1. Avtomatikanın



Yüklə 10,16 Mb.
səhifə11/13
tarix22.02.2023
ölçüsü10,16 Mb.
#101218
1   ...   5   6   7   8   9   10   11   12   13
MÜH.GMM- AİE ( 2023 -ci il) (1)

Mühazirə №13





Mühazirənin planı:
nəzarət-ölçücü cihazlar haqqında ümumi məlumat.

  1. Gəmi nəzarət cihazları növləri haqqında məlumat.

  2. Temperatur ölçən cihazlar.

  3. Mayenin səviyyəsini ölçən cihazlar.

  4. Elektrikli qazonalizatorlar və duz ölçən cihazlar. 5.Dövrlər sayı ölçən cihazlar.

Gəmi energetik qurğularının işinə nəzarət xüsusi ölçüci cihazların köməyi ilə görülür. Bu cihazlar işçi proseslərin düzqün gedişatı və vaxtında nasozlıqların aradan qaldırılmasına imkan yaradır. Elə texniki parametrlərə nəzarət etmək lazımdır ki, onlar verilmiş qiymətdən кənага çıxdıqda qurğunun güc və istismar xarakterını aşağı sala bilər, bu da gəzaya gətirib çıxarır. Bu parametrlərə aiddir; buxarın, yağın təzyiqləri, suyun və ya qazın temperaturu, valin fırlanma sürəti yanacaq sürtgü materialının özlülüyü, yanacaq məhsullarının kimyəvi tərkibi və s.
Cihazların köməyi ilə maye yanacaq sürtqü məhsulunun miqdarını, gazan suyunun duzluq dərəcəsini, və s. təyin edir.Cihazların dəqiqlik dərəcəsini onun xətası ilə təyin edirlər. Məs:xətası ±0,01; ±0,5; ±4% buna uyğun olaraq dəqiqlik dərəcəsi sayılır. Buna görə də periodik ildə 1 dəfədən az olmayaraq xüsusi təşkilatlar tərəfındən yoxlanılmalıdır(texniki nəzarət şöbəsi).
Qurğuların işçi parametrlərinə nəzarətdən asılı olaraq cihazlar əsasən 2 qrupa bölünür.
1 )Həmişə nəzarət edən cihazlanonlar zavod tərəfdən qurğuların üzərində qurulur və həmişə parametri göstərir.
2)Periodik nəzarət cihazları: onlar lazım olduqda müəyyən vaxt ərzində qurğuları birləşdirir (indikatorlar,pimetrlər və s.)
Yuxarıda göstərilən cihazların göstırici qabiliyyətinə görə onları 3-qrupa bölmək olar.

1 .Ölçülən kəmiyyət hərəkət edən göstərici vasitəsilə təyin edilir. Məs:Əqrəb
2.Ölçünün nəticələrini hərəkət edən lentə yazan cihazlar.
З.Мüəууən vaxt ərzində göstəriciləri cəmləşdirici cihazlar (sayğaclar). Məs:elektrik kompressoru.
Cihazların göstəricilərinə nəzarətin aparılmasından asılı olaraq onlar yerli və məsafədən göstərən cihazlara ayrılır. Yerli cihazlar birbaşa ölçülən obyektin üzündə qurulur. Məsafədən göstərən cihazlarda hissedici element və göstərici quruluş konstruktiv olaraq bir-birilə borucuqları ya da uzun məftillərlə birləşdirilir.
Gəmi güc qurğularının etibarlı istismarını təmin etmək üçün qulluq edən şəxs sistematik olaraq nəzarət-ölçü cihazlarının işini və siqnalizasiya, mühavizə vasitələrini yoxlamalıdır. Düzgün təyinatı olmayan nəzarət-ölçü cihazlarını (N.Ö.C) və ya nasaz cihazları istifada etmək qadağandır. Bütün N.Ö.C-rı ildə 1-dəfədən az olmayaraq yoxlayıcı təşkilat (O.T.K) tərəfındən yoxlanmalı,sonra həmin cihazlar blomlanmalıdır, onun pasportunda yazılmalıdır və növbəti yoxlanmayadək müddət göstərilməlidir.
Yoxlamadan keçməyən cihazlar istismara buraxılmır.
5-j-D gündən az olmayaraq mexaniklər periodik olaraq bütün cihazların xarici görünüşünə və bərkitmə yerlərinə baxlama blombun saxlanmasına baxırlar.
Ölçücü cihazlar qoyulan yerlər yaxşı işiqlandırılmalıdır, şkalalar isə yaxşı görünməlidir. Əsas cihazlar (manoınetr,tekmometr,taxometr) periodik olaraq onların göstəriciləriniyoxlayıcı cihazlarla yoxlayır.
Məs:tekmometrlər 6 aydan az olmayaraq, manometrlər 12 aydan az olmayaraq yoxlanılırlar. Taxometrlər isə gün ərzində 2-dəfə əl taxometrlərilə yoxlanılırlar. Taxometrin göstəricisilə həqiqi dövrlər sayının göstıricisi arasında olan fərqlər növbə jurnalına yazılır.
Bütün cihazların şkalalarında qırmızı nişan qoyulur ki,bu da ölçülən mühitin təzyiqinin həddini göstərir. Əsas və məsafədən ölçən taxometrlərdə bu qeydlər aparılır:

  1. Qırmızı xətt-maksimal buraxıla bilən dövrlər sayıdır.

  2. Qırmızı sektor-dizelin kretik dövrlər zonasıdır.

  3. Qırmızı xətt-minimal buraxıla bilən dövrlər sayıdır. Əgər manometrlərin,vakumetrlərin və ya ona oxşar cihazların əqrəbləri sıfır (0) vəziyyətində qoyulmayıbsa mütləq cihaza gedən kanalları üfurməklə təmizləmək lazımdır. Əks halda cihaz dəyişdirilir.

2.Temperatur ölçən cihazlar.
Gəmi güc qurğularında temperatur əsas parametrlərdən biridir. Ölçülən temperaturun diapazonu çox genişdir. Temperatur ölçü cihazdan mayeli şüşə termometrlər,manometrik termometrlər,termocütlər,müqavimət termometrləri olurlar.
Maye-şüşəli termometrləri civə və ya spirtlə doldurulur. Burada bu mayelərin qızması nəticəsində genişlənərək selsidən bölünmüş şkalada
temperaturu göstərir. Civə və ya spirt genişlənərkən kapilyar boruda yuxarı qalxır ətraf mühitin temperaturu nə qədər çox olarsa, о qədər qalxacaq. Civəli termometrlər -35-dən 650 selsiyədək ölçür, ölçmə xətası
± 2 ^4 % olur. Bu termometrin müsbət cəhəti onun ucuzluğudur,quruluşudur, 100 selsiyə qədər çox dəqiq göstərir. Çatışmayan cəhət, şkalaların bölünməsidir. Qısa müddətə temperaturu ölçə bilmir,məsafədən ölçmə mümkün deyil, quruluşca möhkəm deyil. Manometrik termometrlər gəmi energetik qurğularında çox geniş yayılıb. Bu termometrin iş prinsipi onun içərisinə doldurulmuş mayelərin, buxarların, qazların təzyiqindən asılıdır. Manometrik termometr termobalondan (3), kapilyar borudan (2) və yaylı manometrdən (1) ibarətdir. Termobalon polad və ya latundan hazırlanır, içərisi civə ilə, metil spirtr ilə, xlor metillə, xlor etillə və ya asitonla, təsirsiz qazlarla doldurulur. Maye qızdıqda genişlənir, buxarı buxarlanır, qazlar isə öz həcmini böyüdürlər. Termobalon boru üzərində qoyuluı\həmdə borudan keçən mühitin temperaturu aıtıqda,termobalonda olan buxar mayenin təzyiqi artır.
Həmən təzyiqi yaylı manometr özünə qəbul edir və əqrəbi döndərməklə şkalada bölünmüş temperatur dərəcəsini müəyyən edir. Cihaza doldurulmuş mayelərdən asılı olan onun ölçmə həddi - 130-dan 550 selsiyə qədər, xətası isə ± 2 %-dan yuxarı olmur. Bu termometrlərin çatışmayan cəhəti onun germetikliyi təmin etməkdir. „+" cəhəti odur ki,l 5m -dən 60-metr-dək olan məsafədə göstərir.

Termoelektrik termometrlər və ya cütlər yüksək temperaturları ölçmək üçündür. Bu cihazların iş prinsipi müxtəlif metaldan hazırlanmış iki məftilin birləşmiş lehimlərin qızması nəticəsində elektrik hərəkət qüvvəsinin əmələ gəlməsinə əsaslanır. Termocüt iki izolyasiya edilmiş məftildən (2) ibarətdir ki, onların ucu lehim və ya qaynaqla birləşib və isti lehim əmələ gətirir (1). Bu məftillərə ikinci məftillər (3) birləşib və onun üzərində soyuq lehim qoyulub. Onlar da dövrə məftilləri ilə (5) millivolmetrə (6) birləşib və şkalası temperatur dərəcələrinə bölünüb.
Cihazın göstəricisi isti və soyuq lehimlərdə temperaturlar fərqindən
əmələ gələn E.H.Q-nin qiymətidir. Ölçülən temperaturun qiymətindən asılı olaraq termocütlərin materialı müxtəlif xəlitələrdən və metallardan istifadə edilir. Məs. Mis-konstantan(400 selsiyə qədər); Dəmir- konstantan(600 selsiyə qədər); Xromel-alümel(1250 selsiyə qədər); Xromel-kopel(800 selsiyə qədər).
Termocutbr dizeldən çıxan qazların temperatur ölçülməsində gəniş istifadə edilir.

G.E.Q -nın istismarı prosesində periodik olaraq mayenin səviyyəsini ölçmək lazımdır. Məsıbuxar qazanları və istilik dəyişdirici aparatlarda suyun səviyyəsi, yanacağın, yağın, şirin su çənlərində səviyyənin və s. Ən sadə cihaz gözlə görünən silindirik və ya yastı olan borular səviyyə
göstəricilərdir. Bu cihazların „□" cəhəti ondadır ki,məsafədən ölçmək mümkün deyil. Gəminin 1-ci və 2-ci dib fəzasında olan (fəza) mayenin səviyyəsini göstərmək üçün məsafədən idarə olunmur. Ən sadə nəzarət xüsusi ölçü xətkçsifutştokdur. Hal-hazırda müxtəlif həcmlərdə olan mayelər səviyyəsinə məsafədən nəzarət edilir. Ən geniş yayılmış məsafədən səviyyə ölçüləri pinevmatik, hidrostatik və elektron quruluşlarına malikdir.
Pinevmatik sistemlə mayelərin səviyyəsinin ölçülməsi ballast və yanacaq tanklarında çox geniş istifada edilir.




  1. Elektrikli qazonalizatorlar və duz ölçən cihazlar.

Elektrik qazonalizatorları fasiləsiz olaraq buxar qazanlarından, Д.У.М-dən və duz turbinindən çıxan qazların tərkibindəki C02; Co+H2 qazlarını ölçür. Bu qazonalizatorun iş prinsipi elektrik müqavimətlərindən keçən yanmış qazların temperaturının dəyişməsindən ibarətdir. Qaz qarışığının istilik keçirməsi onun tərkibindəkikarbon qazından asılıdır. Qalan qazlar isə miqdarına görə az dəyişir. Analiz edilən duzların və havanın istilik keçirmə fəroləri R1;R2;R3;R4-müqavimətlərində özünü göstərir. Qazlar Rl və R4- müqavimətləri olan kameraya,hava isə R2 və R3-müqavimətləri olan kameraya verilir. Havanın bütün kameralarından keçməsi sabitdir.
Qaz qarışığın Rlvə R4-müqavimətlərindən keçdikdə burada temperatur qalxır,çünki qarışığın istilik keçirməsi havanın istilik keçirməsindən azdır. Temperatur yüksəldikdə Rl və R4-müqavimətləri artır və sxemdə sabitlik pozulur. Onda cərəyan millivoltmetr cihazdan karbon qazının faizi ilə bölgülərdə qaz qarışığının faizi göstərilir.

Duz ölçənin vəzifəsi suyun tərkibində olan müxtəlif duzları təyin edir. Kondensatorda və ya qazanın qidalandırıcı suyunda NaCl-üstünlüyü olduğu üçün bütün gəmi duz ölçən cihazları Branat (Br) dərəcələri ilə bölgülərə bölünüb və xlorun tərkibini göstərir. Elektrik duz ölçənlərin iş prinsipi su qarışığında olan duzların tərkibindən keçən cərəyanın dəyişməsidir. Duz qarışığının artmasından suyun elektrik müqaviməti azalır. Duz datçiki 2 ədəd elementi olan boru xəttində qoyulur. Suyun müqaviməti 2 elektrod arasında duzun azalmasından temperatur artır və bu datçiklərin müqavimətlərində dəyişən сэгэуап dövrəsi pozulur.



  1. Dövrlər sayı ölçən cihazlar.

Hər hansı bir qurğunun fırlanma sürətini təyin etmək üçün utaxametr"lərdən isatifadə edirlər. Konstruktiv isrtifadə üçün taxometrlər bölünürlər: stasionar və səyyar. Iş prinsipinə görə isə olurlar: mexaniki maqnit induksiyalı elektrik və elektron.
Mexaniki, taxometrlərin iş prinsipləri mərkəzdənqaçma qüvvəsinin əmələ
gəlməsinə əsaslanır. Bu taxometrin hissedici elementi üzükvari yüklərdir ki, fırlanan vala perpendikulyar olaraq onun oxu üzərində oturub. Həmən yüklər spiral şəkilli yaya və valın üzərində hərəkət edən ınuftaya birləşdirilib. Mufta isə dişli reyka vasitəsilə çarxa, dişli çarxın oxuna isə əqrəb birləşib, və bu əqrəb fırlanma . sürətinin vahidinə bölünmüş şkala üzərində hərərkət edir. Taxometr özü hərəkətsiz birləşib. Valı isə fırlanmam muftanın valından alır.

Səyyar taxometrlər. Stasionar tyaxometrlərin işinə nəzarət edilməsində və sınaq vaxtı istifada edilir. Mexaniki taxometrlərin "+" cəhəti dəqiq göstərməkdir. "-" cəhəti isə məsafədən ölçmək mümkün deyil.


Elektrikli taxometrlər valın sürətini məsafədən ölçmək üçündür. (Şək.51) bu taxometr sabit cərəyanlı elektrik generatorunun prinsipi ilə işləyir və fırlanan valin datçikidir. Taxogeneratorun lövbər sargısında əmələ gələn gərginlik valin fırlanma sürəti ilə düz mütənasibat və о voltmetrlə ölçülür. Lakin bu voltmetrdə gərginlik şkalasının yerinə dəqiqədə dövrlər sayını bölən dərəcələr göstərilir. Valın dövıiər sayı dəyişdikdə elektrik hərəkət qüvvəsi dəyişilərək və bu uyğun əqrəbin göstəricisinin də vəziyyəti dəyişir. Bu taxometrin 8 ədəd göstəricisi ola bilər və onlar gəminin müxtəlif yerlərində qoyulur.




Yüklə 10,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə