0f11aztitul(1-7)


Elektromaqnit rəqslərinin xarakteristikalarını təyin edin



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə39/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

96 
 
 
Elektromaqnit rəqslərinin xarakteristikalarını təyin edin
 
Məsələ. 
Elektromaqnit rəqsləri zamanı kondensatordakı maksimal yük 1,5 mkKl, sarğac-
dakı cərəyan şiddətinin maksimal qiyməti isə 7,5 mA idi. Buna görə təyin edin: 
a) rəqsin dairəvi tezliyini;  
b) rəqs periodunu 
??????
3 ;  
c) əgər sarğacın induktivliyi 4 mHn olarsa, kondensatorun tutumunu;  
d) həmin rəqs konturunda yükün maksimal qiyməti 12 mkKl olarsa, cərəyan 
şiddətinin maksimal qiymətini.  
Nəticənin müzakirəsi: 
  Şərtə  əsasən  elektromaqnit  rəqslərini  xarakterizə  edən  kəmiyyətləri  –  rəqsin  dairəvi 
tezliyini (
), rəqs periodunu (T), kondensatorun tutumunu (C) və yükün verilən maksimal 
qiymətinə görə cərəyan şiddətinin maksimal qiymətini (
??????
) hansı düsturlarla təyin et-
diniz? 
 
 
Kosmos, demək olar, mükəmməl təbii vakuumdur. Bu o deməkdir ki, əgər siz açıq kos-
mosda olsanız, ehtimal olunur ki, heç bir səs eşitməyəcəksiniz.  
 Niyə kosmosda səssizlik olduğu ehtimal edilir? 
Lakin NASA-nın kosmik peyklərində kosmik fəzadan gələn bəzi səsləri qəbul edib geriyə 
göndərməklə dəhşət filmlərindəki səs effektlərinə oxşar səslər almaq mümkün olmuşdur. 
 Kosmik fəzada yaranan səsləri kosmik vakuumda yayan nədir? 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
1  Rəqs konturunda hansı rəqslər sərbəst rəqslər adlanır?  
 
 
 

Elektromaqnit rəqslərinin periodu hansı fiziki kəmiyyət-
lərdən asılıdır? 
 
 
 

Zaman keçdikcə rəqs konturunda kondensatorun elektrik 
yükü və sarğacdan keçən elektrik cərəyanı hansı qanunla 
dəyişir? 
 
 
 

LC-konturunda sarğac rezistorla əvəz olunarsa, konturda 
elektromaqnit rəqsləri yaranarmı? Niyə?  
 
 
 

İdeal rəqs konturunda alınan elektromaqnit rəqsləri sönən-
dir, yoxsa sönməyən? Niyə? 
 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində “Elektromaqnit rəqsləri”nin anlayış xəritəsini qurun. 
 
 
 
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
  LAYİHƏ


97 
 
3.2. ELEKTROMAQNİT RƏQSLƏRİNDƏ ENERJİ ÇEVRİLMƏLƏRİ 
(Təqdimat dərs)
 
 
“Elektromaqnit  rəqslərində  enerji  çevrilmələri”  mövzusunda  elektron  təqdimat 
hazırlayın.  Bu  məqsədlə  rəqs  konturunda  elektromaqnit  rəqslərinin  enerji  çevril-
mələrinin yaylı rəqqasdakı mexaniki rəqslərin enerji çevrilmələri ilə analogiyasından 
istifadə edə bilərsiniz (
cədvəl 3.2
). 
 
Cədvəl 3.2. 
 
 
 
 
 
 
  LAYİHƏ


98 
 
Cədvəl 3.2.
-nin davamı. 
 
 
İdeal  rəqs  konturunun  ixtiyari  zaman  anında  tam  enerjisi  elektrik  və  maqnit 
sahələrinin enerjiləri cəminə bərabərdir: 
??????
??????
??????
??????
2??????
????????????
2
??????
2??????
∙ ?????????????????? ????????????
????????????
2
∙ ?????????????????? ????????????. 
Lakin real rəqs konturunda bütün işlədicilər elektrik müqavimətinə malik oldu-
ğundan enerji itkisi qaçılmazdır. Bu o deməkdir ki, real konturda elektrik enerjisi 
tamamilə maqnit sahəsinin enerjisinə çevrilə bilməz, onun bir hissəsi naqildə istiliyin 
ayrılmasına  sərf  olunur.  Ona  görə  də  real  rəqs  konturunda  sərbəst  elektromaqnit 
rəqsləri sönəndir. 
Rəqslərin analogiyasından istifadə edərək təqdimatın planını tərtib edin. 
 
 
 
 
 
  LAYİHƏ


99 
 
3.3. MƏCBURİ ELEKTROMAQNİT RƏQSLƏRİ: DƏYİŞƏN CƏRƏYAN 
 
  Cərəyan  şiddətinin  qiyməti  və  cərəyanın  istiqaməti  zaman 
keçdikcə dəyişmirsə, belə cərəyan sabit cərəyan adlanır. 
Sabit  cərəyan  mənbələrinə  misal  kimi  elektrofor  maşınını, 
müxtəlif batareyaları (quru qalvanik element) və ya akkumul-
yatoru, günəş batareyasını və fizika laboratoriyasında işlədilən 
cərəyan düzləndiricilərini göstərmək olar. 
Bircins maqnit sahəsində qapalı kontur (çərçivə) yerləşdirilər-
sə, bu konturun hüdudlandırdığı S səthindən maqnit induksiya 
seli keçər. 
 Maqnit induksiya seli (Ф) – ədədi qiymətcə maqnit induksiya 
vektorunun modulu, konturun sahəsi və konturun normalı 
ilə induksiya vektoru arasında qalan bucağın kosinusu hasi-
linə bərabər kəmiyyətdir: Ф
BScosα. 
 Keçirici konturla hüdudlanmış səthdən keçən maqnit selinin 
dəyişməsi nəticəsində konturda elektrik cərəyanının yaran-
ması elektromaqnit induksiyası hadisəsi adlanır. 
 Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdudlanan səthdən keçən 
maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir:  ε
∆Ф


Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti qapalı dövrə üçün Om 
qanununa əsasən:  I
∆Ф


 Keçirici konturda cərəyan şiddətinin dəyişməsi nəticəsində həmin konturda induksiya 
EHQ-nin yaranması hadisəsi öz-özünə induksiya hadisəsi adlanır. 
Qapalı konturda cərəyan şiddəti sıfırdan müəyyən qiymətə qədər artdığı an bu kontur-
dan  keçən  maqnit  seli  də  artır.  Nəticədə  konturda  yaranan  öz-özünə  induksiya  EHQ 
həmin konturdan keçən cərəyanın əksinə yönələn induksiya cərəyanı yaradır.
 
 

 
Avropada ilk dəfə olaraq XX əsrin əvvəllərində Ba-
kıda dəyişən cərəyanı sənaye miqyasında istehsal 
edən və ötürən iki nəhəng elektrik stansiyası isti-
fadəyə verilir:  
Bibiheybət  elektrik  stansiyası  (1901)  və 
Belqorod (indiki Ağşəhər) elektrik stansiyası 
(1902). 1906-cı ilin martında Belqorod elek-
trik stansiyasından 8,5 km məsafədə yerlə-
şən  Balaxanı  neft  mədənlərinə  elektrik 
enerjisinin  verilməsinə  başlanılmışdır.  Mü-
qayisə  üçün  deyək  ki,  Avropanın  iri  şəhər-
lərində dəyişən elektrik cərəyanının istifadə-
sinə  çox  sonralar  başlanmışdır:  Helsinki  –
1940,  Stokholm  –  1960.  ABŞ-da  isə  bütün 
ölkə  üzrə  dəyişən  cərəyandan  istifadəyə 
keçid 2007-ci ildə başa çatdırılmışdır.  
 
 Dəyişən cərəyan sabit cərəyandan nə 
ilə fərqlənir?  
 Dəyişən cərəyan necə alınır? 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 8 və 11
 
Elektrik stansiyasının buxar qazanı üçün 
dünyada ilk dəfə Bakıda tikilmiş “Dəniz 
suyunun termokimyəvi yumşaldılması 
qurğusu”. Bakı, 1902.
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə