  kimi  Zəngəzura  da   Ġran  ve  Türkiyədən 

kütləvi  Ģəkildo  ermənilər  köçürülmüĢdü.  1861  ildə  Zəngəzur  qəzası  təĢkil  olun muĢdu.  Yelizavetpol  (Gəncə)  quberniyası 

yaradıldıqda (1867, dekabr) Zəngəzur qəzası  (mərkəzi,  Go rus) onun tərkibinə daxil ed ilmiĢdi.  Qəza idarə sistemi fəaliyyət 

göstərirdi.  1917  il  Qafqaz  təqviminin  məlu matına  görə,  Zəngəzur  qəzasın ın  ərazisi  6742,92  kv.verst  idi.  Gorusda  2201 

nəfər (1193 kiĢi, 1008 qadın) əhali yaĢayırdı. Qə zada 224197 nəfə r (112780 kiĢi, 111417 qad m) qeydə almmıĢdı. Onlardan  

120 min nəfərin i (53, 2%) a zərbaycanlılar, 3638 nəfərini kürd  müsəlmanla r (1,62%) təĢkil edirdi. Çar Rusiyasımn köçünnə 

siyasəti  nəticəsində  qəza  ərazisində  ermənilərin  sayı  süni  Ģəkildə  artırılmıĢdı.  Onla r  qəza  əha lisin in  44,3%-n i  (99,3  min  

nəfer)  təĢkil  edirdi.  Fevra l  inqilab ı  (1917)  nəticəsində  çar  hökumət inin  devrilməsindən  sonra  Zəngəzurda  məskunlaĢmıĢ  

ermənilə r  azərbaycanlılara  qarĢı  qırğın lar  törətməyə,  qəzada  say  baxımından  üstünlüyə  nail  olmaqla  bu  torpaqlara  

yiyələn məyə cəhd etdilər. 

 

 



Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə