1. Avtomatikanın



Yüklə 10,16 Mb.
səhifə10/13
tarix22.02.2023
ölçüsü10,16 Mb.
#101218
1   ...   5   6   7   8   9   10   11   12   13
MÜH.GMM- AİE ( 2023 -ci il) (1)

Mühazirə № 12







  1. Qazan qurğularının elementlərinin avtomatlaşdırılması.

Hazırda müasir qazanların hamısı avtomatik mühafizə və siqnalizasiya vasitələri ilə təchiz edilir.Çünki buxarın təzyiqi həddən çox artdıqda,suyun miqdarı azaldıqda və ocaqda məşəl söndükdə qazanı mühafizə etmək lazım gəlir.
Buxar qazanı bir neçə tənzimləmə parametri olan mürəkkəb tənzimləmə obyektidir.Qazanın tənzimləmə parametrləri verilmiş qiymətə nə qədər yaxın saxlanılırsa,qazan bi o qədər etibarlı və sğrfəli işləmiş olur.
Məlumdur ki, buxar qazanı fasləsiz olaraq müəyyən təzyiq və temperaturu olan buxar hasil edir.Buxarın miqdarı miqdarı qazanın yükü vəişlədicilərin iş rejimindən asılı olaraq dəyişir.
Yanma prosesinin avtomatik tənzimləmə sistemi,qazanda buxarın təzyiqini verilmiş hədlər daxilində avtomatik olaraq sabit saxlayır.Ona görə dı yanma prosesinin avtomatik tınzimləmə sistemi üçün əsas impuls buxarın təzyiqi sayılır.
Yanma prosesinin avtomatik tənzimlənməsinin əsa üstün cəhəti qazan qurğularında yanacaq sərfinin azalması imkanıdır..Aparılan təcrübələr göstərir ki,avtomatik tənzimləməyə keçdikdə yanacağa 3-5% qənqaət edilir.Yanma prosesinin avtomatlaşdıdılmasının aşağıdakə üstünlükləri vardır:növbətçinin əməyi yüngülləşir,qazanın istismarının etibarlılığı artır,buxarın işçi təzyiqi daha dəqiq sabit saxlanılır,tüstüləmə və qazanın qaz çıxış yollarının çirklənməsi azalır.
Yanma prosesinin avtomatlaşdırılmasında istifadə edilən tənzimləyicilər konstruksiyalarına və iş prinsiplərinə görə mexaniki, hidravliki,pnevmatik və elektrik təzimləyici şəklində hazırlanır



  1. Qazandakı su səviyyəsinin avtomatik tənzimlənməsi.

Qazanın qidalanmasının avtomatlaşdırılması,yəni qazanın barabanındakı suyun verilmiş səviyyədə saxlanması,gəmi qazan qurğularının etibarlı istismarı üçün böyük əhəmiyyətə malikdir.
Qazanlarda suyun səviyyəsi buraxılan qiymətdən yuxarı qalxarsa su,buxar
qızdırıcısına və ya turbinə daxil ola bilər.Su səviyyəsinin azalması isə böyük qəza törədə bilər.
Qidalanmanın tənzimlnməsi məsələsi,yükün dəyişməsi zamanı qazandan alınn buxarın sərfi ilə ona verilən qidalandırıcı suyun sərfi arasında müəyyən uyğunluq yaratmaqdan ibarətdir.
Qazanın qidalanmanın avtomatik tənzimləməsi sistemi üçün əsas parametr qazanın barabanındakı suyun səviyyəsi olmalıdır.Belə tənzimləmə sisteminə birimpulslu tənzimləmə sistemi deyilir.Su həcminin nisbətən kiçik olduğu hallarda isə ikiimpulslu tənzimləmə sistemləri işlədilir.
Köməkçi qazanın mühafizə və siqnalizasiya sistemi daha etibarlı olmalıdır.
Şəkildə Lİ-MONT tipli köməkçi qazanın avtomatik tənzimləmə və mühafizə sistemi göstərilmişdir.

Şəkil 21.Köməkçi qazanın avtomatik tənzimləmə və mühafixə sistemi. 1,4,11,23 - menbranlı tənzimləyicilər, 2,3,5,17 və 27-klapan, 6-solenoid, 7- siqnal qurğusu, 8-acar, 9-buxarlandırıcı, 10-fotoelement, 12 və 19-hava mağistralı, 13-elektrik ventilyatoru, 14,22-tənzimləyici qolu, 15-kinematik əlaqə, 16-forsunka, 18-hava qapağı, 20-yanacağın klapanı, 21-şarnirli dirsək, 24-separator, 25-kollektorlar, 26-diferensial tənzimləyicilər, 28-su nasosu. Qazan 9 buxarlandırıcıdan və 24 separatorundan ibarətdir.Su 28 nasosu vasitəsiylə separatordan buxarlandırıcıya vurulur.Bu qazan ventilyatorunun hava kəmərindən 2 hava magistralı (19 və 12) çıxır.19 magistralı mühafizə sistemini,12 magistralı isə qazanın tənzimləmə
sistemini idarə edir.



  1. Qızmış buxarın temperaturunun avtomatik tənzimlənməsi.

Qazanda buxarın təzyiqi aşağıdakı kimi tənzimlənir.Buxarın təzyiqi artan kimi 4 membranlı tənzimləyici 3 klapanını açır və hava 12 magistralından atmosferə çıxmağa başlayır.Tənzimləmə magistralında havanın təzyiqinin azalması 11 tənzimləyicisinin 14 qolunu hərəkətə gətirir və 15 kinematik əlaqə vasitəsi ilə 18 hava qapağı hava kəmərini bağlamağa başlayır.Nəticədə 17 klapanından 16 forsunkasına daxil olan havanın miqdarı azalır.Forsunka yanacağı az verməyə başlayır.Yanma prosesinin intensivliyi tədricən azalır.Bununla bərabər qazandakı buxarın təzyiqi də azalır.
Qazanı buxar təzyiqinin həddən çox artmasından mühafizə etmək üçün 23 membranlı hədd tənzimləyicisindən istifadə edilir.Buxarın təzyiqi çox artıqda 1 tənzimləyicisi işə düşüb 2 klapanı havanı 19 magistralından havaya buraxır. Mühafizə magistralında təzqyiqin azalması bütün hallarda 23 tənzimləyicisinin 22 qolunu sola hərəkət etdirir.Bu halda 21 şarnirli dirsəyi də sola dönür və 20 bağlayıcı klapanının qolunu azad edir.Bu zaman qol aşağı enib forsunkaya verilən yanacağı kəsir və ocaq sönür.
Qazanı,sistemdə suyun həddən çox azalmasından mühafizə etmək üçün
26 diferensial tənzimləyicisindən istifadə edirlər.Bu tənzimləyici 25 kollektorları arasındalı təzyiqlər fərqini ölçür.Bu təzyiqlər fərqi çox azaldıqda(0,75 kq/sm2 olduqda) tənzimləyici işə düşür,27 klapanı mühafizə magistralının atmosferlə əlaqəsini kəsir.
Qazanı məşəlin sönməsindən mühafizə etmək üçün 10 fotoelementindən istifadə edilir.Məşəl söndükdə fotoelement işə düşür və 6 solenoidindən cərəyan keçir. Solenoid 5 kla panının qolunu qaldırmaqla mühafizə magistralındakı təzyiqi azaldır.Bununla bərabər 13 ventilyatorunun elektrik mühərriki dövrədən açılır.Qazanı yandıranda 21 dirsəyini əl ilə qaldırmaq və 8 açarını bağlamaq lazımdır.7 siqnal qurğusu növbətçi şəxsi xəbərdar edir ki,məşəlin sönmə mühafizəsi açıq olduğu halda yanacaq verilişi davam edir.Qazanın bütün mühafizə sistemi müxtəlif işıq və səs vasitələri ilə təchiz edilmişdir.Həmin siqnalizasiya vasitələri baş idarəetmə postunda yerləşdirilir.


Yüklə 10,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə