[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə4/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   2   3   4   5   6   7   8   9   ...   76


 
mühitlərində  və  şəraitdə  canlı  hüceyrə  və  toxumalar 
yetişdirilir.  Bu  yolla  hüceyrələrin  hərəkətini,  boy  inkişafını, 
çoxalmasını  və  müxtəlif  amillərin  hüceyrəyə  təsirini 
öyrənmək  olur.  Canlı  kulturada  hüceyrənin  quruluşu  və 
həyat  fəaliyyəti  mikrokino  çəkmə  və  ya  fotoqrafiya  üsulları 
ilə 
öyrənilir. 
Toxumaların 
çoxaldılması 
orqanizmə 
süngərvari  divarı  olan  müəyyən  kameralar  yerləşdirməklə 
həyata keçirmək olar.  
Canlı  toxumaların  boyanması  üsulu  zamanı  müəyyən 
dozalarda  qeyri  toksiki  dozada  boyalardan  (metilenabısı, 
tripanblao  və  s.)  canlı  heyvanın  qanına  yeritməklə 
toxumaların quruluşunu öyrənmək olar. 
 
Histologiyanin digər bioloji elmlərlə əlaqəsi 
Histologiya bir sıra bioloji elmlərlə və kliniki fənlərlə sıx 
əlaqədardır. 
Anatomiya 
orqanizmin 
makroskopiki 
quruluşunu, histologiya isə mikroskopiki quruluşunu öyrənir. 
Anatomiyanı  bilmədən  histologiyanı  öyrənmək  olmaz. 
Fiziologiya 
orqanların 
normal 
funksiyasını 
öyrənir. 
Histologiya  isə  hüceyrə  strukturlarının,  toxumalar  və 
orqanların  quruluşundan  asılı  olaraq  funksiyasını  təyin  edir. 
Histologiya  hüceyrə  və  toxumalarda  gedən  biokimyəvi 
prosesləri  və  onların  biokimyəvi  tərkibini  öyrəndiyi  üçün 
biokimya  ilə  də  əlaqədardır.  Patoloji  anatomiya  müxtəlif 
xəstəliklər  zamanı  orqan,  toxuma  və  hüceyrələrdə  gedən 
patoloji  dəyişirikləri  öyrənir.  Həmin  dəyişikləri  təyin  etmək 
üçün  mütləq  hüceyrə  toxuma  və  orqanın  normal 
mikroskopiki 
quruluşunu 
bilmək 
lazımdır. 
Patoloji 
fiziologiya xəstəliklər zamanı hüceyrə, toxuma və orqanların 
xüsusiyyətlərinin  dəyişirirməsini  öyrənin.  Mamalıq,  süni 
mayalanma, dölün inkişafı və mamalıq xəstəliklərini öyrənir. 
Histologiya  cinsiyyət  hüceyrələrinin  quruluşunu,  inkişafını 
və  dölün  inkişaf  mərhələlərini  öyrənir.  Histologiya  qanın 
formalı  elementlərini,  böyrəyin  qıvrım  kanalcıqlarının, 
böyrək  ləyəninin  divarında  yerləşən  epiteli  hüceyrələrinin 


10 
 
normal  quruluşunu  öyrənir.  Klinik  diaqnostika  və  terapiya 
həmin  orqanlarda  və  hüceyrələrdə  gedən  dəyişirikləri  təyin 
edir.  
 
 
 


11 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
1
1
.
.
 
 
 
 
Ü
Ü
M
M
U
U
M
M
İ
İ
 
 
S
S
İ
İ
T
T
O
O
L
L
O
O
G
G
İ
İ
Y
Y
A
A
N
N
I
I
N
N
 
 
Ə
Ə
S
S
A
A
S
S
L
L
A
A
R
R
I
I
 
 
 
Hüceyrənin morfologiyası və biokimyəvi tərkibi  
 
Hüceyrə orqanizmin əsas quruluş və funksional vahididir. 
Müxtəlif  toxumaların  hüseyrələri  formasına,  ölçülərinə 
differensasiyası 
pesifikliyinə 
görə 
müxtəlifdir 
və 
toxumaların yerinə yetirdiyi funkiyadan asılı olaraq dəyişilir. 
Qanın  hüceyrələri  plazmadan  asılı  olduğu  üçün  yumrudur. 
Səthləri  örtən  epiteli  hüceyrələri  yastı,  kubvari,  prizmatik 
olur.  Saya  əzələ  hüceyrələri  iki  uçu  sivridir,  iyvaridir,  sinir 
hüceyrələrində  uzun  və  qısa  çıxıntılar  olur.  Uzun  çıxıntılar 
impulsu 
uzun 
məsafəyə 
ötürmək 
üçündür. 
V.Y. 
Aleksandrova görə hüceyrə canlı sistem olub, bilavasitə bir-
biri  ilə  əlaqədar  olan  sitoplazma  və  nüvədən  ibarətdir. 
Hüceyrə maddəsi protoplazma adlanır. Bu maddə hüceyrənin 
həyat  fəaliyyəti  zamanı  onu  əhatə  edən  mühitlə  bilavasitə 
qarşılıqlı  əlaqədə  olur.  Protoplazmanın  kimyəvi  tərkibi 
orqanizmin  maddələr  mübadiləsinin  spesifikliyi  ilə  təyin 
edilir. Məlumdur ki, heyvan cəmdəyinin 96% -ni 4 element: 
N, C, O
2
, H

təşkil edir. Toxumalarda 3%-ə kimi Ca, K, Na, 
P,  S,  Fe,  Cl  olur.  Qalan  elementlər  mikroelementlər  adlanır 
(Cu, Co, Zn, və s.), faizin 100-1000 bir hissəsi qədər olur və 
orqanizmin  həyat  fəaliyyətində  əhəmiyyətli  rol  oynayır. 
Protoplazmanın  tərkibində  zülallar,  sulu  karbonlar,  lipidlər 
və  mürəkkəb  maddələr  olur.  Hüceyrənin  ən  geniş  yayılmış 
quruluş  komponenti  bioloji  membrandır.  Bunun  tərkibində 
hüceyrə  üçün  xarakterik  olan  kimyəvi  reaksiyaları  tənzim 
edən  enzimlər  yerləşir.  Bu  enzimlər  sitoplaşma  strukturları 
ilə onun matriksi və hüceyrə ilə xarici mühit arasında gedən 
kimyəvi reaksiyaları tənzim edir. Hüceyrə membranın 40%-
ni lipidlər , 60%-ni isə zülallar təşkil edir. 
Hüceyrə  membranı  onda  gedən  reaksiyaların  müddətini 
tənzim  edir,  enzim  və  müəyyən  maddəlrin  hüceyrəyə  fəal 
nəqlinin  sürətini  təyin  edir.  Adi  mikroskopla  baxanda 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə